Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-870/2025 19.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X15, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit xətti üzrə 754.78 manat əsas borcun, 8.14 manat faiz borcunun, nağd kredit üzrə isə 7300.44 manat əsas borc və 126.41 manat faiz borcu olmaqla, ümumilikdə 8189.77 (səkkiz min bir yüz səksən doqquz manat 77 qəpik) manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 101.97 (bir yüz bir manat 97 qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (40 qəpik) manat bank xidməti haqqının əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X5 (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış BPM**********50 nömrəli xx.xx.2020-ci il tarixli X25 müqaviləsinə (bundan sonra “Kredit xətti müqaviləsi” adlandırılacaq) əsasən Borcalana 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 1000 manat məbləğində kredit xətti açılmış, həmçinin BPM**********10 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən Borcalana 46 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 7400 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilənin şərtlərinə əsasən Borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2023-cü il tarixində vəfat etdiyindən Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ağdaş rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən X2 miras əmlakına dair onun vərəsəsi Cavabdeh2 ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2025-ci il tarixli maliyyə arayışlarına əsasən X2 Kredit xətti üzrə Banka ödənilməmiş 754.78 manat əsas və 8.14 manat faiz borcu, nağd kredit üzrə isə 7300.44 manat əsas və 126.41 manat faiz borcu qalmışdır. Cavabdehlər qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 məhkəməyə ərizə ünvanlayaraq, "xxxx" ASC-nin cavabdeh X3 vərəsələri Cavabdeh2 və Cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi üzrə məhkəmə baxışı iclası 19 iyun 2025-ci il tarixə saat 10-00-a təyin edilmişdir. İddia tələbini tam müdafiə etdiklərini, qeyd olunan tarixə təyin edilmiş məhkəmə iclasını tələbkar təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı nümayəndəsinin ərizəsini nəzərə alıb, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə borclu X5 arasında bağlanmış 24 iyul 2020-ci il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsinə əsasən X4 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 1000 manat məbləğində kredit xətti açılmış, həmçinin BPM**********10 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən Borcalana 46 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 7400 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X2 banka 754.78 manat əsas borcun, 8.14 manat faiz borcunun, nağd kredit üzrə isə 7300.44 manat əsas borc və 126.41 manat faiz borcu olmaqla, ümumilikdə 8189.77 (səkkiz min bir yüz səksən doqquz manat 77 qəpik) manat borcu qalmışdır. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 sentyabr 2023-cü il tarixli, AZ-İİ 338735 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydlər kitabında 23 sentyabr 2023-cü il tarixli, 436 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi 04 sentyabr 2024-cü il tarixli 454 saylı məktubun surətindən görünür ki, X7 ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə vəfat etmiş X11 adına, X6 ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə vəfat etmiş X10 adına və Cavabdeh2 ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 adlarına vərəsəlik işi açılmış, lakin hal-hazıradək həmin işlər üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisinə Cavabdeh2 tərəfindən təqdim edilmiş V-429 saylı, xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1i ünvanında yaşayn anası X5 vəfat etmişdir. Miras əmlak olaraq "xxxx" ASC-nin Ağdaş rayon şöbəsində qızıl-zinət əşyaları qalmışdır. Lakin vərəsəlik işi üzrə həmin əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmirəm. Xahiş edir köməklik göstərəsiniz. Ondan başqa aşağıdakı vərəsələri var:1. X13-qızı, 2. X12-oğlu, 3. Cavabdeh1-qızı. Göstərilən əmlakdakı payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəliyi 3 gün müddətində tam şəkildə yerinə yetirmədikləri təqdirdə tərəflərindən məhkəməyə müraciət ediləcəyi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 101.97 (yüz bir manat doxsan yeddi) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" ASC ilə X5 (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış BPM**********50 nömrəli xx.xx.2020ci il tarixli X25 müqaviləsinə (bundan sonra “Kredit xətti müqaviləsi” adlandırılacaq) əsasən Borcalana 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 1000 manat məbləğində kredit xətti açılmış, həmçinin BPM**********10 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən Borcalana 46 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 7400 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilənin şərtlərinə əsasən Borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2023-cü il tarixində vəfat etdiyindən Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ağdaş rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən X2 miras əmlakına dair onun vərəsəsi Cavabdeh2 ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2025-ci il tarixli maliyyə arayışlarına əsasən X2 Kredit xətti üzrə Banka ödənilməmiş 754.78 manat əsas və 8.14 manat faiz borcu, nağd kredit üzrə isə 7300.44 manat əsas və 126.41 manat faiz borcu qalmışdır. Cavabdehlər - X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Təqdim edilmiş sübutlardan və V-429 saylı, xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mərhum X2 birinci növbədə vərəsəsi olmaqla qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariusa müraciət edərək mirası qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151-ci maddəsinə uyğun olraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək ilk olduğu əmlak hüquqularının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq isliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığı götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1.-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafeylərini alınmış aktivdə özlərində hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunun mənasından göründüyü kimi hazırkı iş üzrə cavabdeh X17 vəfat etdiyindən, iddiaçı ilə kredit müqaviləsi bağlamış mərhum X14 vərəsəsi kimi Cavabdeh2 kreditor qarşısında müqavilə üzrə öhdəliklərin icrası üzrə borcludur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kredit xətti üzrə 754.78 manat əsas borcun, 8.14 manat faiz borcunun, nağd kredit üzrə isə 7300.44 manat əsas borc və 126.41 manat faiz borcu olmaqla, ümumilikdə 8189.77 (səkkiz min bir yüz səksən doqquz manat 77 qəpik) manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 101.97 (bir yüz bir manat 97 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kredit xətti üzrə 754.78 manat əsas borcun, 8.14 manat faiz borcunun, nağd kredit üzrə isə 7300.44 manat əsas borc və 126.41 manat faiz borcu olmaqla, ümumilikdə 8189.77 (səkkiz min bir yüz səksən doqquz manat 77 qəpik) manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 101.97 (bir yüz bir manat 97 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-870/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-870/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver