Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-1325/2023 05.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması tələbi barədə” iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırkı iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Qazax rayonu Daş Salahlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olduğundan iddia Qazax Rayon Məhkəməsinə verilməlidir. Ərazi aidiyyətinə görə iddiaya Ağstafa Rayon Məhkəməsində baxıla bilməz. MPM-in 152.1.3-cü maddəsinə görə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə, qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması tələbi barədə” iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №e-2(015)-1325/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-1325/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver