Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-9/2023 02.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair işə 02 mart 2023-cü il tarixdə Ağdaş 1ayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş şəhər Vaqif küç 192-də ünvanında yaşayan Cavabdeh 2711.80 (iki min yeddi yüz on bir 80 qəpik) manat əsas borcun, 47.12 (qırx yeddi 12 qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) manat bank xidmət haqqının, ümumilikdə isə 2759.32 (iki min yeddi yüz əlli doqquz 32 qəpik) manat borcun (pulun) tutlaraq İddiaçı xeyrinə ödənilməsi, tələb olunan 2759.32 manat borc ödənilənədək Cavabdeh yaşadığı Ağdaş şəhər Vaqif küçəsi 192-də yerləşən evinin təbii qaz təminatının dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ”Azəriqaz” İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhər Vaqif küç 192 yaşayan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. Cavabdehin yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01920 saylı qaz hesabında ödənilməmiş 10056.31 manat borc vardır, Həmin borcun 7344.51 manat hissəsi ilə bağlı artıq Ağdaş rayon Məhkəməsində e-2(014)-1369/2020 və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-739/2021 saylı üç üzrə araşdırma aparılmışdır. Qaz hesabında qeydə alınmış borcun digər hissəsi olan 2711.80 manat (10056.31m- 7344.51m= 2711.80) həcmindəki borc yalnız sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmışdır. İlk öncə bildirir ki, iddia tələbində göstərilən sayğac göstəricisinə əsasən yaranmış 2711.80 manat borc həmin ünvanda istismarda olan G-4 markalı **********3 saylı sayğacın 13320 m3 göstərici ilə müəyyən edilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə üzrə cavabdehdən tələb olunan borc məbləği ödənilmədiyindən və hazırda qazdan istifadə edildiyindən məhkəmə icraatı yekunlaşanadək və müsbət mənada iddia tələbi təmin edilərək qanuni qüvvəsini aldıqdan sonra icra prosesi başa çatanadək mövcud borc daha da artmaqdadır. Borc tələbi ilə bağlı eyni zamanda mənzilin qaz təminatının dayandırılması tələbi hazırda iddiaçı tərəfinin hüququdur. Ona görə də məhkəmə qərarı ilə təmin edilmiş borc məbləği ödənilənədək cavabdehin yaşadığı mənzilin qaz təminatı dayandırılmalıdır. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı nümayəndəsinin və cavabdehin izahatını nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********01920 saylı abonent saldosundan da görünür ki, Cavabdeh 10056.31 manat borc yazılmışdır. İş materiallarına əlavə olunmuş paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Zaqatala X4 idarəsi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli 2601-09-21 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarına əlavə olunmuş Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(014)-1369/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, cavabdehdən 6912.51 (altı min doqquz on iki 51 qəpik) manat pul (sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 6480.51 manat və 432 manat isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı) və 15 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(107)-739/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarxili, 2(014)1369/2020 saylı qətnaməsi qismən-sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 795.91 manat hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməməsi, Cavabdeh “sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən borcu 5684.6 manat müəyyən edilməsi, qətnamə iddiaçı tərəfindən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(014)-146/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndistexniki ekspertizası tərəfindən rəyin verilməsi qərara alınmış, eyni tarixli qərardadla da iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən məlum olur ki, Sokar tipli G-4 markalı ******* nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Smartkart tipli G-4 markalı STS**********6 saylı sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-cu il tarixli ******* saylı aktın surətindən məlum olur ki, Elster tipli G-4 markalı ******* nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Zenner tipli G-4 markalı **********3 saylı sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən məlum olur ki, Zenner tipli G-4 markalı **********3 nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni İtron tipli G-4 markalı **********049 saylı sayğac quraşdırılmışdır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan itsehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödəməlidir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh yaşadığı evə qaz sayğacı quraşdırıldıqdan sonra, o, təbii qazdan qaz sayğacı vasitəsi ilə, istifadə etmişdir. Cavabdeh **********01920 saylı qaz hesabında ödənilməmiş 10056.31 manat borc vardır, həmin borcun 7344.51 manat hissəsi ilə bağlı artıq Ağdaş rayon Məhkəməsində e-2(014)- 1369/2020 və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-739/2021 saylı üç üzrə araşdırma aparılmışdır. Qaz hesabında qeydə alınmış borcun digər hissəsi olan 2711.80 manat (10056.31m- 7344.51m= 2711.80) həcmindəki borc yalnız sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.6-cı maddəsinə görə Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı bu Qanunun 3-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə həmin оrqаnların göstərişi əsasında; müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin оrqаnların göstərişi əsasında; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.1.6-cı bəndinə əsasən məhkəmə qərarı ilə istehlakçıya verilən təbii qazın verilməsi dayandırıla bilər. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli 2xx-xx-2020 saylı müqaviləsinə əsasən 2.2.5. Bu Müqavilənin 2.1.12-ci yarımbəndi nəzərə alınmaqla aşağıdakı hallarda qaz paylayıcısının İstehlakçıya qazın verilməsini dayandırmaq hüququ vardır: 2.2.5.1. İstehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 2.2.5.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 2.2.5.3. İstehlakçının qaz qurğusu Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, 2.2.5.4. Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Payalayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 2.2.5.5. Paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; 2.2.5.5-1 İstehlakçı “Qazdan istifadə Qaydaları”nın 2.7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında: 2.2.5.5-
2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib eilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin orqanların göstərişi əsasında: 2.2.5.6. məhkəmənin qərarı ilə; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin qaydaların 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 5.5-ci bəndinə əsasən Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci bəndinə Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi sayğac göstəricilərinə əsasən hesablanmış borcun ödənilməsinə görə 2711.80 manat borcun tutulması hissəsində əsaslıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 47.12 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, 47.12 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, sübutlara tam və məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin ediməli, sayğac göstəricilərinə əsasən hesablanmış borc 2711.80 (iki min yedi yüz on bir 80 qəpik) manat pul cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməli, iddia tələbi qazın verilməsinin dayandırılması hissəsində məqsədəmüvafiq olmadığından, istehlakçıların hüquqularının məhkəmə qətnaməsi ilə təbii inhisarlar qarşısında məhdudlaşdırılmasına səbəb olacağından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2711.80 (iki min yeddi yüz on bir 80 qəpik) manat pul, 47.12 (qırx yeddi 12 qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) manat bank xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Nizam Əliyev