Məhkəmə qərarları › İş №e-2(014)-849/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-849/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-849/2024 15.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, Cavabdeh, İddiaçı Cavabdeh qarşı “borcun və faizin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun və faizin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş şəhəri, M.İsayev küçəsi-49 ünvanında yaşayan Cavabdeh xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 1500 manat əsas borcu və 900 manat faiz üzrə borcun, cəmi 2400 manat borcun, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 504 manat əsas borcu və 302 manat hesablanmış faiz üzrə borcu, cəmi 806 manat borcun həmçinin dövlət rüsumu hesabına ödədiyi 74 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən “LG” markalı Led televizor alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 1500 manat məbləğində, xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən məişət əşyalarının alınması məqsədilə cavabdehə 12 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 504 manat məbləğində borc verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Cavabdeh hər iki müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə pul ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli müqavilə üzrə iddiaçıya əsas borcunun məbləği 1500 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə iddiaçıya əsas borcunun məbləği 504 manat təşkil edir. Həmin müqavilələrin 2.4-cü bəndinə əsasən cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə borcalan müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Lakin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddəti ötürdüyü və və bu gecikməyə görə iddiaçıya vurduğu maddi ziyana görə artırılmış faiz üzrə borcunun xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 900 manat, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 302 manat tələb edir. Hazırda Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 1500 manat əsas borcu və 900 manat hesablanmış faiz üzrə borcu, cəmi 2400 manat, xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 504 manat əsas borcu və 302 manat hesablanmış faiz üzrə borcu, cəmi 806 manat borcu yaranmışdır. Cavabdeh iddiaçıya olan borcunu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq qaytarmaqdan yayındığından aralarında yaranmış mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. Məhkəmə hazırlıq iclasında iddiaçı iclasında İddiaçı bildirmişdir ki, iddia tələbini müdafiə edir. Emin onun mağazasından televizor və başqa elektrik avadanlığı almışdır. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o, iddianı qəbul etmir, mağazadan heç nə almamış, Seymur və işçisi ona hədə-qorxu gəldiklərindən sənədləri imzalamışdır. Seymur mütəmadi onun qarşısını kəsib ona təziq göstərir. Məhkəmə iclasında sualları cavablandıran Cavabdeh bildirdi ki, seymurun və işçisinin ona hədə-qorxu gəlmələri və ya ona qarşı qanunsuz hərəkətlər etmələri barədə heç bir orqana nə yazılı, nə də şifahi şikayət etməmişdir. Seymurun sırf ona qarşı bu hərəkətləri etməsinin səbəbi əvvəllər Seymurdan bəzi avadanlıqlar alması olmuşdur. Hazırda qeyd etdikləri ilə bağlı heç bir sübut təqdim edə bilmir. Odur ki, əsas borcu ödəməyə hazırdır, lakin cərimənin silinməsini xahiş edir. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 12 ay müddətinə hər ay 125 manat ödənilməsi şərti ilə 1500 manat borc ayırmışdır. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 12 ay müddətinə hər ay 42 manat ödənilməsi şərti ilə 504 manat borc ayırmışdır. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli borc müqavilələrinin 2.2-ci bəndinə əsasən borcalan bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən ödəniş cədvəlinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə, “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 (altmış) faiz məbləğində artırılmış faizləri satıcıya ödəməlidir. İşin materiallarında olan İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə ümumi borcu 2400 (iki min dörd yüz) manat təşkil edir. İşin materiallarında olan İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə ümumi borcu 806 (səkkiz yüz altı) manat təşkil edir. İşin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş 20 dekabr 2023cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı borcalana 09 sentyabr 2023-cü il tarixli borc müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş 09 aprel 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı borcalana 26 noyabr 2024-cü il tarixli borc müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 74 (yetmiş dörd) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehin ərizəsini nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mülki işin materiallarına əlavə edilmiş müqavilənin adı borc müqaviləsi kimi qeyd olunsa da işin müəyyən edilmiş hallarından görünür ki tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında həmin müqavilələr xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə bağlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh borcu etiraf etməyərək iş materiallarında olan müqavilələri hədə-qorxu ilə ona imzalatdırdıqlarını bildirsə də, izahatında bildirdiklərinə dair heç bir sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə baxışı iclasında əsas borcu ödəməyə hazır olduğunu bildirməsi məhkəmə tərəfindən iddianı qəbul etməsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Bundan əlavə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə tələb edilən 900 manat və xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə isə tələb edilən 302 manat faiz borcu yox, dəbbə puludur, belə ki, tərəflər arasında bağlanmış müqavilələrdə faiz borcunun hesablanması və dəbbə pulu nəzərdə tutulmamışdır, lakin dəbbə pulu həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə tələb edilən əsas borcun miqdarının 1500 manat, xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə isə tələb edilən əsas borcun miqdarının 504 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə 900 manat, xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə isə 302 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddiaçının cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə tələb edilən 900 manat dəbbə pulu və xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə isə tələb edilən 302 manat dəbbə pulu tələbinə dair hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 41 (qırx bir) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 09 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1500 (min beş yüz) manat əsas borc və 26 noyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 504 (beş yüz dörd) əsas borcu olmaqla, ümumilikdə 2004 (iki min dörd dörd) manat və ödənilmiş 41 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar