Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-831/2025 20.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçının "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4, Cavabdeh4 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada iddiaçı"xxxx" ASC-nin xeyrinə 577.12 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 577.12 (beş yüz yetmiş yeddi manat 12 qəpik) manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X5 (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış 730-19.12.2***-******* nömrəli Kredit Müqaviləsinə (bundan sonra “Müqavilə” adlandırılacaq) əsasən Borcalana 36 ay müddətinə illik 26 % dərəcəsilə hesablanmaqla 1210 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilənin şərtlərinə əsasən Borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2019-cu il tarixində vəfat etdiyindən Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ağdaş rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən X2 miras əmlakına dair onun vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2, Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən ümumi sahəsi 2.4562 ha. olan torpaq sahəsini və Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən ümumi sahəsi 1.26 ha. olan torpaq sahəsini əldə etmələri barədə xx.xx.2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsindəxx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən X2 Kredit müqaviləsi üzrə 577.12 manat əsas borcu, 0 manat faiz borcu olmaqla, cəmi 577.12 (beş yüz yetmiş yeddi manat 12 qəpik) manat məbləğində kredit borcu qalmışdır. Cavabdehlər qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 izahat verərək bildirdi ki, maddi vəziyyəti çox zəifdir. 311 manat məbləğində təqaüd alır. İddia tələbinin rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Cavabdeh5 05 iyun 2025-ci il tarixdə məhkəmə iclasında izahat verərək bildirdi ki, kredit məbləğini ödəyə bilmədiyindən, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə borclu X5 arasında bağlanmış 19 dekabr 2017-ci il tarixli, 730-19.12.2***-******* nömrəli kredit müqaviləsinə əsasən X3 36 ay müddətinə illik 26 % dərəcəsilə hesablanmaqla 1210 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X2 banka 577.12 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 577.12 (beş yüz yetmiş yeddi manat 12 qəpik) manat borcu qalmışdır. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 noyabr 2019-cu il tarixli, AZ-İİ 044377 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydlər kitabında xx.xx.2019-cu il tarixli, 455 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim edilmiş 14 fevral 2024-cü il tarixli 2V-261 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan ayrı-ayrılıqda 1/5 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən ümumi sahəsi 2.4562 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim edilmiş 14 fevral 2024-cü il tarixli 2V-262 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan ayrı-ayrılıqda 1/5 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən ümumi sahəsi 1.26 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim edilmiş 14 fevral 2024-cü il tarixli 2V-265 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan ayrı-ayrılıqda 1/5 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən ümumi sahəsi 2.4562 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim edilmiş 14 fevral 2024-cü il tarixli 2V-263 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan ayrı-ayrılıqda 1/5 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən ümumi sahəsi 1.26 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim edilmiş 14 fevral 2024-cü il tarixli 2V-266 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan ayrı-ayrılıqda 1/5 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən ümumi sahəsi 1.26 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim edilmiş 14 fevral 2024-cü il tarixli 2V-267 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan ayrı-ayrılıqda 1/5 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən ümumi sahəsi 1.26 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim edilmiş 14 fevral 2024-cü il tarixli 2V-270 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan ayrı-ayrılıqda 1/5 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən ümumi sahəsi 1.26 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim edilmiş 14 fevral 2024-cü il tarixli 2V-269 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X7, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan ayrı-ayrılıqda 1/5 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən ümumi sahəsi 2.4562 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim edilmiş 14 fevral 2024-cü il tarixli 2V-268 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan ayrı-ayrılıqda 1/5 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən ümumi sahəsi 2.4562 ha olan torpaq sahəsindən ibarətdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, X2 vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış öhdəliyi 3 gün müddətində tam şəkildə yerinə yetirmədikləri təqdirdə tərəflərindən məhkəməyə müraciət ediləcəyi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X5 (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış 730-19.12.2***-******* nömrəli Kredit Müqaviləsinə (bundan sonra “Müqavilə” adlandırılacaq) əsasən Borcalana 36 ay müddətinə illik 26 % dərəcəsilə hesablanmaqla 1210 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilənin şərtlərinə əsasən Borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2019-cu il tarixində vəfat etdiyindən Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ağdaş rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən X2 miras əmlakına dair onun vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2, Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən ümumi sahəsi 2.4562 ha. olan torpaq sahəsini və Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən ümumi sahəsi 1.26 ha. olan torpaq sahəsini əldə etmələri barədə xx.xx.2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsindəxx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən X2 Kredit müqaviləsi üzrə 577.12 manat əsas borcu, 0 manat faiz borcu olmaqla, cəmi 577.12 (beş yüz yetmiş yeddi manat 12 qəpik) manat məbləğində kredit borcu qalmışdır. Cavabdehlər - X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Təqdim edilmiş sübutlardan görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 mərhum X2 birinci növbədə vərəsəsi olmaqla Ağdaş rayon Notariat ofisinin 14 fevral 2024-cü il tarixli 2V-268 saylı, 14 fevral 2024-cü il tarixli 2V-269 saylı, 14 fevral 2024-cü il tarixli 2V-270 saylı, 14 fevral 2024-cü il tarixli 2V- 267 saylı, 14 fevral 2024-cü il tarixli 2V-266 saylı, 14 fevral 2024-cü il tarixli 2V-263 saylı, 14 fevral 2024-cü il tarixli 2V-265 saylı, 14 fevral 2024-cü il tarixli 2V-262 saylı, 14 fevral 2024-cü il tarixli 2V-261 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi tanınmışdır və onlar miras əmlakdan ayrı-ayrılıqda 1/5 hissədə irs almışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151-ci maddəsinə uyğun olraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək ilk olduğu əmlak hüquqularının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq isliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığı götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1.-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafeylərini alınmış aktivdə özlərində hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunun mənasından göründüyü kimi hazırkı iş üzrə cavabdeh X8 vəfat etdiyindən, iddiaçı ilə kredit müqaviləsi bağlamış mərhum X6 vərəsəsi kimi Cavabdeh4 qızı kreditor qarşısında müqavilə üzrə öhdəliklərin icrası üzrə borcludur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X2 vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada 577.12 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 577.12 (beş yüz yetmiş yeddi manat 12 qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X2 vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada 577.12 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 577.12 (beş yüz yetmiş yeddi manat 12 qəpik) manat borc və 30.40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-831/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-831/2025
20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver