Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-666/2024 21.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 597/2013-saylı, 13 sentyabr 2013-cü il tarixli qətnaməsi iləİddiaçı Cavabdeh qarşı «nigahın pozulması və aliment tələbinə dair» iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2008-ci il tarixdə Ağdaş rayon RİHB-nin Ləki qəsəbə İƏV üzrə nümayəndəliyində 13 nömrə ilə qeydə alınmış nigahın pozulması, 28 fevral 2009-cu il təvəllüdlü X5 və 15 may 2010-cu il təvəllüdlü X8 anaları İddiaçı yanında saxlanılmaları və Cavabdeh 07 may 2013-cü il tarixdən başlayaraq 28 fevral 2009-cu il təvəllüdlü X5 və 15 may 2010-cu il təvəllüdlü X6 18 yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay 100 manat aliment tutulması qət edilmişdir. Hesab edirəm ki, aşağıdaşərh olunаn beynəlxаlq və milli qаnunvericilik аktı normаlаrının, o cümlədən Ailə Məcəlləsinin 76, 78 və 112-ci mаddələrinin tələblərinə əsаsən birgə nikаhımızdаn doğulmuş və yetkinlik yаşlarınа çаtmаmış uşаqların mənаfelərini və onların böyüdükcə artan tələbatını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər mаksimаl sаxlаnılmаsı şərtlərini, cavabdehin qazancının artması və iddiаçı İddiaçı аzyаşlı uşaqların saxlanılması üçün artan tələbatını təkbаşınа ödəyə bilməməsi nəzərə аlınmalı, 28 fevral 2009-cu il təvəllüdlü X5 və 15 may 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Ağdaş Rayon Məhkəməsinin 2(014)-597/2013 saylı, 13 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə cаvаbdeh Cavabdehndаn iddiаçı İddiaçı xeyrinə tutulаn аlimentin miqdаrı аrtırılmalı və cаvаbdeh Cavabdehndаn iddiаçı İddiaçı xeyrinə hər ay hər uşаq üçün 235 (iki yüz otuz beş) mаnаt olmаqlа ümumilikdə 470 (dörd yüz yetmiş) mаnаt məbləğində aliment tutulmalıdır. Belə ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı Mediasiyaya müraciət etmiş, Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən X7 mediator təyin edilmişdir. Cavabdeh mediasiya prosesində iştirak etmədiyindən İddiaçı mediator X7 tərəfindən X3 iştirak edilməməsi barədə arayış verilmişdir. 28 fevral 2009-cu il təvəllüdlü X2 və 15 may 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Ucar rayon Məhkəməsinin 2(014)-597/2013-saylı, 13 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə cаvаbdeh Cavabdehndаn iddiаçı İddiaçı xeyrinə tutulаn аlimentin miqdаrı аrtırılması, 28 fevral 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay235 (iki Dövlət rüsumunun ödənilməsi haqqında məlumat X16 Azaddır - aliment alınması barədə iddialar üzrə - iddiaçılar Ərizəni imzalayan şəxs haqqında məlumat: yüz otuz beş) manat və və 15 may 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşınaçatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb iddiаçı İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, əməliyyat olunduğunu, bu səbəbdən səhətimdə yaranmış problemə görə 21 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş RİHB-nın Ləki Qəsəbə İ/N üzrə nümayəndəsliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ seriyalı, № 238265 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə Ucar rayonunda anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan Ağdaş RİHB-nın Ləki Qəsəbə İ/N üzrə nümayəndəsliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ -İ seriyalı, № 238266 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə Ucar rayonunda anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2013-cü il tarixli 2(014)-597/2013 saylı qətnaməsindən görünür ki, X4 07 may 2013-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh X4 hər ay 100 manat alimentin İddiaçı xeyrinə tutularaq ödənilməsi qət edilmişdir. İşin materiallarında olan ilkin mediyasiya sessiyasından iştirak edilməməsi barədə 18 mart 2024-cü il tarixli, MŞŞ/2024-MT00453 seriyalı arayışdan görünür ki, İddiaçı X3 iştirak etmiş, lakin cavabdeh X10 isə iştirak etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X9 anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, məhkəmənin 13 sentyabr 2013-cü il tarixli 2(014)-597/2013 saylı qətnaməsi ilə tərəflər arasında qeyd edilmiş nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X4 hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin 07 may 2013-cü il tarixdən başlayaraq alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən hər ay tutulan 100 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq 150 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən bir uşaq üçün 100 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2013-cü il tarixli 2(014)-597/2013 qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2009cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün tutulan alimentin miqdarı artırılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1200 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 32 (otuz iki) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2013-cü il tarixli 2(014)- 597/2013 qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün tutulan alimentin miqdarı artırılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-666/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-666/2024
21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver