Məhkəmə qərarları › İş №e-2(014)-947/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-947/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-947/2022 22.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-in cavabdehlər X3 və Cavabdeh2 qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-in cavabdehlər X3 və Cavabdeh2 qarşı borcun tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 874967 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23,66% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 750 (yeddi yüz əlli) AZN və 750 (yeddi yüz əlli) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 40 AZN və 40 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, xx.xx.2015-ci il tarixli, 874967 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 750,00 USD, faiz 0,00 USD, cərimə 0,00 USD və 701,25 AZN əsas, fazi 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Sazişin 4cü və 5-ci bəndinə müvafiq olaraq, zamin, Cavabdeh2 “Cədvəl 3” ilə tanış olduğunu və onları qəbul etdiyini təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Cavabdeh, Abdurəhmanov Zülfü Murad oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Abdurəhmanov Zülfü Murad oğlunun borc məbləği, **********7234 saylı hesab üzrə əsas borc 724,00 USD, faiz borcu üzrə 222,62 USD, cərimə borcuna görə 5,61 USD olmaqla cəmi 952,23 (doqquz yüz əlli iki dollar, iyirmi üç sent) USD və; **********2883 saylı hesab üzrə 663,25 AZN əsas, faiz borcu üzrə 157,68 AZN, cərimə borcuna görə 7,26 AZN olmaqla cəmi 828,19 AZN (səggiz yüz iyirmi səggiz manat, on doqquz qəpik) AZN təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. MPM-nin 149.2.3 maddənin tələbinə müvafiq olaraq, tələbin əsası kimi istinad edilən fakt və hallar və onları təsdiq edən sübutların siyahısı: 1) Kredit müqaviləsi; 2) Kassa məxaric orderi; 3) Restrukturizasiya sazişi; 4) Maliyyə arayışı; 5) Zaminlik müqaviləsi; Göstərilənlərə əsasən, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, **********7234 saylı hesab üzrə əsas borc 724,00 USD, faiz borcu üzrə 222,62 USD, cərimə borcuna görə 5,61 USD olmaqla cəmi 952,23 (doqquz yüz əlli iki dollar, iyirmi üç sent) USD və; **********2883 saylı hesab üzrə 663,25 AZN əsas, faiz borcu üzrə 157,68 AZN, cərimə borcuna görə 7,26 AZN olmaqla cəmi 828,19 AZN (səggiz yüz iyirmi səggiz manat, on doqquz qəpik) AZN məbləğində borcun və 44,45 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-in cavabdehlər X3 və Cavabdeh2 qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 874967 saylı kredit müqaviləsinə əsasən İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM Z.Abdurahmanova 24 ay müddətinə illik 23,66% % faiz ödənilməsi şərti ilə 750 (yeddi yüz əlli) ABŞ dolları və 750 (yeddi yüz əlli) manat məbləğində kredit vermişdir. İşin materiallarında olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair sazişindən görünür ki, 701,25 manat məbləğ 27 ay müddətinə 21 faiz dərəcəsi, 750 ABŞ dolları məbləği 36 ay müddətinə 20 faiz dərəcəsi ilə hesablanmışdır. İş materiallarında olan İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, № **********9349-744477 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 874967 saylı kredit müqaviləsinə əsasən kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 874967 saylı kredit müqaviləsinə əsasən X2 xx.xx.2022-ci il tarixə **********7234 saylı hesab üzrə əsas borc 724 ABŞ dolları, müqavilə müddətinin sonuna faiz borcu 222,62 ABŞ dolları, cərimə borcu 5,61 ABŞ dolları olmaqla, cəmi 952,23 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 874967 saylı kredit müqaviləsinə əsasən X2 xx.xx.2022-ci il tarixə **********2883 saylı hesab üzrə əsas borc 663,25 manat, müqavilə müddətinin sonuna faiz borcu 157,68 manat, cərimə borcu 7,26 manat olmaqla, cəmi 828,19 manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 44,45 (qırx dörd manat, qırx beş qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 874967 saylı kredit müqaviləsinə əsasən İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM Z.Abdurahmanova 24 ay müddətinə illik 23,66% % faiz ödənilməsi şərti ilə 750 (yeddi yüz əlli) ABŞ dolları və 750 (yeddi yüz əlli) manat məbləğində kredit vermiş, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi restrukturizasiya olunmuş 701,25 manat məbləğ 27 ay müddətinə 21 faiz dərəcəsi, 750 ABŞ dolları məbləği 36 ay müddətinə 20 faiz dərəcəsi ilə hesablanmış, cavabdehlər X3 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-ə **********7234 saylı hesab üzrə əsas borc 724 ABŞ dolları, müqavilə müddətinin sonuna faiz borcu 222,62 ABŞ dolları, cərimə borcu 5,61 ABŞ dolları olmaqla, cəmi 952,23 ABŞ dolları və **********2883 saylı hesab üzrə əsas borc 663,25 manat, müqavilə müddətinin sonuna faiz borcu 157,68 manat, cərimə borcu 7,26 manat olmaqla, cəmi 828,19 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən cavabdeh-zamin bank qarşısında heç bir məsuliyyət daşımır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə xx.xx.2017-ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından artıq 5 ildən artıq vaxt keçmiş və zaminliyə xitam verilmişdir. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsinin 3.1-ci bəndi zaminliyin verilmə müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildyi vaxta qədər qüvvədə olacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 **********7234 saylı hesab üzrə əsas borc 724 ABŞ dolları, müqavilə müddətinin sonuna faiz borcu 222,62 ABŞ dolları, cərimə borcu 5,61 ABŞ dolları olmaqla, cəmi 952,23 ABŞ dolları, **********2883 saylı hesab üzrə əsas borc 663,25 manat, müqavilə müddətinin sonuna faiz borcu 157,68 manat, cərimə borcu 7,26 manat olmaqla, cəmi 828,19 manat məbləğində borc və 44,45 (qırx dörd manat, qırx beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-ə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 **********7234 saylı hesab üzrə əsas borc 724 ABŞ dolları, müqavilə müddətinin sonuna faiz borcu 222,62 ABŞ dolları, cərimə borcu 5,61 ABŞ dolları olmaqla, cəmi 952,23 ABŞ dolları, **********2883 saylı hesab üzrə əsas borc 663,25 manat, müqavilə müddətinin sonuna faiz borcu 157,68 manat, cərimə borcu 7,26 manat olmaqla, cəmi 828,19 manat məbləğində borc və 44,45 (qırx dörd manat, qırx beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-ə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar