Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-731/2024 06.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Əcəmi filialı ilə X5 arasında bağlanmış BPM**********51 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X3 illik 21 faizlə 36 ay müddətinə 5800 manat manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 253649 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim edilmiş 884 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş **********74-05101-093001 reyster nömrəli, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.2 kv/m, yaşayış sahəsi 37.5 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. Bankın əcəmi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X2 xx.xx.2024cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 5442.76 manat əsas borcu və vəfat etdiyi tarixə qədər hesablanmış 62.54 manat faiz borcu olmaqla, cəmi 5503.3 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 75.43 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-5556/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, qeyd edilən mülki iş üzrə xx.xx.2024-cü il, saat 11:00-a baxış iclası təyin edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq baxış iclasını onların iştrakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul edərək həmin kreditini ərinin götürdüyünü, onun həmin kreditdən əri vəfat etdikdən sonra məlumatının olduğunu, ərinə məxsus yaşayış evinin vərəsəlik əsasında ona keçdiyini, oğlu ilə bərabər yaşadığını, oğluna ipotekadan ev götürdüyünü, pensiyasını həmin evə verdiyini, həmin krediti ödəməyə imkanının olmadığını bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC-nin Əcəmi filialı ilə ilə borclu X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********51 nömrəli kredit müqaviləsinə əsasən X3 36 ay müddətinə, illik 21% faiz ödəmək şərtilə 5800 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 banka əsas borc üzrə 5442.76 manat və borclunun vəfat etdiyi tarixə qədər hesablanmış 62.54 manat faiz borcu olmaqla, cəmi 5505.3 manat borcu qalmışdır. İşin materiallarında olan "xxxx" ASC tərəfindən cavabdeh X2 vərəsəsi Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-2-22/2-5556/2024 nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 75.43 (yetmiş beş manat, qırx üç qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 253649 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydlər kitabında xx.xx.2022-ci il tarixli, 335 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim edilmiş 884 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********74-05101-093001 reyster nömrəli, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.2 kv/m, yaşayış sahəsi 37.5 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC-nin Əcəmi filialı ilə X5 arasında bağlanmış BPM**********51 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X3 illik 21 faizlə 36 ay müddətinə 5800 manat manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 253649 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim edilmiş 884 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə pay almışdır. Bankın Əcəmi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 5442.76 manat əsas borcu və vəfat etdiyi tarixə qədər hesablanmış 62.54 manat faiz borcu olmaqla, cəmi 5503.3 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh Rüstə qızı mərhum X2 birinci növbədə vərəsəsi olmaqla Ağdaş rayon Notariat ofisinin 2V 62 saylı, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 məxsus ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********74-05101-093001 reyster nömrəli, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.2 kv/m, yaşayış sahəsi 37.5 kv/m, 3 otaqlı olan mənzildən tam hissədə irs almışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151-ci maddəsinə uyğun olraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək ilk olduğu əmlak hüquqularının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq isliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığı götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1.-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafeylərini alınmış aktivdə özlərində hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunun mənasından göründüyü kimi hazırkı iş üzrə cavabdeh X5 vəfat etdiyindən, iddiaçı ilə kredit müqaviləsi bağlamış mərhum X2 vərəsəsi kimi Cavabdeh kreditor qarşısında müqavilə üzrə öhdəliklərin icrası üzrə borcludur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X2 vərəsəsi Cavabdeh 5442.76 (beş min dörd yüz qırx iki manat, yetmiş altı qəpik) manat əsas borcu və vəfat etdiyi tarixə qədər hesablanmış 62.54 (altmış iki manat, əlli dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 5505.3 (beş min beş yüz beş manat, otuz qəpik) manat borc və 75.43 (yetmiş beş manat, qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X2 vərəsəsi Cavabdeh 5442.76 (beş min dörd yüz qırx iki) manat 76 (yetmiş altı) qəpik əsas borcu və vəfat etdiyi tarixə qədər hesablanmış 62.54 (altmış iki) manat 54 (əlli dörd) qəpik faiz borcu olmaqla, cəmi 5505 (beş min beş yüz beş) manat 30 (otuz) qəpik borcun və 75 (yetmiş beş) manat 43 (qırx üç) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-731/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-731/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver