Məhkəmə qərarları › İş №e-2(015)-1620/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-1620/2025

23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-1620/2025 23.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hesab edir ki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakılara əsasən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmiş göstərilsə də, “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş iddia ərizəsinə əlavə edilmiş (elektron) ********** nömrəli qəbzdən görünür ki, ödənilmiş dövlət rüsumu Astara Rayon Məhkəməsinə Səbuhi Hümbətli adlı şəxs tərəfindən ödənilmişdir. Mülki iş materiallarında İddiaçı tərəfindən Ağstafa Rayon Məhkəməsinə dövlət rüsumunun ödənilməsi ilə bağlı nə qəbz, nə də ki dövlət rüsumunun ödənilməsi ilə bağlı elektron çıxarış əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfə hazırkı işlə bağlı dövlət rüsumu ödənilməsi üçün vaxt verilməsinə və məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasına baxmayaraq, iddiaçı qeyd olunan nöqsanı aradan qaldırmamış, iddia ərizəsinə əlavə edilməli sənədi təqdim etmədiyindən mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş tələblərinə cavab vermədiyindən və həmin nöqsanı aradan qaldırmadan mülki işə mahiyyəti üzrə baxılıb həll edilməsi mümkün olmadığından, həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 149-152, 263-264, 267-268 və 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar