Məhkəmə qərarları › İş №e-2(014)-821/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-821/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-821/2024 11.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X12 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "Alimentin miqdarının artırılması" tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "Alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 dekabr 2021-ci il təvəllüdlü X1 üçün Ağdaş Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(014)-845/2022 nömrəli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq uşaq yetkinlik yaşına çatana qədər hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 04 dekabr 2020-ci il tarixdə Gəncə regional “ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirərək evlənmişlər. Birgə nikahlarından 13 dekabr 2021-ci il təvəllüdlü X8 doğulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 17 iyun 2022-cı il tarixli, 2(014)-845/2022 nömrəli qətnaməsi ilə cavabdehdən uşağın 18 yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda alimentin ödənilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qərarından iki ilə yaxın vaxt keçmişdir. Bu müddət ərzində uşaq da böyümüş və onun maddi tələbatları xeyli artmışdır. Artıq məhkəmə tərəfindən tutulan aliment məbləği uşağın tələbatlarının tam ödənilməsinə kifayət etmir. Cavabdeh isə alimentdən başqa uşağın saxlanması üçün ona heç bir maddi kömək göstərmir. Qızının təlim-tərbiyəsi ilə məşğul olaraq, onun qayğısına qalmaqla yanaşı, həm də uşağın tam xərclərini ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Qeyd edilən səbəblərdən o, Ağdaş Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(014)-845/2022 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılması qərarına gələrək “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən cavabdehlə aralarında yaranmış mübahisənin qarşılıqlı həlli üçün cavabdehə Mediasiya prosesinin tədbqi barədə təklif göndərmiş, lakin cavabdeh bu təklifi qəbul edib-etməməsi barədə cavab vermədiyindən ərazi aidiyyəti üzrə Mingəçevir 1 saylı Mediasiya Təşkilatına müraciət edərək mübahisə ilə bağlı X7 keçirilməsini xahiş etmişdir. Cavabdehin 30 aprel 2024-cü il tarixdə keçirilmiş İMS-da iştirak etmək istəməməsi səbəbindən mübahisəni qarşılıqlı razılığa əsasən həll edə bilməmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsinə baxmayaraq həmin məbləğ uşağın saxlanılması üçün kifayət deyil. Hazırda Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını və alimentin artırılaraq qanunla müəyyən olunmuş məbləğlə bərabərləşdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtıvaxtında ödəyir. Ailə üç nəfər olmaqla ailənin tək gəlir yeri oğlunun əmək haqqıdır. Oğlu Cavabdeh 570 manat əmək haqqı alır, eyni zamanda kredit borcu olduğundan, kredit ödənişi də əmək haqqı hesabına ödənilir. Oğlunun əməh haqqından 170 manat məbləğində aliment və kredit ödənişi edildikdən sonra özünün və ailə üzvlərinin dolanması üçün vəsait qalmır. 170 manat məbləğində aliment bir uşağın saxlanılması üçün yetərli məbləğdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli, AZ-İV № 667841 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 13 dekabr 2021-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası X3r. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli, AZ-İ № 471860 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında qeydə alınmış nikah Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və 29 noyabr 2023-cü il tarixdə akt qeydləri kitabında 165 nömrə ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Həmidli soyadı verilmişdir. Ağdaş Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(014)-845/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 18 aprel 2022-ci il tarixdən başlayaraq 13 dekabr 2021-ci il təvəllüdlü X6 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 40 manat 40 qəpik dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 30 aprel 2024-cü il tarixli arayışından görünür ki, “alimentin miqdarının artırılması tələbi”-nin mübahisələndirilməsi üzrə 30 aprel 2024-cü il tarixdə saat 14:00-da keçirilmiş mediasiya prosesində İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən 13 dekabr 2021-ci il təvəllüdlü X8 doğulmuş, Ağdaş Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(014)-845/2022 nömrəli qətnaməsi ilə Cavabdeh 18 aprel 2022-ci il tarixdən başlayaraq 13 dekabr 2021-ci il təvəllüdlü X6 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. Hazırda İddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onlarla bağlı olan məsrəfləri nəzərə alaraq uşağın saxlanılması üçün cavabdehdən 170 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, alimentin məbləği artırılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 13 dekabr 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti, artırılan hissəyə nisbətdə 240 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 13 dekabr 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar