Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1210/2024 20.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı QSC məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 17727.59 manat məbləğində kredit bоrcu, 3286.27 manat məbləğində faiz bоrcu və 1090.57 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 22104 (iyirmi iki min yüz dörd) manat 43 (qırx üç) qəpik məbləğində bоrcun və 156,32 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 017A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən,X6 aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 21200 (iyirmi bir min iki yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3472.41 manat ödəniş etmiş və оnun iddiaçıya 17727.59 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanmasımüqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. O, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 349 gün üçün hesablanmış faiz borcu 3286.27 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 349 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1090.57 manat təşkiledir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən göründüyü kimi, borclu X2 xx.xx.2023-cü il tarixdə vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Ağstafa Rayonu Notaiat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 159 saylı məktubuna əsasən, X2 adına vərəsəlik işi açılmışdır. Vərəsələrdən Atası – Cavabdeh1,anası – Cavabdeh2 xx.xx.2023-cü il tarixdə 2V-476 saylı reyestrlə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ona görə də iddiaçı təşkilat tərəfindən hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia tələbinə etiraz ərizəsini təqdim edib ifadəsində göstərdi ki, bank onun mərhum oğluna kredit verən zaman cavabdeh bank tərəfindən sığorta edilməmişdir. Eyni zamanda bank kredit verən zaman cavabdehin atası olaraq ona bu barədə heç bir məlumat verməmişdir. Mərhum oğlu Daxili qoşun bölmələrində işləməklə onlardan ayrı yaşamışdır. Həmin kreditin götürülməsindən onların xəbəri olmamışdır. Cavabdeh krediti götürərək tanımadığı iş yoldaşına vermişdir. Mərhum oğlu rəhmətə getdikdən bir müddət sonra ona məxsus 800 manat pulun götürülməsi üçün vərəsəlik işi açılmışdır. Bundan sonra bank hazırkı iddia ilə məhkəməyə müraciət edib. Mərhum oğlunun vəfatından sonra anası xəstəlikdən əziyyət çəkir. Onun müalicə xərclərini çətinliklə təmin edir. Eyni zamanda bir neçə banka kredit borcları var. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd olunmasını xahiş etdi. İş üzrə iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddianın təmin olunmasını xahiş etmiş, Cavabdeh2 isə məhkəmə iclasına gəlməmiş, məhkəməyə iddia tələbinə etiraz ərizəsi göndərib iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə iddiaçı təşkilatın nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı QSC ilə mərhum X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 % olmaq şərtilə 48 ay müddətinə 21200 manat kredit verilmişdir. X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ağstafa rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 159 saylı məktubu ilə X1 atası Cavabdeh1 və anası Cavabdeh2 xx.xx.2023-cü il tarixdə 2V-476 saylı reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi müəyyən edilmişdir. Lakin cavabdehlər mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və İddiaçı QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarında olan 23 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Şənər Əmiraslanovun vəfat etdiyi tarixə iddiaçı təşkilata ödənilməmiş 17727.59 manat əsas, 3286.27 manat faiz və 1090.57 manat cərimə olmaqla, cəmi 22104,43 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərdən tələb etdiyi 1090,57 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək surətdə hesablandığından həmin məbləğ azaldılaraq 100 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. İş materiallarından görünür ki, X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon Notariat Ofisinin xx.xx.2024cü il tarixli 159 saylı məktubuna əsasən mərhum X3 adına vərəsəlik işi açılmış, onun qanun üzrə vərəsəsi olan Cavabdeh1ya və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən, ondan qalmış mirası vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 qəbul edərək vərəsəlik şəhadətnaməsi aldığından, onlar X3 kreditor qarşısında olan borcunu birgə borclu kimi tam ödəməyə borcludur. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün 156,32 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı QSC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 % olmaq şərtilə 48 ay müddətinə 21200 manat kredit verilməsi, X8un xx.xx.2023-cü il tarixdə vəfat etməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 159 saylı məktubuna əsasən mərhum X3 adına vərəsəlik işinin açılması, onun qanun üzrə vərəsəsi olan cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, onların kreditor qarşısında olan borcunu birgə borclu kimi tam ödəməyə borclu olması, lakin cavabdehlərin mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatacaq miras payı həcmində miras qoyanın iddiaçı təşkilat qarşısında olan öhdəliyini icra etməmələri, Şənər Əmiraslanovun vəfat etdiyi tarixə iddiaçı təşkilata ödənilməmiş 17727.59 manat əsas, 3286.27 manat faiz və 1090.57 manat cərimə olmaqla, cəmi 22104,43 manat borcunun qalması, lakin iddiaçı təşkilatın cavabdehlərdən tələb etdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək hesablanması sübuta yetirildiyindən iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17727.59 manat əsas, 3286.27 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 21113,86 manat borc və 156,32 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17727.59 manat əsas, 3286.27 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 21113,86 manat borc və 156,32 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-1210/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-1210/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver