Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-1701/2025 17.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Elektron Məhkəmə” İnformasiya sistəmindən əldə edilmiş məlumatlardan görünür ki, iş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məlum olduğu məhkəməyə müraciət etmək hüququ, ilk növbədə, iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. Göründüyü kimi, hazırki ərizə üzrə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdır. Belə ki, Cavabdeh vəfat etmiş, barəsində mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verilib-verilməməsi, borcun ölmüş şəxsin vərəsələrindən hansı əsasa görə tələb olunmaması barədə ərizədə hər hansı bir qeyd olunmamış və bu barədə ərizəyə sübut əlavə olunmamış, tələb yalnız ölmüş şəxsə qarşı verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-4.1-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, iddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 261, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(015)-1701/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-1701/2025
17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver