Məhkəmə qərarları › İş №e-2(014)-869/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-869/2024

15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-869/2024 15.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəməyə təqdim olunan gündən başlayaraq 05 fevral 2009-cu il tarixdə anadan olmuş X8, 16 mart 2010-cu il tarixdə anadan olmuş X9 və 07 avqust 2011-ci il tarixdə anadan olmuş X1 üçün Ağdaş Rayon Məhkəməsinin 2(014)- 568/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq uşaqlar yetkinlik yaşına çatana qədər hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildən 2011-ci ilədək bu iddia tələbi üzrə cavabdeh olan Cavabdeh ilə faktiki ailə münasibətlərində olaraq, 26 avqust 2011-ci ildə onlar rəsmi nikah qeyd etdirmişlər. Cavabdehlə onlar 05 fevral 2009-cu il tarixdə anadan olmuş X12, 16 mart 2010-cu il tarixdə anadan olmuş X13 və 07 avqust 2011-ci il tarixdə anadan olmuş X10 adlı 3 uşaqları var. Ağdaş rayon Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli 2(014)-21/2015 nömrəli qətnaməsi ilə cavabdehlə iddiaçının nikahları pozulmuş və nikah pozulduqdan sonra uşaqların onun yanında qalmaları müəyyən edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi əsasında 2015-ci ilin mart ayının 03-də Ağdaş rayon Qeydiyyat şöbəsində cavabdehlə aralarında bağlanmış 20 nömrəli nikah aktı ləğv edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2(014)-568/2016 nömrəli qətnaməsi ilə 22 fevral 2016-cı tarixdən başlayaraq cavabdehdən uşaqlarının saxlanılması üçün iddiaçın xeyrinə uşaqlar 18 yaşına çatanadək hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, cəmi 225 (iki yüz iyirmi beş) manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırda alimentin ödənilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qərarından 8 (səkkiz) ildən çox vaxt keçmişdir. Bu müddət ərzində uşaqlar da 8 (səkkiz) yaş böyümüşlər və onların maddi tələbatları xeyli artmışdır. Artıq məhkəmə tərəfindən tutulan alimentin məbləği uşaqların tələbatlarının ödənilməsinə kifayət etmir. Cavabdeh uşaqların həyatı, sağlamlığı, təhsili və maddi vəziyyəti ilə maraqlanmır, övladlarının təlimtərbiyəsi ilə məşğul olaraq, onların qayğısına qalmaqla yanaşı, həm də uşaqların tam xərclərini ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Qeyd edilən səbəblərdən o Ağdaş Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli 2(014) -568/2016 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılması qərarına gələrək Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən cavabdehlə aralarında yaranmış mübahisənin qarşılıqlı həlli üçün cavabdehə Mediasiya prosesinin tədbiqi barədə təklif göndərilmiş, lakin cavabdeh bu təklifi qəbul edib-etməməyi barədə cavab vermədiyindən o ərazi aidiyyatı üzrə Mingəçevir 1 saylı Mediasiya Təşkilatına müraciət edərək mübahisə ilə bağlı X7 keçirilməsini xahiş etmişdir. Lakin cavabdehin xx.xx.2024-cü il tarixdə keçirilmiş İMS-da iştirak etmək istəməməsi səbəbindən mübahisəni qarşılıqlı razılığa əsasən həll edə bilməmişdir. Qeyd edilən səbəblərdən o alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-568/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən hər uşaq üçün 75 manat, cəmi 225 manat aliment tutulması qət edilmişdir. İddiaçının maddi imkanı aşağı olduğundan məhkəməyə müraciət etmişdir. Hər uşaq üçün 150 manat, cəmi 450 manat cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş etdi. Hazırda cavabdehin azad olunmuş ərazilərdə işləyir və şaqlarını saxlamaq iqtidarındadır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib və işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan 15 may 2018-ci il tarixli, AZ-İ 291593 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 03 mart 2015-ci il tarixdə 20 №-li akt qeydi əsasında bağlanmış nikahları ləğv olunmuşdur. Nikah ləğv olunduqdan sonra ərə Məmmədov, arvada Hacıyeva soyadı verilmişdir. İşin materiallarında olan 25 sentyabr 2015-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 619141 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 07 avqust 2011-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan 23 sentyabr 2015-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 619140 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X13 16 mart 2010-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan 23 sentyabr 2015-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 619139 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 05 fevral 2009-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2(014)-568/2016 saylı qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, 05 fevral 2009-cu il tarixdə anadan olmuş X8, 16 mart 2010-cu il tarixdə anadan olmuş X9 və 07 avqust 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat, cəmi 225 (iki yüz iyirmi beş) manat məbləğində alimentin 22 fevral 2016-cı il tarixdən başlayaraq Cavabdeh alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. İşin materiallarında olan 30 aprel 2024-cü il tarixli MŞM/MT00236/2024-00 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə 30 aprel 2024-cü il tarixdə saat 13:00-da keçirilmiş mediasiya prosesində İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 05 fevral 2009-cu il tarixdə anadan olmuş X12, 16 mart 2010-cu il tarixdə anadan olmuş X13 və 07 avqust 2011-ci il tarixdə anadan olmuş X10 adlı 3 uşaqları var. Ağdaş Rayon Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli 2(014)-21/2015 nömrəli qətnaməsinə əsasən cavabdehlə iddiaçının nikahları pozulduqdan sonra uşaqların ananın yanında qalmaları qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2(014)-568/2016 nömrəli qətanməsi ilə 22 fevral 2016-cı tarixdən başlayaraq cavabdehdən uşaqlarının saxlanılmaları üçün iddiaçın xeyrinə uşaqlar 18 yaşına çatanadək hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, cəmi 225 (iki yüz iyirmi beş) manat məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onlarla bağlı olan məsrəfləri, tərəflərin maddi vəziyyətini, uşaqların saxlanması üçün cavabdehdən hər uşaq üçün 75 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələbləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 05 fevral 2009-cu il təvəllüdlü X12, 16 mart 2010-cu il təvəllüdlü X13 və 07 avqust 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 43 manat 40 qəpik dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 05 fevral 2009-cu il təvəllüdlü X8, 16 mart 2010-cu il təvəllüdlü X9 və 07 avqust 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 43 (qırx üç) manat 40 (qırx) qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar