Məhkəmə qərarları › İş №e-2(014)-90/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-90/2025

14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-90/2025 14.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 855 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonunun Abad kənd sakini Cavabdeh xx.xx.2023-cü il tarixdə Ağdaş rayonun mal bazarında 750 manat 1 camış balası almışdır. Həmin heyvanı o da başqa şəxsə 45 manat artığına satmışdır. Lakin heyvan xəstə olduğundan alan şəxs onu xx.xx.2023-cü il tarixdə ona geri qaytarmışdır. O da Cavabdehlə danışaraq heyvanı onun özünə geri qaytarmışdır. Lakin Ruslan pulunun olmadığını heyvanı satandan sonra pulunu geri qaytaracağını bildirmişdir. Aradan xeyli müddət keçməsinə baxmayaraq hələ də onun pulunu geri qaytarmamışdır. O bu barədə Ağdaş Rayon Polis Şöbəsinə müraciət etsə də, ona bu məsələnin mülki xarakterli olduğu bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmişdir və ona görə də tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o Ağdaşda heyvan bazarında 755 manata heyvan alıb, 800 manata başqa birinə satmışdır. Satdığı adam ona həmin heyvanın xəstə olduğunu bildirərək heyvanı ona geri qaytarmışdır. O da heyvanı Ruslana qaytarmışdır, lakin Ruslan pulu geri qaytarmamışdır. Dəfələrlə müraciət etməsinə baxmayaraq Ona zəng edərək polisə şikayət edəcəyini dedikdə, pulunu geri qaytaracağını bildirimişdir. Lakin Ruslan pulunu geri qaytarmamışdır. Onu həmişə mal bazarında görürdü, şikayət etdikdən sonra onu orada görmür. Bu barədə şahidi vardır, o hər şeyi görmüşdür. 755 manat heyvanın puludur, 100 manat isə yol xərcləridir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdeh 31 oktyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında izahat verərək bildirdi ki, iddiaçı malı aparıb sata bilməyib, geri qaytarıb. O, iddaçıdan malı geri alıb, həmin gün də 600 manat pulu ona geri qaytarıb. Onun iddiaçıya 130 manat borcu qalmışdır. İddiaçı mütəmadi mobil telefonla yığıb ona söydüyünə görə onun pulunu geri qaytarmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, onlar Ruslandan malı 9 dekabr 2023-cü il tarixdə 755 manata alıb, 800 manata satmışlar. Daha sonra mal xəstə olduğundan satdıqları adam malı geri qaytarmışdır, onlar da həmin heyvanı Ruslana qaytarmışlar, Ruslan satıb pulunu geri qaytaracağını bildirsə də bugünə qədər qaytarmamışdır. Məhkəmə proses iştirakçılarını, şahidi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən məhkəməyə daxil olmuş Şəki rayonu Oxud kəndində yaşayan İddiaçı müraciətinin surətindən görünür ki, o Ağdaş rayonunun Abad kənd sakini Cavabdeh xx.xx.2023-cü il tarixdə Ağdaş rayonun mal bazarında 750 manata 1 baş camış balası almışdır. Həmin heyvanı o da başqa şəxsə 45 manat artığına satmışdır. Lakin heyvan xəstə olduğundan alan şəxs xx.xx.2023-cü il tarixdə ona geri qaytarmışdır. O da Cavabdehlə danışaraq heyvanı onun özünə geri qaytarmışdır. Lakin Ruslan pulu olmadığını heyvanı satandan sonra pulu geri qaytaracağını bildirmişdir. Aradan xeyli müddət keçməsinə baxmayaraq hələ də onun pulunu geri qaytarmamışdır. O bu barədə Ağdaş Rayon Polis Şöbəsinə müraciət etsə də ona bu məsələnin mülki xarakterli olduğu bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Lakin polis şöbəsində aparılan araşdırma barədə hər hansı qərar və s. Məlumat ona təqdim olunmamışdır. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən məhkəməyə daxil olmuş Şəki rayonu Oxud kəndində yaşayan İddiaçı Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng mərkəzinə etmiş olduğu müraciəti əsasında toplanmış materialın nəticəsinə dair 07 yanvar 2024-cü il tarixli arayışın surətindən görünür ki, aparılmış araşdırma zamanı Şəki şəhər Oxut kənd sakini İddiaçı izahatında xx.xx.2023-cü il tarixdə Ağdaş şəhərində olan mal bazarından Ağdaş rayon Abad kənd sakini Ruslan adlı şəxsdən 1 ədəd camış balasını 750 manata aldığını iki gün sonra heyvanın xəstə olmasına görə geri qaytardığını lakinn aradan bir neçə həftə küçməsinə görə pulunu geri ala bilmədiyini bu səbəbdən 04 yanvar 2024-cü il tarixdə Ağdaş rayon polis şöbəsinə müraciət etdiyini, həmin pulun Cavabdeh alınaraq ona verilməsini istədyini bildirmişdir. Aparılan araşdırma zamanı Ağdaş rayon Abad kənd sakini Cavabdeh izahatında 10 dekabr 2023-cü il tarixdə Ağdaş şəhərində olan mal bazarında İddiaçı 1 ədəd camış balasını 750 manata satdığını iki gün sonra heyvanın xəstə olmasına görə geri qaytardığını lakin pulunu xərclədiyi üçün geri verə bilmədiyini 12 yanvar 2024-cü ildə pulunu geri verəcəyini izahatında bildirmişdir. İşin materiallarında olan Ağdaş rayon Abad kəndində yaşayan Cavabdeh tərəfindən Ağdaş rayon Polis şöbəsinə verilmiş izahatın surətindən görünür ki, həmin şəxs izahatında bildirmişdir ki, Ağdaş rayon Abad kəndində ailəsi ilə birlikdə yaşayır. Dekabr ayında 1 ədəd camış balasını 750 manata İddiaçı satmışdır. Heyvan xəstə olduğu üçün bir neçə gün sonra ona geri qaytardılar. Aldığı pulu xərclədiyi üçün ona geri qaytara bilməmişdir. Ancaq həyətində olan digər heyvanları sataraq 12 yanvarda onun pulunu geri ödəyəcəkdir. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinə 07 yanvar 2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinə etmiş olduğu müraciətə baxılmış, tərəflərindən aparılmış araşdırma zamanı materialda cinayət və ya inzibati xəta tərkibi olmadığı müəyyən olunmuşdur. Bununla bağlı məhkəməyə müraciət edilə biləcəyi töpvsiyyə edilmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia qismən təmin еdilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 755 manat məbləğində 1 baş mal almışdır. İddiaçı aldıqdan sonra həmin heyvanı xəstə olduğu üçün cavabdehə geri qaytarsa da, lakin cavabdeh iddiaçının ödədiyi pulu geri qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında həmin pulun 600 manatını heyvanı geri aldığı gün qaytardığını bildirsə də Ağdaş rayon Polis şöbəsinə verdiyi izahatında, aldığı pulu xərclədiyi üçün iddiaçıya geri qaytara bilmədiyini, ancaq həyətində olan digər heyvanları sataraq 12 yanvarda onun pulunu geri ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində müəyyən edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 755 manat borc pul alınaraq iddiaçıya ödənilməlidir. İddiaçının iddia ərizəsində tələb etdiyi 100 (yüz) manat məbləğində yol xərclər hissəsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, yola sərf olunan məbləğin sübutu kimi hər hansı qəbzlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Odur ki, məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа tələbi qismən təmin еdilsin. Cavabdeh 755 (yeddi yüz əlli beş) manat pul tutularaq İddiaçı verilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar