Məhkəmə qərarları › İş №e-2(015)-1217/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-1217/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1217/2024 18.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı ASC məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 374862-CNS-47489 nömrəli “Nağd pul kreditinin əsas şərtlərinə dair Ərizə – Razılaşmasına” əsasən xx.xx.2024-cü il tarixinə Banka borclu olduğu 16038,94 manat məbləğində əsas borc, 924,27 manat məbləğində faiz borcu, 207,85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17171,06 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 141,51 manat dövlət rüsumunun Amid Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 16% olmaqla 59 ay müddətinə 17464 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun 01 avqust 2024-cü il tarixinə kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 16038,94 manat məbləğində əsas borc, 924,27 manat məbləğində faiz borcu, 207,85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17171,06 manat borcu yaranmışdır. Ona görə də iddiaçı təşkilat hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etiraz ərizəsini təqdim edib ifadəsində göstərdi ki, o, iddiaçı təşkilatdan xx.xx.2023-cü il tarixdə 17464 manat kredit götürmüşdür. 5 ay mütəmadi olaraq borcunu ödəmişdir. Sonradan problemləri olduğu üçün borcunu az miqdarda ödəmişdir. Bu günə qədər banka 5119 manat pul ödəmişdir. Banka borcu iddia ərizəsində çox göstərilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh isə heç bir üzürlü səbəb olmadan sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin izahatını nəzərdən keçiriv və iş materiallarını araşdırıb hesab edir ki, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddia təmin olunmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 16% olmaqla 59 ay müddətinə 17464 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun 01 avqust 2024-cü il tarixinə kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 16038,94 manat məbləğində əsas borc, 924,27 manat məbləğində faiz borcu, 207,85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17171,06 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 01 avqust 2024-cü il tarixinə kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 16038,94 manat məbləğində əsas borc, 924,27 manat məbləğində faiz borcu, 207,85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17171,06 manat borcu yaranmışdır. İş üzrə cavabdeh məhkəməyə qəbzlər təqdim edərək ödəniş etməsini bildirsə də, onun təqdim etdiyi qəbzlərdən müəyyən olunur ki, həmin ödənişlər bank tərəfindən iddia ərizəsi verilənədək, yəni xx.xx.2024-cü il tarixədək ödənilmişdir. İddiaçı təşkilatın təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdehin 01 avqust 2024-cü il tarixinə kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 16038,94 manat məbləğində əsas borc, 924,27 manat məbləğində faiz borcu, 207,85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17171,06 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 141,51 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, «İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 16% olmaqla 59 ay müddətinə 17464 manat məbləğində kredit verilməsi, lakin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq götürdüyü kreditin ödənişini tam icra etməməsi, 01 avqust 2024-cü il tarixədək cavabdehin 16038,94 manat məbləğində əsas borc, 924,27 manat məbləğində faiz borcu, 207,85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17171,06 manat borcunun qalması, sübuta yetirildiyindən iddia təmin edilməli, cavabdehdən 16038,94 manat məbləğində əsas borc, 924,27 manat məbləğində faiz borcu, 207,85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17171,06 manat borc və 141,51 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 16038,94 manat məbləğində əsas borc, 924,27 manat məbləğində faiz borcu, 207,85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17171,06 manat borc və 141,51 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar