Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-861/2025 01.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qurbanov Faris Paşa oğlunun vərəsəsi Cavabdeh iddiaçı"xxxx" ASC-nin xeyrinə kredit xətti üzrə 176.16 manat əsas borcun, 113.35 manat faiz borcunun, nağd kredit üzrə isə 3790.79 manat əsas borcun, 2084.93 manat müqavilə müddətində hesablanmış faiz borcu, 32.64 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu, ümumilikdə 6197.87 (altı min bir yüz doxsan yeddi manat 87 qəpik) manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 81.98 (səksən bir manat 98 qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (40 qəpik) manat bank xidməti haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Qurbanov Faris Paşa oğlu (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış BPM**********70 nömrəli xx.xx.2020-ci il tarixli X3 müqaviləsinə (bundan sonra “Müqavilə” adlandırılacaq) əsasən Borcalana 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmış, həmçinin həmin Müqaviləyə əsasən Borcalana 48 ay müddətinə illik 22 % dərəcəsilə hesablanmaqla 5250 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilələrin şərtlərinə əsasən Borcalan həmin müqavilələr ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ağdaş rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən Qurbanov Faris Paşa oğlunun miras əmlakına dair onun vərəsəsi Cavabdeh miras payı əldə etməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən Qurbanov Faris Paşa oğlunun kredit xətti üzrə Banka ödənilməmiş176.16 manat əsas və 113.35 manat faiz borcu, nağd kredit üzrə isə 3790.79 manat əsas, 2084.93 manat müqavilə müddətində hesablanmış faiz borcu, 32.64 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu borcu qalmışdır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mülki işlə bağlı miras əmlakın həcmi məlumdur, belə ki, mərhum Qurbanov Faris Paşa oğlundan miras qalmış əmlakın həcmi ilə bağlı qanun üzrə vərəsəsi – Cavabdeh verilmiş V-505/2022 nömrəli vərəsəlik işi üzrə, xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-10 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə iş materiallarına əlavə edilmişdir. Mülki işin baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, dəfn pulu almış və onun yas mərasimində xərcləmişdir. İddia tələbində qeyd edilmiş məbləği ödəməyə imkanı yoxdur. İddia tələbinin rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddiaçı nümayəndəsinin ərizəsini nəzərə alıb, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə borclu Qurbanov Faris Paşa oğlu arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli, BPM**********70 nömrəli kredit müqaviləsinə əsasən Qurbanov Faris Paşa oğluna 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmış, həmçinin həmin Müqaviləyə əsasən Borcalana 48 ay müddətinə illik 22 % dərəcəsilə hesablanmaqla 5250 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Qurbanov Faris Paşa oğlunun banka kredit xətti üzrə 176.16 manat əsas borcun, 113.35 manat faiz borcunun, nağd kredit üzrə isə 3790.79 manat əsas borcun, 2084.93 manat müqavilə müddətində hesablanmış faiz borcu, 32.64 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu, ümumilikdə 6197.87 (altı min bir yüz doxsan yeddi manat 87 qəpik) manat borcu qalmışdır. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim edilmiş 06 yanvar 2023-cü il tarixli 2V-10 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş Qurbanov Faris Paşa oğlunun vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 266479 nömrəli məktubuna əsasən 1579.15 manat pul vəsaitindən ibarətdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Qurbanov Faris Paşa oğlunun vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə yaranmış öhdəliyi 3 gün müddətində tam şəkildə yerinə yetirmədikləri təqdirdə tərəflərindən məhkəməyə müraciət ediləcəyi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 81.98 (səksən bir manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Qurbanov Faris Paşa oğlu (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış BPM**********70 nömrəli xx.xx.2020-ci il tarixli X3 müqaviləsinə (bundan sonra “Müqavilə” adlandırılacaq) əsasən Borcalana 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmış, həmçinin həmin Müqaviləyə əsasən Borcalana 48 ay müddətinə illik 22 % dərəcəsilə hesablanmaqla 5250 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilələrin şərtlərinə əsasən Borcalan həmin müqavilələr ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ağdaş rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən Qurbanov Faris Paşa oğlunun miras əmlakına dair onun vərəsəsi Cavabdeh miras payı əldə etməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən Qurbanov Faris Paşa oğlunun kredit xətti üzrə Banka ödənilməmiş 176.16 manat əsas və 113.35 manat faiz borcu, nağd kredit üzrə isə 3790.79 manat əsas, 2084.93 manat müqavilə müddətində hesablanmış faiz borcu, 32.64 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu borcu qalmışdır.Cavabdeh - Qurbanov Faris Paşa oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh mərhum Qurbanov Faris Paşa oğlunun birinci növbədə vərəsəsi olmaqla Ağdaş rayon Notariat ofisinin V-505/2022 nömrəli vərəsəlik işi üzrə, xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-10 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş Qurbanov Faris Paşa oğlunun vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə irs almışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151-ci maddəsinə uyğun olraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək ilk olduğu əmlak hüquqularının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq isliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığı götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1.-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafeylərini alınmış aktivdə özlərində hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunun mənasından göründüyü kimi hazırkı iş üzrə cavabdeh Qurbanov Faris Paşa oğlu vəfat etdiyindən, iddiaçı ilə kredit müqaviləsi bağlamış mərhum Qurbanov Faris Paşa oğlunun vərəsəsi kimi Cavabdeh kreditor qarşısında müqavilə üzrə öhdəliklərin icrası üzrə borcludur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Qurbanov Faris Paşa oğlunun vərəsəsi Cavabdeh kredit xətti üzrə 176.16 manat əsas borcun, 113.35 manat faiz borcunun, nağd kredit üzrə isə 3790.79 manat əsas borcun, 2084.93 manat müqavilə müddətində hesablanmış faiz borcu, 32.64 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu, ümumilikdə 6197.87 (altı min bir yüz doxsan yeddi manat 87 qəpik) manat borc və 81.98 (səksən bir manat 98 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Qurbanov Faris Paşa oğlunun vərəsəsi Cavabdeh kredit xətti üzrə 176.16 manat əsas borcun, 113.35 manat faiz borcunun, nağd kredit üzrə isə 3790.79 manat əsas borcun, 2084.93 manat müqavilə müddətində hesablanmış faiz borcu, 32.64 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu, ümumilikdə 6197.87 (altı min bir yüz doxsan yeddi manat 87 qəpik) manat borc və 81.98 (səksən bir manat 98 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-861/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-861/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver