Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-760/2023 08.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi İddiaçı BOKT İddiaçı QSC-nin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT İddiaçı QSC-nin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, əsas borc üzrə 1600.38 (min altı yüz manat, otuz səkkiz qəpik) AZN, faiz borcu üzrə 13.85 (on üç manat, səksən beş qəpik) AZN, cəmi borcu 1614.23 (min altı yüz on dörd manat, iyirmi üç qəpik) AZN məbləğində borcun və 36.14 AZN ödənilmiş dövlət rüsumunun BOKT İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının İdarə heyətinin 06 avqust 2020-ci il tarixli, 86 saylı Qərarının icrası ilə əlaqədar "xxxx" Qapalı Səhmidar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (Aqrarkredit" QSC) Ucar filialı ilə Cavabdeh1 arasında 11 sentyabr 2020-ci il tarixli AA******* (R) "Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restruktrizasiyası Müqaviləsi" (Restruktruzasiya Müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 1924 (min doqquz yüz iyirmi dörd) AZN vaxtı keçmiş borcunu müqavilə imzalandağı tarixdən illik 1% hüsablanmaqla ödəniş qrafiki əsasında 60 ay müddətində "xxxx" QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabde Cavabdeh1 ilə bağlanmış 11 sentyabr 2020-ci il tarixli AA******* (R) saylı "Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restruktrizasiya Müqaviləsi" nin təminatı kimi "xxxx" QSC-nin Ucar filialı ilə Cavabdeh2 arasında 11 sentyabr 2020-ci il tarixli AA******* (R) saylı zaminlik müqaviləsi bağlanmışıdr. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunun ödəməli olduğu halda o, müqavilənin şətlərinə əməl etməmişdir. Bununla da cavabdeh Restrutruzasiya müqaviləsininin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 11 sentyabr 2020-ci il tarixli AA******* (R) saylı Restruktruzasiya Müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına olan əsa borcu 1600.38 AZN, faiz borcu 13.85 AZN, cəmi borcu 1614.23 (min altı yüz on dörd manat, iyirmi üç qəpik) AZN təşkil edir. Cavabdeh1 ilə bağlanmış Retrukturizasiya Müqaviləsinin 2.3-cü bəndinə əsasən, restruktruzasiya olunan kredit borcuna illik 1%-lə faiz hesablanır və ödəniş cədvəlinə uyğun olaraq cavabdeh tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc qalığına illik 2%-lə faiz hesablanır. Borclu Cavabdeh1 zamini Cavabdeh2 kredit təşkilatı ilə borcalan arasında bağlanmış müqavilələrdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəliklərinə götürmüşdürlər. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin götürülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndəriş göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının İdarə heyətinin 06 avqust 2020-ci il tarixli, 86 saylı Qərarının icrası ilə əlaqədar "xxxx" Qapalı Səhmidar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (Aqrarkredit" QSC) Ucar filialı ilə Cavabdeh1 arasında 11 sentyabr 2020-ci il tarixli AA******* (R) "Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restruktrizasiyası Müqaviləsi" (Restruktruzasiya Müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 1924 (min doqquz yüz iyirmi dörd) AZN vaxtı keçmiş borcunu müqavilə imzalandağı tarixdən illik 1% hüsablanmaqla ödəniş qrafiki əsasında 60 ay müddətində "xxxx" QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabde Cavabdeh1 ilə bağlanmış 11 sentyabr 2020-ci il tarixli AA******* (R) saylı "Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restruktrizasiya Müqaviləsi" nin təminatı kimi "xxxx" QSC-nin Ucar filialı ilə Cavabdeh2 arasında 11 sentyabr 2020-ci il tarixli AA******* (R) saylı zaminlik müqaviləsi bağlanmışıdr. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunun ödəməli olduğu halda o, müqavilənin şətlərinə əməl etməmişdir. Bununla da cavabdeh Restrutruzasiya müqaviləsininin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 11 sentyabr 2020-ci il tarixli AA******* (R) saylı Restruktruzasiya Müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına olan əsa borcu 1600.38 AZN, faiz borcu 13.85 AZN, cəmi borcu 1614.23 (min altı yüz on dörd manat, iyirmi üç qəpik) AZN təşkil edir. Cavabdeh1 ilə bağlanmış Retrukturizasiya Müqaviləsinin 2.3-cü bəndinə əsasən, restruktruzasiya olunan kredit borcuna illik 1%-lə faiz hesablanır və ödəniş cədvəlinə uyğun olaraq cavabdeh tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc qalığına illik 2%-lə faiz hesablanır. Borclu Cavabdeh1 zamini Cavabdeh2 kredit təşkilatı ilə borcalan arasında bağlanmış müqavilələrdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəliklərinə götürmüşdürlər. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin götürülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndəriş göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddiaçı məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 36.14 manat məbləğində dövlət rüsumunuda cavabdehlərdən tələb edir. Cavabdehlər tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 470.1-ci məddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xarclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit sazişi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi tələb edilən əsas və faiz borcu məbləği hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min Manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1600.38 (min altı yüz manat, otuz səkkiz qəpik) AZN, faiz borcuna görə 13.85 (on üç manat, səksən beş qəpik) AZN, cəmi 1614.23 (min altı yüz on dörd manat, iyirmi üç qəpik) AZN məbləğində borcun və 36.14 (otuz altı manat, on dörd qəpik) AZN məbləğində dövlət rüsumu alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-5.3 və 284-6.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1600.38 (min altı yüz manat, otuz səkkiz qəpik) AZN, faiz borcuna görə 13.85 (on üç manat, səksən beş qəpik) AZN, cəmi 1614.23 (min altı yüz on dörd manat, iyirmi üç qəpik) AZN məbləğində borcun və 36.14 (otuz altı manat, on dörd qəpik) AZN məbləğində dövlət rüsumu alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №e-2(014)-760/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-760/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver