Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-920/2024 24.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı "xxxx" BOKT ASC-nin, Cavabdeh qarşı "borc" tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT ASC-nin, Cavabdeh qarşı "borc" tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 12 may 2023-cü il tarixli, YV0011451-2023 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən, Cavabdeh "xxxx" ASC-dən illik 48% olmaqla 60 (altmış) ay müddətinə 220 (iki yüz iyirmi) manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki cəmi 10.40 (on manat, qırx sıfır qəpik) qram çəkidə qızılzinət əşyalarını banka girov qoymuşdur. Maliyyə arayışına əsasən Cavabdeh banka YV0011451-2023 saylı 12 may 2023-cü il tarixli çərçivə kredit və girov müqaviləsi üzrə 188.63 (yüz səksən səkkiz manat, altmış üç qəpik) manat əsas, 51.06 (əlli bir manat, sıfır altı qəpik) manat faiz, 53.91 (əlli üç manat, doxsan bir qəpik) manat cərimə borcu olmaqla cəmi 293.60 (iki yüz doxsan üç manat, altmış qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, girov predmetinə qanunla müəyyən edilmiş qaydada tutmanın yönəldilməsinə dair mülkiyyətçiyə və zaminə borcun ödənilməsi tələbi ilə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" BOKT ASC-nin, Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 12 may 2023-cü il tarixli, YV0011451-2023 saylı kredit və girov müqaviləsinə əsasən, Cavabdeh 60 (altmış) ay müddətinə, illik 48% ödəmək şərti ilə 220 (iki yüz iyirmi) manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətiindəki cəmi 10.40 qram çəkidə qızıl-zinət əşyalarını banka girov qoymuşdur. İş materiallarında "xxxx" BOKT ASC tərəfindən verilmiş 22 may 2024-cü il tarixli, 3682-24 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli YV0011451-2023 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 22 may 2024-cü il tarixə ümumi borcu 293.60 (iki yüz doxsan üç manat, altmış qəpik) manat təşkil edir. İşin materiallarında olan "xxxx" BOKT ASC tərəfindən Cavabdeh göndərilmiş 12 may 2024-cü il tarixli, 3394/24A nömrəli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" BOKT ASC borcalana xx.xx.2023-cü il tarixli, YV0011451 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, YV0011451-2023 nömrəli saxlanc girovunun Likvid qiymətləndirilməsi aktından görünür ki, Girovqoyan Cavabdeh götürdüyü kreditə təminat olaraq girov kimi təklif edilmiş qızıl-zinət əşyasının vahid qiyməti (manatla) 44 manat olmaqla cəkisi 10.40 qram olan 1 ədəd Qolbaq (Yolka) girov qoymuş, həmin qızıl-zinət əşyasının cəmi qiyməti (manatla) 457.60 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, YV0011451-2023 nömrəli saxlanc girovunun Real bazar qiymətləndirilməsi aktından görünür ki, Girovqoyan Cavabdeh götürdüyü kreditə təminat olaraq girov kimi təklif edilmiş qızıl-zinət əşyasının vahid qiyməti (manatla) 44.96 manat olmaqla cəkisi 10.40 qram olan 1 ədəd Qolbaq (Yolka) girov qoymuş, həmin qızıl-zinət əşyasının cəmi qiyməti (manatla) 467.60 manat təşkil edir. İş materiallarında olan Asan Pay vasitəsilə ödənilmiş qəbzindən görünür ki, "xxxx" BOKT ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 12 may 2023-cü il tarixli, YV0011451-2023 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT ASC Cavabdeh 48% olmaqla 60 (altmış) ay müddətinə 220 (iki yüz iyirmi) manat məbləğində kredit götürmüş, borcun təmnatı olaraq Cavabdeh mülkiyyətindəki cəmi 10.40 qram çəkidə qızıl-zinət əşyalarını banka girov qoymuşdur. Cavabdeh "xxxx" BOKT ASC tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun "xxxx" BOKT ASC-yə ümumilikdə 293.60 (iki yüz doxsan üç manat, altmış qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 5 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 188.63 (yüz səksən səkkiz manat, altmış üç qəpik) manat əsas, 51.06 (əlli bir manat sıfır altı qəpik) manat faiz, 5 (beş) manat cərimə olmaqla, cəmi 244.69 (iki yüz qırx dörd manat, altmış doqquz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" BOKT ASC-yə verilməli, tutmanın girov qoyulmuş Cavabdeh məxsus cəmi dəyəri 457.60 manat olan qızıl-zinət əşyasına (1 ədəd Qolbaq Yolka) yönəldilməli, yuxarıdakı qızıl-qinət əşyasının açıq hərracda satılmalı, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməli və girov predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehdən tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəfl5ərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 188.63 (yeddi yüz səksən sekkiz manat, altmış üç qəpik) manat əsas, 51.06 (əlli bir manat, sıfır altı qəpik) manat faiz, 5 (beş) manat cərimə olamaqla, cəmi 244.69 (iki yüz qırx dörd manat, altmış doqquz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" BOKT ASC-yə verilsin. Tutmanın girov qoyulmuş Cavabdeh məxsus cəmi dəyəri 457.60 manat olan qızılzinət əşyasına (1 ədəd Qolbaq Yolka) yönəldilsin. Yuxarıdakı qızıl-qinət əşyası açıq hərracda satılsın. Satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilsin və girov predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Mürsəlova