Məhkəmə qərarları › İş №e-2(014)-911/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-911/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-911/2024 02.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı LPO İddiaçı ASC-nin cavadehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavadehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 02 oktyabr 2020-ci il tarixli, LM102000098 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh1 1174.79 (min yüz yetmiş dörd manat, 79 qəpik) manat məbləğində kredit borcu 36 (otuz altı) ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Borclu Cavabdeh1 ilə Restrukturizasiya müqaviləsi bağlanılan zaman Cavabdeh2 ilə Bank arasında eyni tarixliZaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs restrukturizasiya müqaviləsinə əsasən borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 1243.58 (min iki yüz qırx üç manat, 58 qəpik) manat təşkil edir. Bundan 1174.79 (min yüz yetmiş dörd manat, 79 qəpik) manat əsas, kredit müqaviləsi müddəti üzrə hesablanmış 37.47 (otuz yeddi manat, 47 qəpik) manat faiz, 9.73 (doqquz manat, 73 qəpik) manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 21.59 (iyirmi bir manat, 59 qəpik) manat faiz borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı LPO İddiaçı ASC-nin cavadehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2020-ci il tarixli, LM102000098 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən 36 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə, 1174,29 manat məbləğində kredit Restrukturizasiya edilmişdir. İşin materiallarında olan LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 oktyabr 2020-ci il tarixli, LM102000098 nömrəli Zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 ilə Restrukturizasiya müqaviləsi bağlanılan zaman Cavabdeh2 ilə Bank arasında eyni tarixli Zaminlik müqaviləsi bağlanmışdır. İşin materiallarında olan LPO İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2020-ci il tarixli, LM102000098 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixə 1174,79 manat əsas borc, 37,47 manat faiz borcu, 9,73 manat cərimə borcu 21,59 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 1243,58 manat təşkil edir. İşin materiallarında olan LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş 25 iyul 2023-cü il tarixli bildiriş məktubundan görünür ki, LPO İddiaçı ASC-nin ASC borcalanlara 02 oktyabr 2020-ci il tarixli, LM102000098 saylı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün onlara xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, LPO İddiaçı ASC-nin ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 32,44 (otuz iki manat qırx dörd qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 01 aprel 2023-cü il tarixdə ölmüşdür. Ağdaş Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, e-2(014)-911/2024 saylı qərardadından görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin cavadehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə Cavabdeh2 aid hissədə iş üzrə icraata xitam verilməsi qərar alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2020-ci il tarixli, LM102000098 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən 36 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə, 1174,29 manat məbləğində kredit Restrukturizasiya edilmişdir. Eyni zamandan həmin müqavilənin yəminatı kimi iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 oktyabr 2020-ci il tarixli, LM102000098 nömrəli Zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 ilə Restrukturizasiya müqaviləsi bağlanılan zaman Cavabdeh2 ilə Bank arasında eyni tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onun LPO İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixə 1174,79 manat əsas borc, 37,47 manat faiz borcu, 9,73 manat cərimə borcu 21,59 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 1243,58 manat borcu yaranmışdır. Cavabdeh2 01 aprel 2023-cü il tarixdə ölmüşdür. Buna görə də, Ağdaş Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, e-2(014)-911/2024 saylı qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin cavadehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə Cavabdeh2 aid hissədə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 1174,79 (min bir yüz yetmiş dörd manat yetmiş doqquz qəpik) manat əsas borc, 37,47 (otuz yeddi manat qırx yeddi qəpik) manat faiz borcu, 9,73 (doqquz manat yetmiş üç qəpik) manat cərimə borcu, 21,59 (iyirmi bir manat əlli doqquz qəpik) manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 1243,58 (min iki yüz qırx üç manat əlli səkkiz qəpik) manat borc və iş üzrə ödənilmiş 32,44 (otuz iki manat qırx dörd qəpik) manat dövlət rüsumunun tutularaq, LPO İddiaçı ASC-nə verilməli, Ağdaş Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, e-2(014)-911/2024 saylı qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin cavadehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə Cavabdeh2 aid hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 260 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 1174,79 (min bir yüz yetmiş dörd manat yetmiş doqquz qəpik) manat əsas borc, 37,47 (otuz yeddi manat qırx yeddi qəpik) manat faiz borcu, 9,73 (doqquz manat yetmiş üç qəpik) manat cərimə borcu, 21,59 (iyirmi bir manat əlli doqquz qəpik) manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 1243,58 (min iki yüz qırx üç manat əlli səkkiz qəpik) manat borc və iş üzrə ödənilmiş 32,44 (otuz iki manat qırx dörd qəpik) manat dövlət rüsumunun tutularaq, LPO İddiaçı ASC-nə verilsin. Ağdaş Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, e-2(014)-911/2024 saylı qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin cavadehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə Cavabdeh2 aid hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar