Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1819/2025 27.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı «Oba Market” MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı «Oba Market” MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 9129,66 (doqquz min yüz iyirmi doqquz altmış altı qəpik) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 62 (altmış iki) manat məbləğin və audit xərci 750 (yeddi yüz əlli) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə satıcıkassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2025-ci il tarixdə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-nin “Radiozavod 3” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdehnın Cəmiyyətə 9980,37 manat zərər vurması müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 9129,66 (doqquz min yüz iyirmi doqquz altmış altı qəpik) manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 9129,66 (doqquz min yüz iyirmi doqquz altmış altı qəpik) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı, Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında iddiaçı «Oba Market” MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2025-ci il tarixdə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-nin “Radiozavod 3” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdehnın Cəmiyyətə 9980,37 manat zərər vurması müəyyən edilmişdir. Cavabdehlə heç bir barışıq əldə olunmamışdır.
4. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, o, İddiaçıdə 6 ilə yaxın administrator vəzifəsində işləmişdir. Lakin sonra rəhbərliyin qərarı ilə market bağlanmış, həmin zamanda audit gəlmiş, əşyaları saymış, o da əşyaları yükləmişdir. Məsuliyyət onda olduğuna görə hazırda cavabdeh qismində malları ondan tələb edirlər, lakin həmin mallarla bağlı onun heç bir məlumatı olmamışdır. Bu səbəbdən də iddia tələbinə etiraz edir. O, İddiaçıin Radio-Zavod 3 filiallında işləmişdir. O, malları filiallara təqdim edən zaman akta imza edib təhvil vermişdir, lakin onlar bununla bağlı ona heç bir sənəd verməmişlər. O, maddi məsul şəxs kimi inventarizasiya aparılması üçün dəvət olunsa da iştirak etməmişdir. Ona görə də qeyd etdiklərini nəzrə alıb iddianın təmin olunmamasını xahiş etdi.
5. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 bildirdi ki, oğlu olan cavabdeh İddiaçıdə malları təhvil verərkən təkcə malların daşınmasına köməklik etmişdir. Onun həmin malların hara aparılmasından məlumatı olmamışdır. Həmin zaman malları təhvil verməklə bağlı sənədi imzalamışdır. Ona görə də qeyd etdiklərini nəzrə alıb iddianın təmin olunmamasını xahiş etdi.
6. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır.
8. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı MMC-də xx.xx.2019-cu il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. O, xx.xx.2025-ci il tarixdə işdən azad edilmişdir.
9. İş materiallarında olan aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı MMCnin “Radiozavod 3” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 9980,37 manat məbləğində zərər vurması müəyyən olunmuşdur.
10. İş materiallarında olan 30 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 30 sentyabr 2025-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 9129,66 manat təşkil edir.
11. İş materiallarında olan 09 oktyabr 2025-ci il tarixli İddiaçı MMC tərəfindən verilmiş imtina aktından görünür ki, ünvan 1, Məmmədəli Şərifli küçəsi ünvanında yerləşən OBA-Radiozavod 3 (395) həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2025-ci il tarixli vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs-Cavabdeh inventarizasiyanın aparılması və nəticələrin araşdırılmasını dəvət olunsada iştirak etməmiş və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksik gəlmələrin (-9980,37 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.
12. İş materiallarında olan audit rəyindən görünür ki, İddiaçı MMC-nin “OBA- Radiozavod” №3 mağazada administrator vəzifəsində çalışmış Cavabdeh öhdəliyində olan maddiyatdan 9980, 37 manat məbləğ dəyərində məhsul əskik gəlmişdir. Cavabdeh audit yoxlama prosesində dindirilmək üçün tərəflərindən dəvət olunmuş, lakin görüşdən iştirak etməkdən imtina etmişdir.
13. Mediasiya Şurası Bakı 20 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X1 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin etibarnamə ilə təmsilçisi Nümayəndə1 X1 iştirak etmiş, lakin cavabdeh X1 iştirak etməmişdir. İddiaçı tərəfindən Mediasiya Şurası Bakı 20 saylı Mediasiya Təşkilatına xx.xx.2025-ci il tarixdə müraciət edilmiş, arayış isə xx.xx.2025-ci il tarixdə verilmişdir.
14. İş materiallarında olan 337 nömrəli, xx.xx.2025-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib olunmuş İddiaçı MMC-yə ünvanlanmış hesab-fakturadan görünür ki, audit rəyinin verilməsi üçün 750 manat məbləğində audit xərci hesablanmışdır.
15. Mediasiya Şurası Bakı 20 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı MMC tərəfindən ümumilikdə 60 manat məbləğində rüsum ödənilmişdir.
16. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə cavabdehə ünvanlanmış xəbərdarlıq məktubunda iddiaçı təşkilat tərəfindən cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə, xx.xx.2019-cu il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2025-ci il tarixli əmrlə işdən azad edilmiş, lakin xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-nin “Radiozavod 3” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh tərəfindən iddiaçıya 9980,37 manat məbləğində zərər vurması məlum olmuşdur. İddiaçı tərəf həmin məbləğdən güzəşt edilərək, hazırda cavabdehdən 9129,66 məbləğində ziyanın ödənilməsini tələb edilmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın həqiqətən vurulduğunun aşkar olması, təqsirkarın əməlinin, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması kimi 3 şərt müəyyən edilmişdir.
20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
21. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
22. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. O, xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2025-ci il tarixli əmrlə işdən azad edilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-nin “Radiozavod 3” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh tərəfindən Cəmiyyətə zərər vurması müəyyən edilmişdir.
23. Belə ki, məhkəmə iclasında izahatı alınmış Cavabdeh öz izahatından və iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2025-ci il tarixli imtina aktından da görünür ki, cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmək üçün dəvət olunsa da, iştirak etməmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixli arayışa əsasən, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsində xx.xx.2025-ci il tarixdə 9980,37 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Lakin müvafiq güzəştlər edildikdən sonra cavabdehin xx.xx.2025-ci il tarixə ümumi borcu 9129,66 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə cavabdehə ünvanlanmış xəbərdarlıq məktubunda iddiaçı təşkilat tərəfindən cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilmişdir.
24. Məhkəmə iclasında Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi iddia tələbinə dair öz etirazlarını bildirsələr də, etirazın əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmiş, bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişlər. İddiaçı tərəf isə cavabdehin həmin yoxlama üzrə qəsdən və ya ehtiyatsızlıqla maddi ziyan vurması, həmin ziyanın həqiqətən vurulduğunun aşkar olması, cavabdehin əməlinin, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması və qanunazidd əməli ilə dəymiş ziyan arasında səbəbli əlaqənin olması, cavabdehin iddiaçı təşkilata birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi, həmin əməlinə görə iddiaçı təşkilatın əmlakına ziyan vurması barədə məhkəməyə mötəbər sübutları təqdim etmiş, həmin hallar da təqdim edilən sübutlarla məhkəmə iclasında öz təsdini tapmışdır. Ona görə də iddiaçı cavabdehdən vurulmuş maddi ziyanı tələb etməkdə haqlıdır.
25. Məhkəmə vurulmuş maddi ziyana münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Qanunvericiliyə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
30. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
31. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin xx.xx.2025ci il tarixdə İddiaçı MMC-nin “Radiozavod 3” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh tərəfindən Cəmiyyətə 9129,66 manat məbləğdə ödənilməsi hissəsi əsaslıdır.
32. Eyni zamanda iş materiallarında olan sənədlərdən göründüyü kimi, «Oba Market” MMC tərəfindən cavabdehə qarşı 60 (altmış) manat mediasiya xərci, 62 manat miqdarında dövlət rüsumu və 750 manat audit xərci ödənilmişdir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır.
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
36. Ona görə də, Cavabdeh 60 manat mediasiya xərci və 62 manat dövlət rüsumu iddiaçı «Oba Market” MMC-nin xeyrinə tutulmalıdır .
37. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
41. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh ödənilməmiş 9129,66 (doqquz min yüz iyirmi doqquz manat altmış altı qəpik) manat, 60 (altmış) manat mediasiya xərci, 62 (altmış iki) manat dövlət rüsumu və 750 (yeddi yüz əlli) manat audit xərci iddiaçı «Oba Market” MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Heyran Mürsəlova