Məhkəmə qərarları › İş №e-2(014)-86/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-86/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-86/2025 23.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X3 oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə Cavabdeh2 arasında bağlanmış 176- 14USD nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi məqsədləri üçün 36 ay müddətinə illik 25 % dərəcəsi ilə 7.640 (yeddi min altı yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-176-14USD nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 411 saylı Əlavə Sazişlərə əsasən Kreditin qalıq məbləği 6.612,31 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 38 ay uzadılaraq, xx.xx.2018-ci il tarixə kimi müəyyənləşdirilmişdir. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 5.911,19 (beş min doqquz yüz on bir dollar, 19 sent) hesablanmışdır. (1 USD=1.40 AZN) Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 2.410,01 (iki min dörd yüz on dollar 01 sent) ABŞ dolları təşkil edir. Bundan 202,39 (iki yüz iki dollar 39 sent) ABŞ dolları əsas, 116,50 (yüz on altı dollar 50 sent) ABŞ dolları faiz, 2.059,86 (iki min əlli doqquz dollar 86 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 31,26 (otuz bir dollar 26 sent) ABŞ dolları faiz borcu təşkil edir. Göstərilənlərə əsasən cəmi borcu 2.410,01 (iki min dörd yüz on dollar 01 sent) ABŞ dolları-bundan 202,39 (iki yüz iki dollar 39 sent) ABŞ dolları əsas, 116,50 (yüz on altı dollar 50 sent) ABŞ dolları faiz, 2.059,86 (iki min əlli doqquz dollar 86 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 31,26 (otuz bir dollar 26 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 60,98 (altmış manat 98 qəpik) Manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Hikmət Həsənli məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab etmiş və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu X4 arasında bağlanmış 176-14USD nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 şəxsi məqsədləri üçün 36 ay müddətinə illik 25 % dərəcəsi ilə 7.640 (yeddi min altı yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ZM-176-14USD nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin kreditorla borcalan arasında bağlanmış 176-14USD nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. İşin materiallarında olan 176-14USD nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, X4 7.640 (yeddi min altı yüz qırx) ABŞ dolları məbləğində krediti 36 ay müddətinə ödəməli, ödənişin sonuncu ödəmə tarixi xx.xx.2017-ci ildir. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 176-14USD nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli, 411 nömrəli Əlavə sazişdən görünür ki, Kreditin qalıq məbləği 6.612,31 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 38 ay uzadılaraq, xx.xx.2018-ci il tarixə kimi müəyyənləşdirilmişdir. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ZM-176-14USD nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin kreditorla borcalan arasında bağlanmış 176-14USD nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və həmin kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli, 411 nömrəli Əlavə saziş üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli bağlanmış 176-14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 02 saylı Əlavə Sazişlərdən görünür ki, Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta uzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə. Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi 8ənkın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. Borclunun Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3869.79 (üç min səkkiz yüz altmiş doqquz ABŞ dolları yetmiş doqquz sent) USD əsas borc, 1650.32 (bir min alti yüz əlli ABŞ dollari otuz iki sent) USD faiz borcu və 391,08 (üç yüz doxsan bir ABŞ dolları səkkiz sent) USD cərimə borcu təşkil edir. Kreditin müddəti 48 ay olmaqla, Restrukturizasiyə edilmiş kreditin müddəti 13 10.2021-ci il tarixədək təşkil edir. İşin materiallarında olan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 22 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 20 avqust 2024-cü il tarixə banka 202,39 (iki yüz iki dollar 39 sent) ABŞ dolları əsas, 116,50 (yüz on altı dollar 50 sent) ABŞ dolları faiz, 2.059,86 (iki min əlli doqquz dollar 86 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 31,26 (otuz bir dollar 26 sent) ABŞ dolları faiz borcu olmaqla cəmi borcu 2.410,01 (iki min dörd yüz on dollar 01 sent) ABŞ dolları təşkil edir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 60,98 (altmış manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu X4 arasında bağlanmış 176-14USD nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 şəxsi məqsədləri üçün 36 ay müddətinə illik 25 % dərəcəsi ilə 7.640 (yeddi min altı yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavil\ənin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ZM-176-14USD nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Bundan sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 176-14USD nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli, 411 nömrəli Əlavə sazişə əsasən kreditin qalıq məbləği 6.612,31 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 38 ay uzadılaraq, xx.xx.2018-ci il tarixə kimi müəyyənləşdirilmişdir. Həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ZM-176-14USD nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış 176-14USD nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və həmin kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli, 411 nömrəli Əlavə saziş üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Borclular müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri vaxtında icra etmədikləri üçün onların 20 avqust 2024-cü il tarixə banka 202,39 (iki yüz iki dollar 39 sent) ABŞ dolları əsas, 116,50 (yüz on altı dollar 50 sent) ABŞ dolları faiz, 2.059,86 (iki min əlli doqquz dollar 86 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 31,26 (otuz bir dollar 26 sent) ABŞ dolları faiz borcu olmaqla cəmi borcu 2.410,01 (iki min dörd yüz on dollar 01 sent) ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən cavabdeh zamin bank qarşısında heç bir məsuliyyət daşımır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə 13 oktyabr 2021-ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından məhkəməyə müraciət olunan vaxtadək artıq 3 ilə yaxın müddət keçmiş və zaminliyə xitam verilmişdir. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsinin 4.1-ci bəndi zaminliyin verilmə müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 əsas borc üzrə 202,39 ABŞ dolları, faiz borcu üzrə 116,50 ABŞ dolları, cərimə borcu üzrə 20 ABŞ dolları, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,26 manat faiz borcu olmaqla, cəmi 370,15 (üç yüz yetmiş ABŞ dolları on beş sent) ABŞ dolları borc və iş üzrə ödənilmiş 60,98 (altmış manat doxsan səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 əsas borc üzrə 202,39 ABŞ dolları, faiz borcu üzrə 116,50 ABŞ dolları, cərimə borcu üzrə 20 ABŞ dolları, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,26 manat faiz borcu olmaqla, cəmi 370,15 (üç yüz yetmiş ABŞ dolları on beş sent) ABŞ dolları borc və iş üzrə ödənilmiş 60,98 (altmış manat doxsan səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar