Məhkəmə qərarları › İş №e-2(014)-602/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-602/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-602/2024 06.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun və faizin ödənilməsi” tələbinə dаir işə Ağdaş rаyоn Məhkəməsinin binаsındа məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun və faizin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu, Yeniarx kəndində yaşayan Cavabdeh ıəvəz oğlundan xx.xx.2013-cü il tarixli kredit müqavilləsi üzrə 2147.00 AZN əsas borcu və 1288.00 AZN hesablanmış faiz borcu. Cəmi 3435.00 AZN borcun, eləcə də dövlət hesabına ödənmiş 55.00 AZN məhkəmə rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclasları 30 aprel 2024-cü il, 21 may 2024-cü il, 04 iyun 2024-cü il və 06 iyun 2024-cü il tarixlərə təyin edilmişdir. İddiaçı hər dəfə məhkəməyə ərizə ünvanlayaraq səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında istirak edə bilməyəcəyini, mülki işin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanlamış olduğu ərizədə səhhətində problem yarandığını qeyd etsə, də bununla bağlı hər hansı müainə və ya müalicə məlumatlarını ərizəyə əlavə etməmiş, həmçinin iddia ərizəsində qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlanmış və məhkəmədə iştirak etməsi bildirilsə də o, məhkəmə iclasında iştırak etməkdən yayınmışdır. Cavabdeh “borcun və faizin ödənilməsi” tələbinə dair mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədi. Ona görə də, məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci madəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə;114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə;114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə;114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa;114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 263, 264, 266- 269-cu maddələrinin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borcun və faizin ödənilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddianın məhkəmədə baxılması üçün ödənilmiş 55 manat dövlət rüsumu dövlət büdcəsində iddiaçıya geri qaytarılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar