Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-635/2023 13.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsində İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Ucar filialının sabiq müdiri X2, habelə Cavabdeh və qeyriləri barədə aparılmış cinayət işində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra İddiaçı QSC) zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin ibtidai istintaqı aparılarkən istintaqın gəldiyi yekun nəticəyə görə İddiaçı QSC-yə təqsirləndirilən şəxslər tərəfindən 159.500 manat ziyan vurulmuş, həmin ziyandan 109.000 manat ödənilmiş, qalan 50.500 manat ziyan məbləği isə təqsirləndirilən şəxslər tərəfindən ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxslərdən Cavabdeh İddiaçı QSC-yə vurulmuş 23.800 manat ziyanı etiraf edib, həmin ziyan məbləğinin vaxt verilməklə Kredit Təşkilatına ödənilməsini öz öhdəsinə götürdüyü nəzərə alınaraq dəymiş ziyanın ödənilməsi ilə bağlı ona qarşı Ucar rayon məhkəməsində mülki iddia qaldırılmamışdır. Ucar rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən cinayət işi ilə bağlı 06 avqust 2019cu il tarixli 1(063)-11/2019 saylı hökm çıxarılmışdır. Belə ki, yuxarıda qeyd edilənlərlə əlaqədar İddiaçı QSC-nin Ucar filialı ilə Hacıyev X5 arasında bağlanmış 03 iyul 2019-cu il tarixli dəymiş ziyanın məbləğinin hissə-hissə ödənilməsinə dair müqaviləyə əsasən Cavabdeh İddiaçı QSC-yə vurmuş olduğu ziyana görə 23.800 (iyirmi üç min səkkiz yüz) manat ziyan məbləğini etiraf edir, həmin məbləğdən dərhal 7000 manat ödəniş etməklə, qalan 16.800 manat məbləğin 24 ay müddətində tərəflər arasında təsdiq olunacaq qrafik əsasında ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən 16.800 manat borcdan cavabdeh tərəfindən 5593 manat ödəniş aparılmış və qalıq borc hazırda 11.207 (on bir min iki yüz yeddi) manat təşkil edir. Göstərilən müqavilənin müddəti 03 iyul 2021-ci ildə başa çatmış və müqavilə öhdəliyi Cavabdeh tərəfindən icra olunmamışdır. Cavabdehlə bağlanmış müqavilənin 2.2-ci bəndinə görə Borclu bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirilməsini öz üzərinə götürür. Lakin müqavilənin göstərilən şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. 11.207 manat borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuş, borcun qısa müddətdə İddiaçı QSC-yə ödənilməsi onun nəzərinə çatdırılmışdır. Göstərilənlərə əsasən Cavabdeh cəmi 11.207 (on bir min iki yüz yeddi) manat məbləğin və 123,62 (yüz iyirmi üç manat, altmış iki qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(063)-11/2019 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.2 və 32.4, 313-cü maddələri ilə təqsirli bilinmişdir. İşin materiallarında olan dəymiş ziyanın hissə-hissə ödənilməsinə dair 03 iyul 2019cu il tarixli müqavilənin surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin icraatında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Ucar filialının sabiq müdiri X2 və həmin filialın əməkdaşaları olmuş X1, X7, X3, habelə filialın əməkdaşları olmayan Cavabdeh, X4 və X6 barəsində cinayət işinin istintaqı aparılarkən istintaqın gəldiyi yekun nəticəyə görə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təqsirləndirilən şəxslər tərəfindən 159.500 manat ziyan vurulmuş, həmin ziyandan 109.000 manatı ödənilmiş, qalan 50.000 (əlli min beş yüz) manat ziyan isə təqsirləndirilən şəxslər tərəfindən ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxslərdən Cavabdeh ərizə ilə İddiaçı QSC-yə müraciət edərək vurulmuş ziyan məbləğindən ona aid edilən 23.800 manat məbləğindən bir hissəsinin əvvəlcədən, qalan hissəsinin isə ona vaxt verilməklə 24 ay müddətində ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. Tərəflər hazırkı müqavilə əsasında Cavabdeh tərəfindən ödənilməmiş qalan 23.800 (iyirmi üç min səkkiz yüz) manat borcun ödənilməsi müddəti və şərtləri barədə razılığa gəlmişlər. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 123,62 (yüz iyirmi üç manat, altmış iki qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. İddiaçının tələbinin əsasını ona cavabdehin qanunsuz əməlləri nəticəsində dəymiş ziyanın tələbi təşkil edir. Belə ki, qanuni qüvvəsini almış hökmə əsasən Cavabdeh iddiaçıya 23800 manat məbləğində zərər vurmuşdur. Cavabdehin həmin zərəri vurması Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(063)-11/2019 saylı hökmü ilə öz təsdiqini tapır. İşin materiallarında olan 05 avqust 2020-ci il tarixli, 328 saylı sonuncu xəbərdarlıqdan görünür ki, Cavabdeh Ucar Rayon Məhkəməsinin hökmündə göstərilən məbləği ödəmədiyi üçün ona xəbərdarlıq olunmuşdur. İşin materiallarında olan 11 oktyabr 2022-ci il tarixli, 3-7/2893 saylı xəbərdarlıqdan görünür ki, Cavabdeh Ucar Rayon Məhkəməsinin hökmündə göstərilən məbləği ödəmədiyi üçün ona xəbərdarlıq olunmuşdur. İşin materiallarında olan 26 oktyabr 2022-ci il tarixli, 3-11/3113 saylı xəbərdarlıqdan görünür ki, Cavabdeh Ucar Rayon Məhkəməsinin hökmündə göstərilən məbləği ödəmədiyi üçün ona xəbərdarlıq olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh tərəfindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına maddi ziyan vurulmuş və bu hal qanuni qüvvəsini almış məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə də cavabdeh tərəfindən əməl olunmamış, nəticədə cavabdehin 11207 manat bocu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı vurulmuş ziyan məbləğinin məcburi qaydada ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 11207 (on bir min iki yüz yeddi) manat pul və 123,62 (yüz iyirmi üç manat, altmış iki qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı vurulmuş ziyan məbləğinin məcburi qaydada ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 11207 (on bir min iki yüz yeddi) manat pul və 123,62 (yüz iyirmi üç manat, altmış iki qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-635/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-635/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver