Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-933/2024 12.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mövsum oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 7101,01 manat-bundan 7000 (yeddi min) manat əsas, 101,01 (yüz bir manat bir qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 91.41 (doxsan bir manat qırx qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 115.LN.1676.261119.00001 saylı, 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi əsasən cavabdehə kredit və k/x ödənilməsi məqsədilə 60 (altmış) ay müddətinə illik 1 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 26 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında 26 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mövsum oğluna dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq, habelə **********523 saylı, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mövsum oğlu həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsaduf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2021-ci il tarxiə kredit üzrə cəmi borcu 7101.01 manat təşkil edir. Bundan 7000 (yeddi min) manat əsas, 101,01 (yüz bir manat bir qəpik) manat faiz borcu təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, 12 sentyabr 2024-cü il tarixə, saat 15:00-a təyin edilən mülki iş üzrə məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə baxışı iclasının onların iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mövsum oğlu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mövsum oğlunun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan «AG Bank” ASC ilə borclu Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2019-cü il tarixli, 115.LN.1676.261119.0001 saylı kredit müqaviləsi əsasən cavabdehə xx.xx.2014-cü il tarixli, GY-0300 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restruktruzasiyası məqsədi ilə 5 il müddətinə, illik 1% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «AG Bank” ASC tərəfindən verilmiş 26 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən Zamin 1.2 bəndində göstərilən müqavilə üzrə borclunun kreditor qarısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsinə cavabdehlik daşıyır. İş materiallarında olan «AG Bank” ASC tərəfindən verilmiş 26 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh3 ilə bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən Zamin 1.2 bəndində göstərilən müqavilə üzrə borclunun kreditor qarısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsinə cavabdehlik daşıyır. İş materiallarında olan, Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyası tərəfindən verilmiş 14 may 2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarın surətindən məlum olur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilməsi, ləğv prosesində olan "xxxx" ASC müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC X2 ləğvedicisi təyin edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamasına icazə verilməsi qərara alınmışdır. İşin materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə ünvanlanmış 06 oktyabr 2021-ci il tarixli, **********615 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka əsas borc üzrə 7000 manat, faiz borcu üzrə 101.01 manat, 0 manat cərimə borcu olmaqla, cəmi 7101.01 manat borcu qalmışdır. İşin materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 27 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mövsum oğluna bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 91 (doxsan bir) manat dövlət rüsumu ödəmiş və bunun üçün 41 (qırx bir) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ləğv prosesində olan «AG Bank” ASC ilə Cavabdeh2 arasında bağlanmış 115.LN.1676.261119.00001 saylı, 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi əsasən cavabdehə kredit və k/x ödənilməsi məqsədilə 60 (altmış) ay müddətinə illik 1 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmiş, «AG Bank” ASC ilə zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən kreditorla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərilərinə götürmüşlər. Cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka əsas borc üzrə 7000 manat, faiz borcu üzrə 101.01 manat, cərimə borcu 0 manat olmaqla, cəmi 7101.01 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mövsum oğlundan əsas borc üzrə 7000 (yeddi min) manat əsas, 101,01 (yüz bir manat bir qəpik) manat faiz borcu olmaqla, cəmi 7101.01 (yeddi min yüz bir manat bir qəpik) manat borc və 91.41 (doxsan bir manat, qırx bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan «AG Bank” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 7000 (yeddi min) manat əsas, 101,01 (yüz bir manat bir qəpik) manat faiz borcu olmaqla, cəmi 7101.01 (yeddi min yüz bir manat bir qəpik) manat borc və 91.41 (doxsan bir manat, qırx bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Qətnamənin icrası cavabdehlərin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-933/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-933/2024
12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver