Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-870/2024 30.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı süni maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı süni maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı və JN:042F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ünvan 2i ərazisində X1, X10, İddiaçı, X5, X3 ümumi birgə mülkiyyətinə 0,55 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mülkiyyətçi X1 qayınanası, X10 həyat yoldaşı, digərləri isə övladlarıdır. Mülkiyyətçilərdən X5 başqa şəxslə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur və evləndikdən sonra “Abdullayeva” soyadını qəbul etmişdir. Mülkiyyətçilərdən X2 08 noyabr 2000-ci ildə, ərim olan X10 01 avqust 2006-cı ildə ünvan 2ində vəfat etmişdir. X2 və X4 ölümündən sonra yuxarıda qeyd etdiyi 0.55 hektar həyətyanı torpaq sahəsindən onlara çatası payları və fərdi yaşayış evi miras qalmışdır. Onlardan miras qalmış həmin əmlakları faktiki olaraq özüm və övladları qəbul edərək sahiblik və istifadə edir. Bildirir ki, 0.55 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Mərhum qayınanası və ərinin ölümündən sonra onlardan miras qalmış həmin əmlaklara vərəsəlik işinin açılması ilə əlaqədar Ağdaş rayon notariat ofisinə müraciət etmişdir. Oradan ona bildirilmişdir ki, vərəsəlik işinin açılması üçün 0.55 hektar həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin DƏDRK publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində qeydiyyatdan keçirilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tələb olunur. Bundan sonra o torpaq sahəsinin ümumi birgə, üzərində olan fərdi yaşayış evinin isə tam mülkiyyət hüququ əsasında mərhum ərinin adına qeydə alınması üçün DƏDRK PHŞ-n 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Fərdi yaşayış evini və həyətyanı torpaq sahəsinin mülkiyyət hüququ əsasında qeydə alınması məqsədi ilə DƏDRK PHŞ-n 17 saylı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı yaşayış evi və evin yerləşdiyi 0.55 hektar həyətyanı torpaq sahəsini inventarlaşdırmaq məqsədi ilə həyətə getmişdir. Lakin yaşayış sahəsində qonşuluqda yaşayan cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ölçü işlərinin aparılmasına etiraz edərək mütəxəssisi müayinə və ölçü işləri aparmağa süni manelər törətmişdir. Ona görə də orada inventarlaşma işlərinin aparılması mümükün olmamışdır. Bu barədə həmin idarə tərəfindən ona rəsmi məlumat verilmişdir. Bütün bunlara görə, yəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o qayınanası və ərinin ölümündən sonra vərəsəlik işini davam etdirə bilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh2 həyətinə keçrilərək ölçü işlərinin aparılmasına etiraz edir. Buna görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı və JN:042F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, ünvan 2i ərazisində X1, X10, İddiaçı, X5, X3 ümumi birgə mülkiyyətinə 0,55 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsinin 27 aprel 2024-cü il tarixli, 3-16-5/8-M-69-534/2024 saylı arayışından görünür ki, X1 08 noyabr 2000-ci il tarixdə Ağciyər, ürək çatışmamazlığından ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsinin 30 yanvar 2024-cü il tarixli, 3-16-5/8-M-69-120/2024 saylı arayışından görünür ki, X10 ilə X6 08 may 1981-ci il tarixdə Ağdaş rayon Qəsil kənd icra nümayəndəliyində 10 nömrəli akt qeydi ilə nikahlarını qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Ramazanov, arvada Ramazanova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsinin 30 yanvar 2024-cü il tarixli, 3-16-5/8-M-69-121/2024 saylı arayışından görünür ki, X10 01 avqust 2006-cı il tarixdə Qaraciyər çatışmamazlığından ölmüşdür. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı nümayəndəsi X7 ünvanlanmış 24 mart 2024-cü il tarixli, 3-21-3-35/2-1243/2023 saylı məktubdan görünür ki, ünvan 1i ünvanında yerləşən mülkiyyətçi X4 həyətində olunmuş, torpaq sahəsinə gedən yol ilə digər mülkiyyətçi arasında mübahisə mövcud olduğu üçün mübahisəli vəziyyət yaranmış və ölçü işlərinin aparılması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı və JN:042F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə əsasən ünvan 2i ərazisində X1, X10, İddiaçı, X5, X3 ümumi birgə mülkiyyətinə 0,55 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə Çıxarış almaq üçün iddiaçı müvafiq orqanlara müraciət etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada ara mərz nişanlarını ölçmək üçün həmin əraziyə gəlmişlər, lakin iddiaçı ilə cavabdehlər arasında mübahisə mövcud olduğu üçün mübahisəli vəziyyət yaranmış və ölçü işlərinin aparılması mümkün olmamışdır. Bu da iddiaçının özünə məxsus torpağından istifadə hüquqlarının pozulmasına səbəb olur. Eyni zamanda, məhkəmə tərəfindən 31 iyul 2024-cü il tarixdə ünvan 2i ünvanına gedilmiş, mübahisəli əraziyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həqiqətəndə cavabdehlər torpaq sahəsində invertarlaşdırma işlərinin aparılmasına maneə yaradırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı süni maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməli, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0.55 hektar həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı süni maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilsin. ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0.55 hektar həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-870/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-870/2024
30.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver