Məhkəmə qərarları › İş №e-2(014)-640/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-640/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-640/2022 17.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiаçı İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qаrşı «kredit müqaviləsinin ləğvi və borc» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı ASC cаvаbdеhlər Cavabdeh3 və Cavabdeh2 və Cavabdeh1 qаrşı «kredit müqaviləsinin ləğvi və borc» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış Rest № 037CASA192730003 saylı 30 sentyabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9667.56 manat əsas kredit borcu, 36.90 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 9704.46 manat və 117.05 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Rest № 037CASA192730003 saylı 30 sentyabr 2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 bir il güzəşt müddəti olmaqla beş il müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10593 manat məbləğində kredit verilmişdir. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcununun ödənilməsi tələbi nəzərdə tutulmamışdır. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 037FİZAM76302601 saylı 30 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh3 Rest № 037CASA192730003 saylı 30 sentyabr 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 037FİZAM76302701 saylı 30 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh3 Rest № 037CASA192730003 saylı 30 sentyabr 2019cu il tarixli Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Rest № 037CASA192730003 saylı 30 sentyabr 2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin, Rest № 037CASA192730003 saylı 30 sentyabr 2019-cu il tarixli Güzəşli Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 03.02.2022-ci il tarixinə 9667.56 manat əsas kredit borcu, 36.90 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 9704.46 manat məbləğində borcu qalmaqdadır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ASC-nin nümayəndəsi Qalib Məhərrəmov məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakları olmadan baxılmasını və iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cаvаbdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5-ci mаddəsinə əsаsən cаvаbdеhlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirərək, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC tərəfindən verilmiş 30.09.2019-cu il tarixli Rest № 037CASA192730003 saylı güzəştli kredit müqavilədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmışdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC tərəfindən verilmiş 30 sentyabr 2019-cu il tarixli 037FİZAM76302601 saylı və 30 sentyabr 2019-cu il tarixli 037FİZAM76302701 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. İş materialları ilə müəyyən edilir ki, Bank Respublika tərəfindən verilmiş Cavabdeh3 İddiaçı ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması dair arayışdan məlum olur ki, kredit müqaviləsinə əsasən 9667.56 manat əsas kredit borcu, 36.90 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 9704.46 manat borcu vardır. İşdə olan və məhkəmədə tədqiq edilən, İddiaçı ASC-nin tərəfindən verilmiş 20.12.2021-ci il tarixli 3834 saylı bildirişdən məlum olur ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin şərtlərinə uyğun olaraq iş materialları hazırlanıb aidiyyatı üzrə məhkəmə orqanına göndəriləcəyi bildirilmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC tərəfindən verilmiş 27.05.2019-cu il tarixli 003CASA191470003 saylı güzəştli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh3 bankdan 30.09.2024-cü ilədək qaytarmaq və illik 1 % ödəmək şərti ilə aldığı 10593 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh3 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh3 tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onun kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, onlar Cavabdeh3 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh3 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh2 və Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, 30.09.2019-cu il tarixli 037CASA192730003 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9667.56 manat əsas kredit borcu, 36.90 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 9704.46 manat həmçinin 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 117.05 manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh3 və İddiaçı ASC arasında bağlanmış 30.09.2019-cu il tarixli Rest №037CASA192730003 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9667.56 manat əsas kredit borcu, 36.90 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 9704.46 manat borc və həmçinin 117.05 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar