Məhkəmə qərarları › İş №e-2(014)-96/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-96/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-96/2025 07.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi ilə, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 5.090,14 (beş min doxsan manat, 14 qəpik) AZN-bundan 1.929,78 (bir min doqquz yüz iyirmi doqquz manat, 78 qəpik) AZN əsas, 847,46 (səkkiz yüz qırx yeddi manat, 46 qəpik) AZN faiz, 2.031,56 (iki min otuz bir manat, 56 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,34 (iki yüz səksən bir manat, 34 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 70.91 (yetmiş manat, 91 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Dövriyyə vəsaitin artırılması məqsədi ilə 24 ay müddətinə illik 32% dərəcəsi ilə 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-270004158 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 228 saylı, xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyinin qalığı 2.816,25 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 30 ay uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 04 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit qalığı (1 USD=1.40 AZN) konvertasiya edilməklə 3.125,19 (üç min yüz iyirmi beş manat, 19 qəpik) AZN hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməli idi. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 03 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit qalığı 4.654.62 (dörd min altı yüz əlli dörd manat, 62 qəpik) AZN hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə cavabdeh MusayevaAlmaz Baba qızının kredit üzrə cəmi borcu 5.090,14 (beş min doxsan manat, 14 qəpik) AZN təşkil edir. Bundan 1.929,78 (bir min doqquz yüz iyirmi doqquz manat, 78 qəpik) AZN əsas, 847,46 (səkkiz yüz qırx yeddi manat, 46 qəpik) AZN faiz, 2.031,56 (iki min otuz bir manat, 56 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,34 (iki yüz səksən bir manat, 34 qəpik) AZN faiz borcu təşkil edir. Cavabdeh2 nümayəndəsi Nümayəndə məhkəməyə 05 noyabr 2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ünvanlayaraq bildirdi ki, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti olan müqavilə 2014-cü il tarixdə bağlanmış və müqavilə müddəti 2 (iki) il müddətinə olmuşdur. 2016-cı il tarixdə həmin müqavilənin müddəti bitmişdir. Maddi imkanı olmadığından kredit borcunu ödəyə bilməmişdir. Lakin Bank 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı 1 (bir) illik iddia müddətini buraxmışdır. Buna görə də hesab edir ki, 1 (bir) illik iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Hikmət Həsənli məhkəməyə 29 noyabr 2024-cü il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı ləğv prosesində olan “DəmirBank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı "kredit borcunun qaytarılması" tələbinə dair e-2(014)-1619/2024 nömrəli mülki iş Sizin icraatınızdadır. Mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 14:00-a təyin edilmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Musayev ƏH Həmzə oğlu “iddia müddətinin tətbiqi" barədə ərizə ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda qeyd olunan dəlillərə əsasən hesab edirik ki, “iddia müddətinin tətbiqi" barədə ərizə təmin edilməməlidir. Belə ki, “DəmirBank" ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 32 % dərəcəsi ilə 3.800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra həmin müqaviləyə xx.xx.2015-ci il tarixdə 228 nömrəli Əlavə Saziş, daha sonra xx.xx.2017-ci il tarixdə 4 nömrəli Əlavə Saziş, son olaraq xx.xx.2017-ci il tarixdə 03 nömrəli Əlavə Saziş bağlanaraq, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, sonuncu dəfə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Saziş üzrə Kredit müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci il tarixdir. Beləliklə, iddia müddətinin son günü xx.xx.2024-cü il tarixdir. Bank isə müvafiq kredit borcunun qaytarılması tələbi ilə "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni iddia müddətini ötürmədən vaxtında müraciət etmişdir. Bu isə o deməkdir ki, iddiaçı MM-nin 373.2-ci maddəsinin tələbləri çərçivəsində ən geci xx.xx.2024-cü il tarixədək hazırki tələblə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçının xx.xx.2024-ci il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün vaxtı mövcud olsa da, iddia müddətinin bitməsinə 10 gün qalmış, yəni xx.xx.2024-cü il tarixdə müvafiq tələblə bağlı məhkəməyə müraciət etmişdir. Müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülməmişdir ona görə də, cavabdehin ərizəsi əsassızdır. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Rəşad Tağızadə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, bankın səhfləri ucbatından, pulun ödənilməsi dayandırılmışdır. Bu qədər borcun yığılması onun günahı deyildir. Sonuncu ödəniş 3-4 il əvvəl olmuşdur. Köməklik edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 şəxsi məqsədləri üçün 24 ay müddətinə illik 32% dərəcəsi ilə hər ay 216.47 manat ödəmək şərti ilə, 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 270004158/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin kreditorla borcalan arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 02 avqust 2024-cü il tarixli bildiriş məktubundan görünür ki, bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar. İşin materiallarında olan ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 3800 USD məbləğində krediti 24 ay müddətinə ödəməli, ödənişin sonuncu ödəmə tarixi xx.xx.2016-ci ildir. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 4 nömrəli Əlavə sazişdən görünür ki, Kreditin qalıq məbləği 3125.19 AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixə kimi müəyyənləşdirilmişdir. İşin materiallarında olan ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 2816.25 USD məbləğində krediti 30 ay müddətinə ödəməli, ödənişin sonuncu ödəmə tarixi xx.xx.2017-ci ildir. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 3 nömrəli Əlavə sazişdən görünür ki, Kreditin qalıq məbləği 4654.62 AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixə kimi müəyyənləşdirilmişdir. İşin materiallarında olan ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 3125.19 manat məbləğində krediti 36 ay müddətinə 25 faiz dərəcəsi ilə hər ay 124.26 manat ödəmək şərti ilə, ödənişin sonuncu ödəmə tarixi xx.xx.2020-ci ildir. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli, 4 nömrəli Əlavə sazişdən görünür ki, Kreditin qalıq məbləği 3125.19 AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixə kimi müəyyənləşdirilmişdir. İşin materiallarında olan ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 3008.09 manat məbləğində krediti 48 ay müddətinə 15 faiz dərəcəsi ilə hər ay 83.72 manat ödəmək şərti ilə, ödənişin sonuncu ödəmə tarixi xx.xx.2021-ci ildir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 70.91 (yetmiş manat doxsan bir qəpik) manat dövlət rüsumu ödəmişdir. İşin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli 3-16-16/2-9/801/2025 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 22 avqust 2024-cü il tarixə (sual üzrə tarixinə) LPO İddiaçı ASC olan borcu 2 965.68 manat məbləğində müəyyən edilir, o cümlədən 1 928.37 manat əsas borcu, 761.71 manat faiz borcu, 275.60 manat faiz borcu 5%-lə. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş Ekspert Rəyinə dair Bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. İşin materiallarında olan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 22 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 20 avqust 2024-cü il tarixə banka 1.929,78 (bir min doqquz yüz iyirmi doqquz manat, 78 qəpik) AZN əsas, 847,46 (səkkiz yüz qırx yeddi manat, 46 qəpik) AZN faiz, 2.031,56 (iki min otuz bir manat, 56 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,34 (iki yüz səksən bir manat, 34 qəpik) AZN faiz borcu olmaqla cəmi borcu 5.090,14 (beş min doxsan manat, 14 qəpik) AZN təşkil edir. İşin materiallarında olan Ağdaş rayonu, Qaradağlı kənd soveti tərəfindən verilmiş, 23 sentyabr 1977-ci il tarixli 417035 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə Cavabdeh2 arasındakı nikah 23 sentyabr 1977-ci il tarixdə 14 saylı akt qeydi qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Dövriyyə vəsaitin artırılması məqsədi ilə 24 ay müddətinə illik 32% dərəcəsi ilə 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-270004158 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 228 saylı, xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyinin qalığı 2.816,25 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 30 ay uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 04 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit qalığı (1 USD=1.40 AZN) konvertasiya edilməklə 3.125,19 (üç min yüz iyirmi beş manat, 19 qəpik) AZN hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməli idi. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 03 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit qalığı 4.654.62 (dörd min altı yüz əlli dörd manat, 62 qəpik) AZN hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilməli idi. Borclular müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri vaxtında icra etmədikləri üçün onların 20 avqust 2024-cü il tarixə banka 1.929,78 (bir min doqquz yüz iyirmi doqquz manat, 78 qəpik) AZN əsas, 847,46 (səkkiz yüz qırx yeddi manat, 46 qəpik) AZN faiz, 2.031,56 (iki min otuz bir manat, 56 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 281,34 (iki yüz səksən bir manat, 34 qəpik) AZN faiz borcu olmaqla cəmi borcu 5.090,14 (beş min doxsan manat, 14 qəpik) AZN borcu olduğunu bildirsə də, i ş materiallarına əlavə edilmiş 12 iyun 2025-ci il tarixli 3-16- 16/2-9/801/2025 saylı ekspert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 22 avqust 2024-cü il tarixə (sual üzrə tarixinə) LPO İddiaçı ASC olan borcu 2 965.68 manat məbləğində müəyyən edilir, o cümlədən 1 928.37 manat əsas borcu, 761.71 manat faiz borcu, 275.60 manat faiz borcu 5%-ə təşkil edir. Bundan başqa cavabdeh (əsas borclu) Cavabdeh2 nümayəndəsi Nümayəndə məhkəməyə 05 noyabr 2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ünvanlayaraq iddia müddətinin tətbiq edilməsini və 1 (bir) illik iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş sənədlərdən məlum olur ki, xx.xx.2015-ci il tarixdə 228 nömrəli Əlavə Saziş, daha sonra xx.xx.2017-ci il tarixdə 4 nömrəli Əlavə Saziş, son olaraq xx.xx.2017-ci il tarixdə 03 nömrəli Əlavə Saziş bağlanaraq, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, sonuncu dəfə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Saziş üzrə Kredit müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci il tarixi olduğundan, iddia müddətinin son günü xx.xx.2024-cü il tarixidir. Bank isə müvafiq kredit borcunun qaytarılması tələbi ilə "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni iddia müddətini ötürmədən vaxtında müraciət etmişdir. Beləliklə 3 illik müddət ötürülmədiyindən, cavabdehin nümayəndəsinin ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini ərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.q Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək müvafiq olaraq cərimə borcu 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1 928.37 (bir min doqquz yüz iyirmi səkkiz manat, 37 qəpik) manat əsas borcu, 761.71 (yeddi yüz altmış bir manat yetmiş bir qəpik) manat faiz borcu, 275.60 (iki yüz yetmiş beş manat altmış qəpik) manat faiz borcu 5%-lə və cərimə borcu üzrə 100 (yüz) manat olmaqla, cəmi 3065.68 (üç min altmış beş manat altmış səkkiz qəpik) manat məbləğində borc və 50.65 (əlli manat altmış beş qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1 928.37 (bir min doqquz yüz iyirmi səkkiz manat, 37 qəpik) manat əsas borcu, 761.71 (yeddi yüz altmış bir manat yetmiş bir qəpik) manat faiz borcu, 275.60 (iki yüz yetmiş beş manat altmış qəpik) manat faiz borcu 5%-lə və cərimə borcu üzrə 100 (yüz) manat olmaqla, cəmi 3065.68 (üç min altmış beş manat altmış səkkiz qəpik) manat məbləğində borc və 50.65 (əlli manat altmış beş qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar