Məhkəmə qərarları › İş №e-2(014)-956/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-956/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-956/2024 02.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC-nin X1 məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar