Məhkəmə qərarları › İş №e-2(015)-1244/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-1244/2024

11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1244/2024 11.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X11 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-809/2013 saylı 22 oktyabr 2013-cü il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutulub, birgə nikahlarında olan xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün mənə verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2005-ci ilin dekabr ayında faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahlarını 10 oktyabr 2006-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X5 adlı iki uşaqları var. Ağstafa Rayon Məhkəməsinin 2(015)-24/2014 saylı 03 fevral 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan xx.xx.2006-cı il tarixli, 317 nömrə ilə qeyd olunmuş nikah pozulmuşdur. Birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 onun himayəsinə verilmişdir. Həmçinin Ağstafa Rayon Məhkəməsinin 2(015)-809/2013 saylı 22 oktyabr 2013-cü il tarixli qərardadı ilə 19 sentyabr 2013-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 93 (doxsan üç) manat olmaqla, iki uşağa görə cəmi 186 (yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qərara alınmışdır. xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatıb və onun saxlanması üçün müəyyən olunmuş alimentin ödənilməsinə xitam verilmişdir. Hazırda o, xx.xx.2008-ci il təvəllüdlü X1 üçün 93 manat aliment alır. 93 manat məbləğində alimentlə də uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun təlabatları da günü-gündən artır. Qızı yetkinlik yaşına çatsa da, o, da onun himayəsindədir və onun da xərclərini o, qarşılayır. Alimentin artırılması ilə bağlı ilk olaraq mediasiyaya müraciət etmiş və cavabdehə bu barədə təklif məktubu göndərmiş, lakin cavabdeh mediasiyada iştirak etmədiyindən o, ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı alıb məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, Cavabdeh iddia tələbini qəbul etmir. Cavabdeh hazırda Rusiya Federasiyasında yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. O, 600 manat əməkhaqqı alır. Həmçinin cavabdeh Rusiya Federasiyasında yenidən ailə qurmuş və həmin evliliyindən də uşaqları anadan olmuşdur. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə isə məhkəməyə ərizə göndərərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-809/2013 saylı 22 oktyabr 2013-cü il tarixli qərardadı ilə 19 sentyabr 2013-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 93 (doxsan üç) manat olmaqla, iki uşağa görə cəmi 186 (yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qərara alınmışdır. xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatmış və onun saxlanması üçün müəyyən olunmuş alimentin ödənilməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılması üçün yetərli olmadığını, uşaq böyüdüyündən xərclərinin artmasına əsaslanmaqla tələb edir. Lakin, iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması və yüksək qazanc əldə etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Lakin, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırki vəziyyətdə uşağa görə 93 manat aliment məbləği yaşayış minimumundan da aşağıdır. Eyni zamanda iddiaçı 235 manat məbləğində aliment tələb etdiyi halda, cavabdehin əmlak vəziyyətinin artması, dəyişməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, uşaq böyüdükcə ona aid xərclər artdığından əvvəlki aliment məbləği yetərli hesab edilə biməz və ona görə, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-809/2013 saylı 22 oktyabr 2013-cü il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Məhkəmə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X10” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü bəndinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “X10” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş mediasiya xərci məhkəmə xərclərinə aid edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən maddəsinə əsasən, aliment aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. “X10” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir ilə ərzində ödəmələrin məcmusunun 1800 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-809/2013 saylı 22 oktyabr 2013-cü il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilsin. Cavabdeh 38 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar