Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-87/2024 14.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 40 (qırx) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “ Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 8, ünvanında yerləşən 2 saylı mənzil onun mülkiyyətində, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 8, ünvanında yerləşən 1 saylı mənzil isə iş üzrə cavabdeh olan qonşusu Cavabdeh mülkiyyətindədir. Cavabdehin səhlənkarlığı səbəbindən onun mənzilinə su axıdılmış və ona 2000 manat maddi ziyan vurulmuşdur. Bu barədə cavabdehə şifahi şəkildə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. O, vurulmuş ziyanla bağlı "xxxx" MMC-nin Abşeron Gənclər Şəhərciyinin Komendantına ərizə ilə müraciət etmiş, bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Hazırda mənzilinə ciddi ziyan dəymişdir. Onun hesablamalarına görə dəymiş zərərin məbləği 2000 manat təşkil edir. Tərtib edilmiş aktla müəyyən olunur ki, zərərvuran şəxs qonşusu olan Cavabdehdır. Ona görə də ona qarşı maddi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdeh qonşu olmuşlar, hazırda cavabdeh evini başqa şəxsə satıb. Cavabdeh tərəfindən iddiaçıya ciddi ziyan dəymişdir. Bu barədə cavabdehə dəfələrlə müraciət olunsa da, cavabdeh müraciətlərinə heç bir məhəl qoymamışdır. Mütəxəssis tərəfindən evə baxış keçirilmiş və evə cavabdeh tərəfindən 2000 manat məbləğində ziyan dəydiyi aşkar olunmuşdur. Ekspert tərəfindən 2 dəfə rəy verilmiş və dəymiş ziyan 1047 manat məbləğində müəyyən olunmuşdur. Hesab edir ki, təyin olunmuş məbləğ çox azdır. Onlara dəyən ziyan 2000 manat məbləğindədir. Buna görə də iddianın tam təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına ərizə ünvanlayaraq bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17:00-da Ağdaş Rayon Məhkəməsində təyin olunan məhkəmə iclasında cavabdeh qismində ailə daxili müəyyən bir səbəbdən iştirak edə bilməyəcəkdir. Məhkəmə iclası bundan əvvəl yazdıqları və indi yazacağı ərizənin bütün müddəalarını nəzərə alınaraq iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDX-i DƏDK və RPHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı tarixi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı Abşeron rayon Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “ Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 8, mənzil 2də yerləşən mənzil xüsusi mülkiyyətindədir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-11399 saylı Azərbaycan Respublikası Vəkillər Kollegiyası 18 saylı Vəkil Bürosuna ünvanlanmış məktubun surətindən görünür ki, Abşeron rayon Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ ünvan 4 ünvanı üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********18-093014 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. İşin materiallarında olan "xxxx" MMC-nin AGŞ üzrə komendantı E.Məmmədov tərəfindən 06 oktyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, Abşeron Gənclər şəhərciyi komendantı Elman Məmmədov, sahə nəzarətçisi Rəşad Xəlilov, santexnik Hüseyn Namazov və mühəndis Xasay Hüseynov bu aktı tərtib edirik ondan ötrü ki, tərəflərindən ünvan 5 ünvanına mənzilin sahibi İddiaçı müraciəti əsasında baxış keçirildi və mütəxəssis tərəfindən müəyyən edildi ki, ev 8 mən., 2 ünvanın, Cavabdeh məxsus ev 8 mənzil 1 ünvanından su axıdılaraq ziyan dəymişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 may 2024-cü il tarixli 10/453 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksində yerləşən 8 saylı evin 1 və 2 saylı mənzillərinin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 2 saylı mənzil ilə, cavabdehə məxsus 1 saylı mənzilin qonşu mənzillər olduğunu, 2 saylı mənzilin dəhliz və mətbəx tikililəri ilə 1 saylı mənzilin sanitariya qovşağı tikililərinin həmsərhəd olduğunu, 2 saylı mənzildə aşkar edilmiş qüsurların məhz mətbəx və dəhliz tikililərinin 1 saylı mənzilin sanitariya qovşağı ilə olan həmsərhəd divarlarında mövcud olduğunu, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də "xxxx" MMC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktın məlumatlarını nəzərə alaraq, 2 saylı mənzilə 1 saylı mənzildən su axdığı və nəticədə 2 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 2 saylı mənzilə su sızması 1 saylı mənzilin sanitariya qovşağı tikilisinin divarlarında izolyasiya qatının olmaması səbəbindən baş verə bilər. Aparılmış hesablamalara əsasən, 2 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1047,0 manat məbləğində müəyyən olunmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli 10/5215 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksində yerləşən 8 saylı evin 1 və 2 saylı mənzillərinin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 2 saylı mənzil ilə, cavabdehə məxsus 1 saylı mənzilin qonşu mənzillər olduğunu, 2 saylı mənzilin dəhliz və mətbəx tikililəri ilə 1 saylı mənzilin sanitariya qovşağı tikililərinin həmsərhəd olduğunu, 2 saylı mənzildə aşkar edilmiş qüsurların məhz mətbəx və dəhliz tikililərinin 1 saylı mənzilin sanitariya qovşağı ilə olan həmsərhəd divarlarında mövcud olduğunu, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də "xxxx" MMC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktın məlumatlarını nəzərə alaraq, 2 saylı mənzilə 1 saylı mənzildən su axdığı və nəticədə 2 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 2 saylı mənzilə su sızması 1 saylı mənzilin sanitariya qovşağı tikilisinin divarlarında izolyasiya qatının olmaması səbəbindən baş verə bilər. Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi" yaşayış kompleksində yerləşən 8 saylı evin 2 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1047,0 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 27 fevral 2024-cü il tarixli AN-İ ******* saylı alğı-satqı müqaviləsinin surətindən görünür ki, X2 rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksində yerləşən 8 saylı evin 1 saylı mənzilini X1. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş digər diskə baxış zamanı videogörüntünün qeydə alındığı mənzilin hamam və sanitar qovşağının olduğu otağın təmirli, yəni kafel örtüklə örtülü olmasına baxmayaraq divarlarının nəmlikdən rəngini dəyişərək ərp bağlaması, eyni zamanda həmin mənzilinin digər otaqlarının divar örtüyünün nəm çəkdiyindən divardan qoparaq deformasiyaya uğraması müəyyən olunur. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş diskə baxış zamanı videogörüntünün qeydə alındığı mənzilin hamam otağının və sanitar qovşağının mənzilin yeni sahibləri tərəfindən təmiri zamanı çəkildiyi və izolyasiyanın keyfiyyətsiz olması müəyyən olunur. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, Abşeron rayon Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 8, ünvanında yerləşən 2 saylı mənzil iddiaçının mülkiyyətində, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 8, ünvanında yerləşən 1 saylı mənzil isə Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan hər iki ekspert rəyində 2 saylı mənzilə 1 saylı mənzildən su axdığı və nəticədə 2 saylı mənzilin tikililərinə ziyan vurulduğu, 2 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmirtikinti işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1047,0 manat məbləğində dəymiş ziyanı müəyyən olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 27 fevral 2024-cü il tarixli AN-İ ******* saylı alğı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh X2 rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksində yerləşən 8 saylı evin 1 saylı mənzilini X1. Məhkəmə qeyd edir ki, hazırki su axıntısının baş verməsi tarixi 2023-cü il tarixə təsadüf etdiyindən həmin zaman mənzilin mülkiyyətçisi hazırki cavabdeh olmuşdur. Su axıntısı isə sırf həmin zaman (X3 mülkiyyətində olduğu an) baş vermişdir. Hazırki mülkiyyətçinin tamamilə başqa şəxs olması onun mənzilə vurulmuş zərərin ödənilməsində mülki məsuliyyətinin olması demək deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının 01 may 2024-cü il tarixli 10/453 saylı və 03 oktyabr 2024-cü il tarixli 10/5215 saylı bir-biri ilə üstüstə düşən və mötəbərliyi şübhə doğurmayan ekspert rəyləri ilə təsdiq olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksində yerləşən ev 8 mənzil 2-yə 1 saylı mənzildən su axmış, nəticədə 2 saylı mənzilin tikililərinə ziyan vurulmuş, 2 saylı mənzilə su sızmasına səbəb 1 saylı mənzilin sanitariya qovşağı tikilisinin divarlarında izolyasiya qatının olmaması olmuş, yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1047,0 manat məbləğində müəyyən olunmuşdur. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehlərin mülkiyyətində olan mənzildən baş verməsi ərazi üzrə "xxxx" MMC-nin AGŞ üzrə komendantı E.Məmmədov tərəfindən 06 oktyabr 2023-cü il tarixli aktla da öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən və həmin su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı həmin su axıdılmanın nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin bununla belə məhkəmə qeyd edir ki, cavabdehdən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği iddiaçının tələb etdiyi 2000 manat məbləğində deyil, ekspertiza tədqiqatı ilə müəyyən edilmiş məbləğdə, yəni cəmi 1047 manat məbləğində tutulmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlaka ziyan cavabdehin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunduğundan və ziyan məbləğinin cəmi 1047 manat olması müəyyən edildiyindən, cavabdeh həmin ziyanla bağlı mülki-hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (30 manat 47 qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu surətdə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 1047 (bir min qırx yeddi) manat məbləğində pul və 30,47 (otuz manat, qırx yeddi qəpik) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh tutulub Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1047 (min qırx yeddi) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 200 (iki yüz) manat Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 30 (otuz) manat 47 (qırx yeddi) qəpik cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-87/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-87/2024
14.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver