Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-640/2024 15.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-nin Yevlax filialının traktorçusu işləyərkən 22 iyul 2021-ci il tarixdə saat 13:00 radələrində Yevlax-Ağdam- Laçın yolunun Yevlax rayonu ərazisindən keçən 1-ci kilometrində, idarə etdiyi MTZ-80 X markalı 90F-872 dövlət qeydiyyat nişanlı traktorla Yevlax rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq traktora qoşulu olan kultivatorun dəmir hissəsi ilə yolun kənarında dayanmış X2 ehtiyyatsızlıqdan vurmuş, nəticədə zərərçəkmişə sol dirsək sümüyünün proksimal ucunun çoxqəlpəli açıq yerdəyişən sınığı, sağ mil sümüyünün az yerdəyişən sınığı xəsarətləri yetirmiş və tərəfindən ona sağlamığının uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət yetirilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində X1 xəsarət alması faktı üzrə cavbdeh Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(039)-187,2021 saylı qərarı ilə barəsində “9 Noyabr - Zəfər Günü münasibətilə amnistiya edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. X3 yol nəqliyyat hadisəsi nəticəsində Türkiyə Respublikasında əməliyyat olunması üçün əməliyyat xərci olan 51.000 manat, Türkiyəyə gediş-gəliş xəstəxana məsrəfləri üçün 10,000 manat, müalicə məsrəflərini qarşılamaq üçün bankdan götürülmüş olan 10,500 manat məbləğində kredit məbləğinin əmək qabiliyyətinin itirildiyi müddət ərzində hər ay 724,10 manat + 5792,80 manat, mənəvi zərər üçün 20,000 manat, cəmi 97292 manat və iddia ərizəsinin verildiyi gündən iddiaçının əmək qabiliyyətinin bərpa olunacağı günə qədər hər ay 724,10 manat sabit pul məbləğinin cavabdehdən tutulub ödənilməsi ilə bağlı İddiaçı MMC-yə qarşı Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsində maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia qaldırmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(006)-100/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən iddiaçı X1 xeyrinə maddi zərər qismində 7500 manat, mənəvi zərər olaraq 2500 manat, ümumilikdə 10000 manat pul vəsaitinin tutulması qət edilmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4402/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-270/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4402/2023 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Cavabdeh əmək vəzifələrinin icrası zamanı, nəqliyyat vasitəsini icra edərkən vurulan zərərin ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, lakin tələb olunan vəsait onun tərəfindən ödənilməmişdir. Bununla bağlı cavabdehdən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün, əmək vəzifələrinin icrası zamanı, nəqliyyat vasitəsini idarə edən şəxsin vurduğu zərər miqdarında geriyə tələb (reqres) qaydada 10.000 (on min) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsi üçün məhkəməyə müraciət edilmişdir. İddiaçı MMC-nin baş direktoru tərəfindən məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvayaraq göstərmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı 10,000 manat məbləğində borcun və 120,00 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edilmişdir. İddia tələbi üzrə Cavabdeh əmək vəzifələrinin icrası ilə bağlı nəqliyyat vasitəsini idarə edərkən mülki hüquq pozuntusu törətməsi barədə vurulan zərərə görə geriyə tələb – reqress qaydada iddia tələbinə əsasən, maddi zərərə görə 7500,00 manat, mənəvi zərərə görə 2500 manat məbləğində ümumilikdə 10,000 manat məbləğində pul vəsaitinin və 120 manat dövlət rüsumunun ödənilməsi barədə tələb irəli sürülmüşdür. Cavabdehə qarşı 10,000 manat məbləğində tələb müəyyən edilsə də, mülki işə apellyasiya baxışı zamanı 75 manat, kassasiya baxışı zamanı 75 manat ümumilikdə 150 manat dövlət rüsumu və kassasiya baxışı zamanı vəkil xidməti haqqının ödənilməsi ilə bağlı 200 manat məbləğində əlavə vəsait sərf edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin həcmini artırmaqla Cavabdeh 10,000 manat pul vəsaitinin, 120 manat məbləğində dövlət rüsumunun və 350 manat məbləğində xərclərin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında qeyd edilən hadisə ilə bağlı cəzasını çəkdiyini, tələb olunan məbləği ödəməyə maddi imkanının olmadığını bildirdi. Məhkəmə proses iştrakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2021-ci il tarixli, 350/21 saylı əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-nin Yevlax filialının traktorçusu kimi işə qəbul edilmişdir. İşin materiallarında olan İddiaçı MMC-nin Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC qarşısında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 32-ci maddəsinə əsasən tam maddi məsuliyyət götürmüşdür. İşin materiallarında olan ittiham aktından görünür ki, Cavabdeh 22 iyul 2021-ci il tarixdə saat 13:00 radələrində Yevlax-Ağdam-Laçın yolunun Yevlax rayonu ərazisindən keçən 1-ci kilometrində, idarə etdiyi MTZ-80 X markalı 90F-872 dövlət qeydiyyat nişanlı traktorla Yevlax rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq traktora qoşulu olan kultivatorun dəmir hissəsi ilə yolun kənarında dayanmış X2 ehtiyyatsızlıqdan vurmuş, nəticədə zərərçəkmişə sol dirsək sümüyünün proksimal ucunun çoxqəlpəli açıq yerdəyişən sınığı, sağ mil sümüyünün az yerdəyişən sınığı xəsarətləri yetirmiş və tərəfindən ona sağlamığının uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət yetirilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində X1 xəsarət alması faktı üzrə cavbdeh Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. İşin materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(039)- 187,2021 saylı qərarından görünür ki, Cavabdeh barəsində “9 Noyabr - Zəfər Günü münasibətilə amnistiya edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. İşin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-100/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən iddiaçı X1 xeyrinə maddi zərər qismində 7500 manat, mənəvi zərər olaraq 2500 manat, ümumilikdə 10000 manat pul vəsaitinin tutulması qət edilmişdir. İşin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4402/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-270/2024 saylı qərarından görünür ki, cavabdeh İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(103)-4402/2023 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, OD48 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən X1 bank hesabına 2000 (iki min) manat pul köçrülmüşdür. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən X1 bank hesabına 2000 (iki min) manat pul köçrülmüşdür. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, OD2 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən X1 bank hesabına 2000 (iki min) manat pul köçrülmüşdür. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, OD36 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən X1 bank hesabına 1000 (min) manat pul köçrülmüşdür. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən X1 bank hesabına 3000 (üç min) manat pul köçrülmüşdür. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, OD2 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən 18 saylı Vəkil Bürosunun bank hesabına hüquqi xidmət üçün 200 (iki yüz) manat pul köçrülmüşdür. İşin materiallarında olan qəbzdən görünür ki, İddiaçı MMC Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməsi üçün 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin materiallarında olan qəbzdən görünür ki, İddiaçı MMC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməsi üçün 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin materiallarında olan iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat bölməsindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 120 (yüz iyirmi) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 22 iyul 2021-ci il tarixdə saat 13:00 radələrində Yevlax-Ağdam-Laçın yolunun Yevlax rayonu ərazisindən keçən 1-ci kilometrində, idarə etdiyi MTZ-80 X markalı 90F-872 dövlət qeydiyyat nişanlı traktorla Yevlax rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq traktora qoşulu olan kultivatorun dəmir hissəsi ilə yolun kənarında dayanmış X2 ehtiyyatsızlıqdan vurmuş, nəticədə zərərçəkmişə sol dirsək sümüyünün proksimal ucunun çoxqəlpəli açıq yerdəyişən sınığı, sağ mil sümüyünün az yerdəyişən sınığı xəsarətləri yetirmiş və tərəfindən ona sağlamığının uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət yetirilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində X1 xəsarət alması faktı üzrə cavbdeh Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(039)-187,2021 saylı qərarına əsasən Cavabdeh barəsində “9 Noyabr - Zəfər Günü münasibətilə amnistiya edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Daha sonra Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-100/2023 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı MMC-dən iddiaçı X1 xeyrinə maddi zərər qismində 7500 manat, mənəvi zərər olaraq 2500 manat, ümumilikdə 10000 manat pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Həmin qətnamədən cavabdeh İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(103)-4402/2023 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. xx.xx.2024-cü il tarixli, OD48 nömrəli, ödəniş tapşırığına əsasən 2000 (iki min) manat, xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığına əsasən 2000 (iki min) manat, xx.xx.2024-cü il tarixli, OD2 nömrəli ödəniş tapşırığına əsasən 2000 (iki min) manat, xx.xx.2024-cü il tarixli, OD36 nömrəli ödəniş tapşırığına əsasən 1000 (min) manat və xx.xx.2024-cü il tarixli, OD1 nömrəli ödəniş tapşırığına əsasən 3000 (üç min) manat olmaqla cəmi 10000 (on min) manat pul vəsaiti İddiaçı MMC tərəfindən X1 bank hesabına köçrülmüşdür. Eyni zamanda İddiaçı MMC tərəfindən 18 saylı Vəkil Bürosunun bank hesabına hüquqi xidmət üçün 200 (iki yüz) manat pul köçrülmüşdür. Bundan başqa İddiaçı MMC Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməsi üçün 75 (yetmiş beş) manat, İddiaçı MMC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməsi üçün 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu, hazırki iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmək üçün 120 (yüz iyirmi) manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı Cavabdeh 10000 (on min) manat məbləğində borc, 350 (üç yüz əlli) manat məbləğində xərc və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsində göstərilir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 10000 (on min) manat məbləğində pul, 350 (üç yüz əlli) manat məbləğində xərc və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul, 350 (üç yüz əlli) manat məbləğində xərc və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-640/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-640/2024
15.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver