Məhkəmə qərarları › İş №e-2(014)-922/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-922/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-922/2025 26.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22277.60 (iyirmi iki min iki yüz yetmi yeddi manat altmış qəpik) məbləğində yaranmış borcun və 158 (bir yüz əlli səkkiz) manat iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş rüsumun alınıb "xxxx" MMC–nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-dən nisyə olaraq almış olduğu mallar üzrə ümumilikdə 22277.60 (iyirmi iki min iki yüz yetmi yeddi manat altmış qəpik) manat məbləğində borcu yaranmışdır. Lakin hazırki vaxtadək yaranmış borcun ödənilməsindən yayınmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə cavabdeh borcunu ödəməkdən yayınmışdır. Cavabehə borcunu ödəməsi ilə bağlı ona pritenziya göndərilmiş, lakin cavabdeh göndərilmiş pritenziya məktubuna heç bir münasibət bildirməmişdir. Hazırda cavabdehin "xxxx" MMC–nə 22277.60 (iyirmi iki min iki yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdehə bir neçə dəfə borcunun ödənilməsi ilə bağlı məlumat verməyinə baxmayaraq, cavabdeh yenə də heç bir münasibət bildirməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət etdikdən sonra cavabdehin atası onun borcundan bir qismini, yəni 1577 (bir min beş yüz yetmiş yeddi) manat ödəniş etmişdir. Hazırda cavabdehin borcu 20700 (iyirmi min yeddi yüz) manat təşkil edir. Həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi və məhkəmədə hüquqların müdafiəsi üçün vəkil xidməti ilə bağlı ayrıca müqavilə bağlanmış və "xxxx" MMC tərəfindən vəkil qurumunun hesabına 330 (üç yüz otuz) manat məbləğində vəsait ödənmişdir. Cavabdeh 20700 (iyirmi min yeddi yüz) manat məbləğində qalıq borcun, 158 (bir yüz əlli səkkiz) manat iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş rüsumun və hüquqi yardım üçün ödənilmiş 330 (üç yüz otuz) manat məbləğində pulun alınıb "xxxx" MMC–nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət etdikdən sonra cavabdehin atası onun borcundan bir qismini, yəni 2177 manat ödəniş etmişdir. Daha sonra yenidən 300 (üç yüz) manat ödəniş etmişdir. Hazırda cavabdehin borcu 20100 (iyirmi min yüz) manat təşkil edir. Odur ki, Cavabdeh haırki vaxta olan əsas borcunun 20100 (iyirmi min yüz) manat məbləğində olmasınının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehlə aralarında şifahi alqı-satqı müqaviləsi bağlanılmışdır. Həbs olunandan sonra ödəyəcəyini bildirmişdir. Məhkəməyə müraciət etdikdən sonra ailə üzvləri ödəniş etmişlər. İddia tələbinin təmin edilməsini və cavabdehdən borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdeh Gəncə şəhəri 2 saylı istintaq təcridxanasında saxlanılan Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq, İddiaçı Hüseyin oğlu ilə aralarında razılaşma olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, Cavidanı tanımır. Çox yerə mal paylayır. Ləkiyə gətirməyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, Sumqayıt ambarından gübrə götürüb paylayırlar. Cavidanı tanımır. Adres verilir onlara, həmin ünvana aparıb verirlər. Ləkiyə 1 dəfə gübrə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, oğlunun şirkətə borcu olduğunu sonradan bilmişdir. Oğlu şirkətdən gübrə götürüb 22000 borcu yaranmışdır. Borcu öyrəndikdən sonra 4 dəfə ödəniş etmişdir. Hazırda da ayda 300 manat olmaqla həmin borcu ödəməyə razıdır. Məhkəmə proses iştirakçılarını, şahidləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə Cavabdeh 8000 manat məbləğində 1 kq Nitroannofoska (NPK 16-16-16)- "xxxx" ASC-Rusiya məhsulu təhvil verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə Cavabdeh 6277.60 manat məbləğində 1 kq Nitroannofoska (NPK 16-16-16)- "xxxx" ASC-Rusiya məhsulu təhvil verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə Cavabdeh 8000 manat məbləğində 1 kq Nitroannofoska (NPK 16-16-16)- "xxxx" ASC-Rusiya məhsulu təhvil verilmişdir. Whatsapp yazışmalarından və səs yazmalarından görünür ki, Cavabdeh iddiaçıya pulu olan kimi borcunu ödəyəcəyini bildirmişdir. "xxxx" MMC tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli borcun qaytarılması barədə pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC-dən nisyə olaraq almış olduqları mallar üzrə ümumilikdə 22277.60 manat məbləğində borcunun yarandığı və 3 iş günü ərzində borcun ödənilməsi həyata keçirilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Ağdaş rayonu sakini Cavabdeh "xxxx" MMC-yə olan borcu 22277.60 manat təşkil edir. Hazırda həmin şəxs həbsdə olduğundan Cavabdeh atası X4 onun adından "xxxx" MMCyə 1000 manat ödəniş etmişdir. Ödənişdən sonra hazırda Cavabdeh "xxxx" MMC-yə qalıq borcu 21277.67 manat təşkil edir. X4 hər ay "xxxx" MMC-yə 300 manat ödəyəcəyini öz öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh atası X4 onun adından "xxxx" MMC-yə 1000 manat ödəniş etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Ağdaş rayonu sakini Cavabdeh "xxxx" MMC-yə olan borcu 21277.60 manat təşkil edir. Hazırda həmin şəxs həbsdə olduğundan Cavabdeh atası X4 onun adından "xxxx" MMCyə 277 manat ödəniş etmişdir. Ödənişdən sonra hazırda Cavabdeh "xxxx" MMC-yə qalıq borcu 21000.67 manat təşkil edir. X4 hər ay "xxxx" MMC-yə 300 manat ödəyəcəyini öz öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh atası X4 onun adından "xxxx" MMC-yə 277 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC tərəfindən “Xəzər Konsaltinq” Vəkil bürosuna 330 manat məbləğində ödəniş edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Ağdaş rayonu sakini Cavabdeh "xxxx" MMC-yə olan borcu 21000.60 manat təşkil edir. Hazırda həmin şəxs həbsdə olduğundan Cavabdeh atası X4 onun adından "xxxx" MMCyə 300 manat ödəniş etmişdir. Ödənişdən sonra hazırda Cavabdeh "xxxx" MMC-yə qalıq borcu 20700.67 manat təşkil edir. X4 hər ay "xxxx" MMC-yə 300 manat ödəyəcəyini öz öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh atası X4 onun adından "xxxx" MMC-yə 300 manat ödəniş etmişdir. 15 iyul 2024-cü il tarixli 131 saylı və 16 iyul 2024-cü il tarixli 132/133 saylı təhviltəhsil aktlarının surətindən görünür ki, NPK "xxxx" məhsulu Aqraferd MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Ağdaş rayonu sakini Cavabdeh "xxxx" MMC-yə olan borcu 20700.60 manat təşkil edir. Hazırda həmin şəxs həbsdə olduğundan Cavabdeh atası X4 onun adından "xxxx" MMCyə 300 manat ödəniş etmişdir. Ödənişdən sonra hazırda Cavabdeh "xxxx" MMC-yə qalıq borcu 20400.60 manat təşkil edir. X4 hər ay "xxxx" MMC-yə 300 manat ödəyəcəyini öz öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh atası X4 onun adından "xxxx" MMC-yə 300 manat ödəniş etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Ağdaş rayonu sakini Cavabdeh "xxxx" MMC-yə olan borcu 20700.60 manat təşkil edir. Hazırda həmin şəxs həbsdə olduğundan Cavabdeh atası X4 onun adından "xxxx" MMCyə 300 manat ödəniş etmişdir. Ödənişdən sonra hazırda Cavabdeh "xxxx" MMC-yə qalıq borcu 20100.60 manat təşkil edir. X4 hər ay "xxxx" MMC-yə 300 manat ödəyəcəyini öz öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh atası X4 onun adından "xxxx" MMC-yə 300 manat ödəniş etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı "xxxx" MMC-də sərəncamverici direktor vəzifəsində çalışır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh İddiaçı Hüseyin oğlunun direktoru olduğu "xxxx" MMC-dən nisyə olaraq almış olduğu mallar üzrə ümumilikdə 22277.60 (iyirmi iki min iki yüz yetmi yeddi manat altmış qəpik) manat məbləğində borcu yaranmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə cavabdeh borcunu ödəməkdən yayınmışdır. Cavabehə borcunu ödəməsi ilə bağlı pretenziya göndərilmiş, lakin cavabdeh göndərilmiş pretenziya məktubuna heç bir münasibət bildirməmişdir. Cavabdehin iddiaçıya 22277.60 (iyirmi iki min iki yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borcu qalmışdır. Hazırda iddiaçı cavabdehdən həmin borcun tutulmasını tələb edir. Məhkəmə iclasında cavabdehin atası iddiaçıya olan borcdan bir qismini, yəni 2177 manat hissəsinin onun tərəfindən iddiaçıya ödənildiyini, hazırda cavabdehin borcunun 20100 (iyirmi min bir yüz) manat təşkil etdiyini bildirmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı “Xəzər Konsaltinq” Vəkil bürosuna 330 manat məbləğində ödəniş etmiş və xx.xx.2025-ci il tarixli ödəniş qəbzini iddia ərizəsini əlavə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsində müəyyən edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar tətbiq edilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20100 (iyirmi min bir yüz) manat borc pul alınaraq İddiaçı direktor olduğu "xxxx" MMC-yə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş 150.30 (yüz əlli manat otuz qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən hüquqi yardım almaq üçün “Xəzər Konsaltinq” Vəkil bürosunun hesabına ödənilmiş 330 manat məbləğində pulun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа tələbi qismən təmin еdilsin. Cavabdeh 20100 (iyirmi min bir yüz) manat məbləğində borcun və hüquqi yardım üçün ödənilmiş 330 (üç yüz otuz) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 150.30 (bir yüz əlli manat, otuz qəpik) manat dövlət rüsumunun əvəzi olan pul alınaraq İddiaçı direktor olduğu "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar