Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-810/2025 19.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı Turanbank ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "xxxx" tələbi haqqında iddiasına dair işə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı "xxxx" iddia ərizi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № İk337265/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 16 916.27 AZN (on altı min doqquz yüz on altı manat iyirmi yeddi qəpik) əsas, 332.35AZN (üç yüz otuz iki manat otuz beş qəpik) faiz, 5 161.26AZN ( beş min bir yüz altmış bir manat iyirmi altı qəpik) cərimə borcu olmaqla, 22 409.88 AZN (iyirmi iki min dörd yüz doqquz manat səksən səkkiz qəpik) məbləğində cəmi borcun və tərəfimizdən ödənilmiş 157.23 AZN (bir yüz əlli yeddi manat iyirmi üç qəpik)məbləğində dövlət rüsumunun cavabdehdən (borcalan-Cavabdeh) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, TuranBankASC-nin “Binəqədi” filialı ilə Cavabdeharasında bağlanmış xx.xx.2023-cü il tarixli, № İK337265/23 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə illik faiz dərəcəsi 15 %olan 28 321 AZN (iyirmi səkkiz min üç yüz iyirmi bir manat ) məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, № İK- 337265/23 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit istehlak məqsədilə götürülmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixinə TuranBank ASC-yə 16 916.27AZN (on altı min doqquz yüz on altı manat iyirmi yeddi qəpik) əsas, 332.35 AZN (üç yüz otuz iki manat otuz beş qəpik) faiz, 5 161.26 AZN ( beş min bir yüz altmış bir manat iyirmi altı qəpik) cərimə borcu olmaqla, cəmi borcunuz 22 409.88 AZN (iyirmi iki min dörd yüz doqquz manat səksən səkkiz qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü tarixli № İK-337265/23 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 15 % olmaqla cərimə faizi ödəyir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən, tərəflər razılaşırlar ki, Borcalan üzərinə götürdüyü öhdəliyi icra etməzsə və ya lazımınca icra etməzsə, Bank Borcalanın cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunun məcburi qaydada alınması üçün məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün notariusa müraciət edə və ya onun razılığı olmadan (həmçinin məhkəməyə müraciət edilmədən, icra qeydi almadan) və xəbərdar etmədən onun Bankdakı milli və xarici valyutada olan cari, sub, əmək haqqı, əmanət və digər hesablarından birdəfəyə və ya hissə-hissə silə bilər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, iddianın tam olaraq təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2023-cü tarixli № İK-337265/23 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə illik faiz dərəcəsi 15 %olan 28 321 AZN (iyirmi səkkiz min üç yüz iyirmi bir manat ) məbləğində kredit verilmişdir. İşin materiallarında olan 11 mart 2025-ci il tarixli, 084 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü tarixli № İK-337265/23 saylı kredit razılaşması üzrə, əsas məbləğ üzrə borc 16 916.27 AZN (on altı min doqquz yüz on altı manat iyirmi yeddi qəpik) əsas, 332.35AZN (üç yüz otuz iki manat otuz beş qəpik) faiz, 5 161.26AZN ( beş min bir yüz altmış bir manat iyirmi altı qəpik) cərimə borcu olmaqla, 22 409.88 AZN (iyirmi iki min dörd yüz doqquz manat səksən səkkiz qəpik) məbləğində borcu vardır. İşin materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 19 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən kredit razılaşmasına əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuşlar. İşin materiallarında olan Ağdaş RİHB-nın Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli 5-32-12/2-H-908/2025 saylı məktubdan görünür ki, ünvan 1 ünvana nümayəndə göndərildi, lakin Cavabdeh həmin ünvanda yaşamadığı üçün məhkəmə bildirişini vətəndaşa çatdırmaq ümükün olmadı. Cavabdeh hal-hazırda harada yaşaması barədə Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin elektron sistemində məlumatı qeydə alınmamışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 157.23 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək xx.xx.2023-cü tarixli № İK-337265/23 saylı saylı kredit razılaşması üzrə cərimə borcu 500 manat məbləğində müəyyən edilməlidir. Bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, 157.23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsində qeyd edilir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kredit razılaşması üzrə İddiaçı ASC-yə olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, Cavabdeh əsas məbləğ üzrə borc 16 916.27 manat (on altı min doqquz yüz on altı manat iyirmi yeddi qəpik) əsas, 332.35 manat (üç yüz otuz iki manat otuz beş qəpik) faiz, 5 00 manat (beş yüz) cərimə borcu olmaqla, 17748.62 manat (on yeddi min yeddi yüz qırx səkkiz manat altmış iki qəpik) məbləğində borc, həmçinin 143.24 (yüz qırx üç manat iyirmi dörd qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməsin. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü tarixli № İK-337265/23 saylı kredit razılaşmasına əsasən əsas məbləğ üzrə borc 16 916.27 manat (on altı min doqquz yüz on altı manat iyirmi yeddi qəpik) əsas, 332.35 manat (üç yüz otuz iki manat otuz beş qəpik) faiz, 5 00 manat (beş yüz) cərimə borcu olmaqla, 17748.62 manat (on yeddi min yeddi yüz qırx səkkiz manat altmış iki qəpik) məbləğində borc, həmçinin 143.24 (yüz qırx üç manat iyirmi dörd qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təımin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-810/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-810/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver