Məhkəmə qərarları › İş №e-2(014)-929/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-929/2023

23.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-929/2023 23.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi icraata qəbul edilənədək İddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizənin və ona əlavə olunmuş sənədlərin, eləcə də Ağdaş Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat dövlət rüsumu pulunun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, İddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlər geri qaytarılmasına dair ərizəsi təmin edilməli və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinin tələbinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, eyni zamanda İddiaçı xx.xx.2023-cü il tarixli, № ********** nömrəli qəbzlə, "xxxx" MMC vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödədiyi 100 (yüz) manat dövlət rüsumu (büdcə kodu 14221301, xəzinə hesabı AZ75CTRE********************) ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı xx.xx.2023-cü il tarixli, № ********** nömrəli qəbzlə, "xxxx" MMC vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödədiyi 100 (yüz) manat dövlət rüsumu (büdcə kodu 14221301, xəzinə hesabı AZ75CTRE********************) ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar