Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-977/2024 29.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 017A********** saylıərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, X2 aylıq faiz dərəcəsi 1.7917% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. Bundan başqa xx.xx.2023-cü il tarixdə bağladığı 017KK**********01 saylı kredit müqaviləsiəsasında aylıq faiz dərəcəsi 2 % оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500.00 (beş yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqavilələrinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaitləri qaytarmamışdır. O, 017A********** saylı kredit müqaviləsi üzrə götürdüyü kredit bоrcundan 2149.7 manat ödəniş etmiş və оnun iddiaçıya 12850.3 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 143 gün üçün hesablanmış faiz borcu 1230.75 manat təşkiledir. Lakin 017KK**********01 saylı kredit müqaviləsi üzrə heç bir ödəniş etməmiş və qeyd olunan tarixə hesablanmış faiz borcu 50.87 manat təşkiledir. Göstərilənlərə əsasən Cavabdeh « xx.xx.2023-cü il tarixli 017A********** saylı kredit razılaşması üzrə 2850.3 manat məbləğində kredit bоrcu, 1230.75 manat məbləğində faiz bоrcu və 257.26 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 14338.31 manat, - xx.xx.2023-cü il tarixli 017KK**********01 saylı kart kredit müqaviləsi üzrə 495.21 manat məbləğində kredit bоrcu, 50.78 manat məbləğində faiz bоrcu və 14.63 manat məbləğində cərimə olmaqla, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 14899 (on dört min səkkiz yüz doxsan doqquz) manat 02 (iki) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 134.7 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, iddiaçı "xxxx" QSC-nin cavbdeh Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair» mülki iş vardır. Məhkəmə prosesi gedişində məlum olmuşdur ki, iddia ərizəsinin xahiş etdi hissəsində texniki səbəbdən əsas borc üzrə tələb səhv göstərilmişdir. Bu səbəbdən də hazırda həmin işlə bağlı iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuхarıda göstərilənləri əsasən və Azərbaycan Rеspublikası Mülki Prоsеssual Məcəlləsinin 12-ci fəslinin tələblərini rəhbər tutaraq, Cavabdeh İddiaçı QSC-nin xeyrinə - xx.xx.2023-cü il tarixli 017A********** saylı kredit razılaşması üzrə 12850.3 manat məbləğində kredit bоrcu, 1230.75 manat məbləğində faiz bоrcu və 257.26 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 14338.31 manat, - xx.xx.2023-cü il tarixli 017KK**********01 saylı kart kredit müqaviləsi üzrə 495.21 manat məbləğində kredit bоrcu, 50.78 manat məbləğində faiz bоrcu və 14.63 manat məbləğində cərimə olmaqla, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 14899 ( on dört min səkkiz yüz doxsan doqquz) manat 02 (iki) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 134.7 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında baglanmış xx.xx.2023-cu il tarixli, № 017KK**********01 saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 2% ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında baglanmış xx.xx.2023cu il tarixli, 017A********** saylı kredit razılaşmasına əsasən İddiaçı QSC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 1,7917% ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cu il tarixli, № 017KK**********01 saylı kredit müqaviləsi üzrə, əsas borc üzrə 495,21 manat, faiz borcu üzrə 50,87 manat, cərimə borcu üzrə 14,63 manat, ümumilikdə 560,71 manat borcu vardır. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cu il tarixli, № 017A********** saylı kredit razılaşması üzrə, əsas borc üzrə 12850,3 manat, faiz borcu üzrə 1230,75 manat, cərimə borcu üzrə 257,26 manat, ümumilikdə 14338,31 manat borcu vardır. İşin materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı QSC tərəfindən xx.xx.2023-cu il tarixli, № 017KK**********01 saylı kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuşlar. İşin materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı QSC tərəfindən xx.xx.2023-cu il tarixli, № 017KK**********01 saylı kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuşlar. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı QSC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 134,70 (yüz otuz dörd manat, yetmiş qəpik) manat ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh arasında baglanmış xx.xx.2023-cu il tarixli, № 017KK**********01 saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 2% ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Bundan başqa İddiaçı QSC ilə Cavabdeh arasında baglanmış xx.xx.2023-cu il tarixli, 017A********** saylı kredit razılaşmasına əsasən İddiaçı QSC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 1,7917% ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə Cavabdeh xx.xx.2023-cu il tarixli, № 017KK**********01 saylı kredit müqaviləsi üzrə, əsas borc üzrə 495,21 manat, faiz borcu üzrə 50,87 manat, cərimə borcu üzrə 14,63 manat, ümumilikdə 560,71 manat borcu, Cavabdeh xx.xx.2023-cu il tarixli, № 017A********** saylı kredit razılaşması üzrə, əsas borc üzrə 12850,3 manat, faiz borcu üzrə 1230,75 manat, cərimə borcu üzrə 257,26 manat, ümumilikdə 14338,31 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cu il tarixli, № 017KK**********01 saylı kredit kart müqaviləsi üzrə 495,21 manat əsas borc, 50,87 manat faiz borcu, 14,63 manat cərimə borcu olmaqla ümumilikdə 560,71 manat borcu, xx.xx.2023-cu il tarixli, № 017A********** saylı kredit razılaşması üzrə, 12850,3 manat əsas borc, 1230,75 manat faiz borcu, 257,26 manat cərimə borcuolmaqla ümumilikdə 14338,31 manat borc məbləği və 134,70 (yüz otuz dörd manat, yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cu il tarixli, № 017KK**********01 saylı kredit kart müqaviləsi üzrə 495,21 manat əsas borc, 50,87 manat faiz borcu, 14,63 manat cərimə borcu olmaqla ümumilikdə 560,71 manat borcu, xx.xx.2023-cu il tarixli, № 017A********** saylı kredit razılaşması üzrə, 12850,3 manat əsas borc, 1230,75 manat faiz borcu, 257,26 manat cərimə borcuolmaqla ümumilikdə 14338,31 manat borc məbləği və 134,70 (yüz otuz dörd manat, yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-977/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-977/2024
29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver