Məhkəmə qərarları › İş №e-2(015)-1057/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-1057/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1057/2025 07.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı ASC Xalq Bankının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC Xalq Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:

1. ASC "xxxx" Bankı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli DKM/015N05A01337522 №-li Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 4611,22( dörd min altı yüz on bir manat 22 qəpik) manat mələğində vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 16% (on altı faiz) dərəcəsi ilə hesablanmış 294,25 (iki yüz doxsan dörd manat 25 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 48,42 (qırx səkkiz manat 42 qəpik) manat məbləğində penya, cəmi 4953,89 (dörd min doqquz yüz əlli üç manat 89 qəpik) manat məblğində pul vəsaiti və xx.xx.2025-ci il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16% (on altı faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 69,60 (altmış doqquz manat 60 qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçı ASC "xxxx" Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı ASC "xxxx" Bankı iddia tələbini onunla əsaslandırmışdır ki, ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/015N05A01337522 №-li kredit müqaviləsinə müvafiq olaraq bank tərəfindən borc alana 48 ay müddətinə, illik 16% ödənilməsi şərtilə, 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DKM/015N05A01337522ZM-01 №-li zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqviləyə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. İddiaçı ASC Xalq Bankının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək bildirdi ki, cavabdehlərlə nümayəndəsi olduğu təşkilat arasında heç bir razılıq olmamışdır. Cavabdehlər tərəfindən borclarının ödənilməsi üçün heç bir təşəbbüs irəli sürməmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə hazırlıq iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak edərək bildirdilər ki, onlar həqiqətən iddiaçı təşkilatla kredit müqaviləsi bağlamışlar. İddia tələbini qəbul edirlər.

5. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

7. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır.

Əsaslandırıcı hissə: b)Mülki işin materialları:

8. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli DKM/015N05A01337522 nömrəli kredit müqaviləsinə müvafiq olaraq bank tərəfindən Cavabdeh2 nəqliyyat vasitəsi alınması üçün 48 ay müddətinə, illik 16% ödənilməsi şərtilə 10.000 manat məbləğində istehlak krediti verilmişdir.

9. İddiaçı ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/015N05A01337522ZM-01 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

c)Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.ASC Xalq Bankı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli DKM/015N05A01337522 nömrəli kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 16% ödənilməsi şərtilə, 10.000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq bankla Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DKM/015N05A01337522ZM-01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılması vaxtından vvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, eyni zamanda digər Cavabdeh1 ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2025-ci il tarixli QZX-XO-18.4.2025-002 nömrəli xəbərdarlıq məktubunun və xx.xx.2025-ci il tarixli, QZX-XO-18.4.2025-001 nömrəli öhdəliklərin yerinə yetirilməsi haqqında tələbin göstərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borc ödənilməmişdir.

a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsi əsasında, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə uyğun olaraq, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 16.Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli DKM/015N05A01337522 saylı kredit müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli DKM/015N05A01337522ZM-01 nömrəli zaminlik müqaviləsi bağlayarkən üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiyindən Cavabdeh1 və Cavabdeh2 iddiaçı təşkilata borcu qalmışdır. Həm bu səbəbdən və həm də yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, bank Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsini tələb etməkdə haqlıdır. 17.Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddia qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixli DKM/015N05A01337522 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 4611,22 (dörd min altı yüz on bir manat iyirmi iki qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixə qədər kreditdən istifadəyə görə illik 16% (on altı faiz) dərəcəsi ilə hesablanmış 294,25 (iki yüz doxsan dörd manat iyirmi beş qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 48,42 (qırx səkkiz manat qırx iki qəpik) manat məbləğində penya, cəmi 4953,89 (dörd min doqquz yüz əlli üç manat 89 qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə 69,60 (altmış doqquz manat 60 qəpik) manat məbləğində dövlət rüsumu ASC "xxxx" Bankının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. 18.Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissə 19.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4611,22 (dörd min altı yüz on bir manat iyirmi iki qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 16% (on altı faiz) dərəcəsi ilə hesablanmış 294,25 (iki yüz doxsan dörd manat iyirmi beş qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 48,42 (qırx səkkiz manat 42 qəpik) manat məbləğində penya, cəmi 4953,89 (dörd min doqquz yüz əlli üç manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti ASC "xxxx" Bankın xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 69,60 (altmış doqquz manat altmış qəpik) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ASC "xxxx" Bankın xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar