Məhkəmə qərarları › İş №e-2(015)-1526/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-1526/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1526/2025 23.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X9, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ölmüş şəxsin vərəsəsindən tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:

1. "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ölmüş şəxsin vərəsəsindən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024-cü il tarixli, CLEE003506692 saylı kredit müqaviləsin əsasən banka ödənilməmiş borcu – 1400 manat əsas borc, 8.09 manat faiz borcu olmaqla, cəmi 1408.09 manat məbləğində kredit borcunun və ödənilmiş 34.09 manat dövlət rüsumunun, habelə 0.40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL-EE003506692 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya elektron təsdiq vasitəsilə 24 ay müddətinə, illik 18.9 faiz dərəcəsi ilə hesablanmaqla 1400 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ağstafa rayon Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum X4 vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2025-ci il tarixdə vərəsəlik işi açılmış, vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3mirası qəbul etmiş və vərəsəlik şəhadətnamə verilmişdir. Miras əmlakı “Paşa Sığorta”nın xx.xx.2025-ci il tarixli 2384/i-366461 saylı məktubuna əsasən 50 000 manat məbləğində sığorta ödənişi və ARMA-nin xx.xx.2024-cü il tarixli 11-7/2-2119/2024 saylı məktubuna əsasən agentlikdə olan ödənilməmiş əmək haqqı, məzuniyyət və kompensasiya məbləği olan 6389.04 manat pul vəsaitindən ibarətdir. Maliyyə arayışına əsasən, X4 xx.xx.2024-cü il tarixli, CL- EE003506692 nömrəli kredit müqaviləsin əsasən Banka ödənilməmiş borcu – 1400 manat əsas borc, 8.09 manat faiz borcu olmaqla, cəmi 1408.09 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X4 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcun qaytarılması haqqında bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət edilmişdir.

3. İddiaçı "xxxx" ASC elektron qaydada vəsatətlə məhkəməyə müraciət edərək, mülki iş üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7 (MYİ0631238, xx.xx.2023 - DMX, FİN xxxxxxx, doğum tarixi xx.xx.1977-ci il, Gürcüstan Respublikası vətəndaşı) vərəsə kimi müəyyən edildiyi üçün onun cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.

a)Məhkəmə icraatı iştirakçının izahatı:

4. "xxxx" ASC-nin nümayəndəsi X5 elektron qaydada məhkəməyə ərizə göndərərək, iddia ərizəsinə nümayəndənin iştirakı olmadan baxaraq tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə baxış iclasında iştirak etməmişlər Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi X11 mərhum R.Cavabdeh3 tərəfindən bankdan kreditlə pul götürdükdən sonra öldüyünü, hazırda onun vərəsələri olduqlarını bildirərək, borcun ödənilməsi ilə bağlı iddia tələbinə etiraz etdiklərini bildirmişlər. Cavabdehlər X7 mərhum X4 arvadı olduğunu bildirmişlər.

6. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir.

7. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır.

Əsaslandırıcı hissə: c) Mülki işin materialları:

8. İşdə olan "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL- EE003506692 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya elektron təsdiq vasitəsilə 24 ay müddətinə, illik 18.9 faiz dərəcəsi ilə hesablanmaqla 1400 manat məbləğində kredit verilmişdir.

9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin 1408.09 manat əsas borcu yaranmışdır.

10. İş materiallarında olan, Ağstafa rayon Notariat ofisinin 403 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Elektron Notariat” avtomatlaşdırılmış informasiya sisteminə əsasən mərhum-X3 miras qalmış əmlaka xx.xx.2025-ci il tarixdə 2V-32 və xx.xx.2025-ci il tarixdə 2V-88 reyestrlərlə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir.

11. İş materiallarında olan xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum - X4 vərəsələri Ağstafa rayonu, Saloğlu qəsəbəsində qeydiyyatda olan X12 (MYİ0631238, xx.xx.2023 - DMX, FİN xxxxxxx, doğum tarixi xx.xx.1977-ci il, Gürcüstan Respublikası vətəndaşı), Cavabdeh1, X12, Cavabdeh2 və Cavabdeh3dur. Mərhum R.Cavabdeh3 adına olan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən ödənilməmiş əmək haqqı, məzuniyyət və kompensasiya məbləği 6389,04 manat məbləğində pul vəsaitindən ibarətdir. Eyni zamanda mərhumun adına “Paşa Sığorta”nın xx.xx.2025-ci il tarixli məktubuna əsasən 50.000 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir.

12. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin elektron ərizəsindən görünür ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İsayeva Sevil -- (MYİ0631238, xx.xx.2023 - DMX, FİN xxxxxxx, doğum tarixi xx.xx.1977-ci il, Gürcüstan respublikası vətəndaşı) vərəsə kimi müəyyən edilmişdir.

13. İş materiallarında olan, Ağstafa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə baş beyin diffuz travma, kəllə sümükləri və üz sümüklərinin çoxlu sınıqları səbəbindən ölmüşdür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL-EE003506692 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya elektron təsdiq vasitəsilə 24 ay müddətinə, illik 18.9 faiz dərəcəsi ilə hesablanmaqla 1400 manat məbləğində kredit elektron təsdiq vasitəsilə verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL-EE003506692 saylı kredit müqaviləsinə əsasən cəmi 1408,09 manat borcu yaranmışdır. Ağstafa rayon Notariat ofisinin 403 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Elektron Notariat” avtomatlaşdırılmış informasiya sisteminə əsasən mərhum-X3 miras qalmış əmlaka xx.xx.2025-ci il tarixdə 2V-32 və xx.xx.2025-ci il tarixdə 2V-88 reyestrlərlə X9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə X1nun vərəsələri Cavabdeh1, Sevil İsayevaya, Cavabdeh2 və Cavabdeh3 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən verilmiş vəsatətlə əlaqədar X12 mərhum X4 vərəsəsi olduğu üçün cavabdeh qismində cəlb edilməsi xahiş olunmuş, məhkəmə tərəfindən S.B.İsayevanı cavabdeh qismində cəlb edilib məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə hazırlıq iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi X11 mərhum R.Cavabdeh3 tərəfindən bankdan pul götürdükdən sonra öldüyünü, hazırda onun vərəsələri olduqlarını bildirərək, borcun ödənilməsi ilə bağlı iddia tələbinə etiraz etmişlər. Cavabdehlər, həmçinin, X7 mərhum X4 arvadı olduğunu bildirmişlər.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

15. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdeh üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyır, iddiaçının isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir.

19. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

20. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur.

21. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

22. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

23. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

24. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

26. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

29. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

30. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL-EE003506692 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya elektron təsdiq vasitəsilə 24 ay müddətinə, illik 18.9 faiz dərəcəsi ilə hesablanmaqla 1400 manat məbləğində kredit elektron təsdiq vasitəsilə verilmişdir. X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, mərhum - X4 vərəsələri - Ağstafa rayonu, Saloğlu qəsəbəsində qeydiyyatda olan X12 (MYİ0631238, xx.xx.2023 - DMX, FİN xxxxxxx, doğum tarixi xx.xx.1977-ci il, Gürcüstan Respublikası vətəndaşı), Cavabdeh1, X12, Cavabdeh2 və Cavabdeh3dur. Mərhum R.Cavabdeh3 adına olan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən ödənilməmiş əmək haqqı, məzuniyyət və kompensasiya məbləği 6389,04 manat məbləğində pul vəsaitindən ibarətdir. Eyni zamanda mərhumun adına “Paşa Sığorta”nın xx.xx.2025-ci il tarixli məktubuna əsasən 50.000 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. Belə olan halda məhkəmə iddia tələbinin əsaslı olması qənaətinə gəlir.

31. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, X10 xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən, ondan qalmış miras vərəsələri olan Cavabdeh1, X12, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qəbul edildiyindən, onlar birgə borclu kimi X4 kreditor qarşısında olan borcunu tam ödəməyə borcludur.

32. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 34.09 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Sevil İsayevadan, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli BPM**********99 saylı kredit müqaviləsinə əsasən 1400 (min dörd yüz) manat əsas borc, 8.09 (səkkiz manat doqquz qəpik) manat faiz borcu olmaqla cəmi 1408.09 (min dörd yüz səkkiz manat doqquz qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 34.09 (otuz dörd manat doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.

35. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

39. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X6, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2024-cü il tarixli, CLEE003506692 saylı kredit müqaviləsin əsasən 1400 (min dörd yüz) manat əsas borc, 8.09 (səkkiz manat doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1408.09 (min dörd yüz səkkiz manat doqquz qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 34.09 (otuz dörd manat doqquz qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar