Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-151/2025 18.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X16 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 (Möyləyeva), Cavabdeh2 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı QSC iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər X7, övladı X8 və X10, Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 016A********** saylı kredit müqaviləsi üzrə 8177,97 manat məbləğində kredit bоrcu, 1681,56 manat məbləğində faiz bоrcu və 474,48 manat məbləğində cərimə olmaqla, cəmi 10334,01 manat, xx.xx.2023-cü il tarixli 016A********** saylı kredit müqaviləsi üzrə 5858,49 manat məbləğində kredit bоrcu, 1313,96 manat məbləğində faiz bоrcu və 323,54 manat məbləğində cərimə olmaqla, 7495,99 manat, ümumilikdə cəmi 17830 (on yeddi min səkkiz yüz otuz) manat məbləğində bоrcun və ödənilmiş 143,49 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, X6 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 016A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X9 aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9700 (doqquz min yeddi yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1522,03 manat ödəniş etmiş və оnun iddiaçıya 8177,97 manat məbləğində kredit bоrcu qalmışdır. O, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 360 gün üçün hesablanmış faiz borcu 1681,56 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 360 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 474,48 manat təşkil edir. Bundan başqa, X6 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 016A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X9 aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 (altı min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 641,51 manat ödəniş etmiş və оnun iddiaçıya 5858,49 manat məbləğində kredit bоrcu qalmışdır. O, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 346 gün üçün hesablanmış faiz borcu 1313,96 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 346 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 323,54 manat təşkil edir. AR DİNin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən arayışdan cavabdeh X5 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-33/2- 627/2024 saylı arayışa əsasən məlum olmuşdur ki, mərhum X5 adında qeydiyyatda olan 0.74 ha torpaq sahəsindən halhazırda mərhumun anası Cavabdeh4, həyat yoldaşı X7, övladı X8 və X10 qeyd olunan torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən o tərəfindən qəbul edilmiş hesab edildiyindən anası Cavabdeh4, həyat yoldaşı X7, övladı X8 və X10 mərhum X5 faktiki vərəsələri hesab edilir. Cavabdehlər kredit borcunu ödəmədiyindən iddiaçı təşkilat hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, mərhum İzzət onun həyat yoldaşı olmuşdur. Mərhum yoldaşının kredit götürməsindən məlumatı olmamışdır. İzzət həmin kredit məbləğini onlara xərcləməmişdir. Mərhum vəfat etməmişdən əvvəl X18 sürücü işləmişdir. Digər cavabdeh Validə və Leyla onların qızıdır. Validə 13 ildir ki ailə quraraq Zərdab rayonuna köçmüş, həmçinin Leyla da 10 ildir ki ailə quraraq hazırda Bakı şəhərində yaşayır. Qeyd edilən torpaq sahəsini onlar istifadə etmir və mirasın qəbulu ilə bağlı notariusa ərizə verməmişdir. Özü hazırda qaynanasının himayəsində yaşayır və krediti ödəməyə imkanı yoxdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək bildirdi ki, mərhum İzzət onun oğludur. Oğlunun kredit götürməsindən məlumatları olmamışdır. Gəlini Şəlalə hazırda onun himayəsindədir və hazırda onun pensiya məbləği ilə dolanırlar. Qeyd edilən torpaq sahəsini onlar istifadə etmirlər, torpaq sahəsinin heş yerini bilmirlər və mirasın qəbulu ilə bağlı notariusa ərizə verməmişlər. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsinə və digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 (Möyləyeva) məhkəmə iclaslarının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iş üzrə iddiaçı təşkilatın nümayəndəsi Nicat Ələkbərov məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların iştirakı olmadan keçirib iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan X9 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 016A********** saylı ərizədən görünür ki, X1 internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X9 aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9700 (doqquz min yeddi yüz) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan X9 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 016A********** saylı ərizədən görünür ki, X1 internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X9 aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 (altı min beş yüz) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağstafa rayon İcra Hakimiyyətindən verilmiş 10 may 2024cü il tarixli, 5-33/2-446/2024 nömrəli cavab məktubundan görünür ki, mərhum İzzət Mövləyevin atası mərhum X3 adına olan torpağa mülkiyyət hüququna dair JN-904 nömrəli dövlət aktında ailə üzvlərinə (ümumibirgə pay) 0,74 ha pay torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsindən mərhumun ailə üzvləri istifadə edir. İş materiallarında olan Ağstafa rayon Notariat ofisinin 14 mart 2024-cü il tarixli, 159 nömrəli məktubundan görünür ki, mərhum X4 heç bir vərəsəlik işi açılmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X9 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 016A********** saylı ərizəyə əsasən X9 aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9700 (doqquz min yeddi yüz) manat məbləğində kredit götürmüş, həmçinin X9 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 016A********** saylı ərizəyə əsasən, X9 aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 (altı min beş yüz) manat məbləğində kredit götürmüşdür. X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhumun vəfat etdiyi tarixdə iddiaçı təşkilata ödənilməmiş xx.xx.2022-ci il tarixli 016A********** saylı kredit müqaviləsi üzrə 8177,97 manat məbləğində kredit bоrcu, 1681,56 manat məbləğində faiz bоrcu və 474,48 manat məbləğində cərimə olmaqla, cəmi 10334,01 manat, xx.xx.2023-cü il tarixli 016A********** saylı kredit müqaviləsi üzrə 5858,49 manat məbləğində kredit bоrcu, 1313,96 manat məbləğində faiz bоrcu və 323,54 manat məbləğində cərimə olmaqla, 7495,99 manat borcu yaranmışdır. X19 vəfat etdiyindən, iddiaçı təşkilat onun adına olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməsini əsas gətirərək, hazırki borcun cavabdehlərdən tutulması ilə bağlı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəlişəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edildiyi kimi,“ borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İş materiallarından və cavabdehlərin izahatından da göründüyü kimi, cavabdehlər mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına ərizə verməmiş, qeyd edilən torpaq sahəsini faktiki istifadə etməmişlər. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ifadələrində mərhum İzzət Möyləyevin sağ ikən Bankdan kredit götürməklərindən ümumiyyətlə xəbərləri olmamasını bildirmişlər. Həmçinin onlar qeyd edilən torpaq sahəsindən istifadə etməmələrini, torpaq sahəsinin hazırda kimin istifadəsində olmasını bilmədiklərini bildirmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər mirasın aktivini qəbul etmədikləri halda, mirasın passivini qəbul etmiş hesab edilə bilməzlər. Cavabdehlərin kənd təsərrüfatlı torpaqdan hansı qaydada və hansı vaxtdan istifadə etmələri müəyyən deyil. Ağstafa rayon İcra Hakimiyyətindən verilmiş məktubda, mərhum X2 miras qalmış torpaqdan İzzət Mövləyev, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 birgə istifadəçisi kimi qeyd adları qeyd olunmuşdur. Həmin məktubda kredit götürən - İzzət Mövləyevdən miras qalmış torpaqdan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 istifadə etmələri göstərilməmişdir. Torpaq sahəsini faktiki idarə etmək dedikdə onu əkib-becərmək və məhsul əldə etmək başa düşülür. Belə bir dəlil, sübut mövcud deyil. Qeyd olunur ki, cavabdehlərin torpaq sahəsindən faktiki istifadə etmələri elə bir mötəbərliklə sübut olunmalıdır ki, onu təkzib etmək mümkün olmasın. Bu səbəbdən İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 (Möyləyeva), Cavabdeh2 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddia təmin olunmamalıdır. İş üzrə ödənilmiş 143,49 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 (Möyləyeva), Cavabdeh2 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 143,49 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-151/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-151/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver