Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-192/2025 10.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7219 manat əsas, 1226,63 manat faiz, 163,28 manat cərimə olmaqla, cəmi 8608,91 manat borcun 0,40 manat xidmət haqqının və 106,09 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı ilədək müddətinə illik 26% ödəmək şərtilə 8000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixdə ərizə-anket imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi Oferta müqaviləsinin 5.9.1.8-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borclanana kredit xətti ayırır və ssuda hesabı açır, borclanan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 31 oktyabr 2024-cü il tarixə "xxxx" KB ASC-yə 7219 manat əsas, 1226,63 manat faiz, 163,28 manat cərimə olmaqla, cəmi 8608,91 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı təşkilat hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ərizə göndərərək iddia ərizəsinə onların iştirakı olmadan baxaraq, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh arasında xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı ilədək müddətə illik 26% ödəmək şərtilə 8000 manat məbləğində kredit verilmişdir.
8. 31.10.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 31 oktyabr 2024cü il tarixə "xxxx" KB ASC-yə 7219 manat əsas, 1226,63 manat faiz, 163,28 manat cərimə olmaqla, cəmi 8608,91 manat borcu yaranmışdır.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda iddiaçı təşkilat tərəfindən cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/4120 nömrəli 29 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında xx.xx.2023-cü il tarixli, Ərizə-Anket və İmza Nümunəsi ərizəsi və həmin ərizənin tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi oferta müqaviləsi üzrə yuxarıda göstərilənlərə əsasən kreditdən təyinatı üzrə istifadə edilməsi və qaytarılması qaydaları bankla borcalan arasında borcalanın bankda qeydiyyatda olan mobil telefon nömrəsi üzrə SMS bildirişlərinə, borcalanın şəxsi kabineti, mobil tətbiqi və ya bank tərəfindən təklif edilən digər vasitələrlə müəyyən edildiyinə görə hazırkı tədqiqatla təqdim edilmiş sanədlərdə həmin qaydalar tərəflər arasında razılaşdırılmış qaydada öz əksini tapmadığından borc qalığının hesablanması mümkün olmamışdır.
11. 31.10.2024-cü il tarixli qəbzindən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 106.09 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh arasında xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı ilədək müddətinə illik 26 % ödəmək şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Lakin o, müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə, cavabdehin 31 oktyabr 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 7219 manat əsas, 1226,63 manat faiz, 163,28 manat cərimə olmaqla, cəmi 8608,91 manat borcu yaranmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək elektron qaydada vəsatət göndərmiş, iddia tələbinin düzgün olmadığını və iddiaçı təşkilatın ondan tələb etdiyi məbləğdə borcunun olmadığını qeyd etmişdir. Eyni zamanda cavabdeh ondan tələb olunan ümumi borcun düzgün olmadığını və borcun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən çəkişmə prinsipinə əməl olunması, eyni zamanda mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 9/4120 nömrəli 29 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında xx.xx.2023-cü il tarixli, Ərizə-Anket və İmza Nümunəsi ərizəsi və həmin ərizənin tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi oferta müqaviləsi üzrə yuxarıda göstərilənlərə əsasən kreditdən təyinatı üzrə istifadə edilməsi və qaytarılması qaydaları bankla borcalan arasında borcalanın bankda qeydiyyatda olan mobil telefon nömrəsi üzrə SMS bildirişlərinə, borcalanın şəxsi kabineti, mobil tətbiqi və ya bank tərəfindən təklif edilən digər vasitələrlə müəyyən edildiyinə görə hazırkı tədqiqatla təqdim edilmiş sanəltərdə həmin qaydalar tərəflər arasında razılaşdırılmış qaydada öz əksini tapmadığından borc qalığının hesablanması mümkün olmamışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
19. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.
21. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
22. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
23. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
27. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
28. Həmin Məcəllənin 103.1-ci maddəsinə əasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh ilə iddiaçı arasında bağlanılmış kredit müqaviləsi üzrə borc məbləği barədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilmiş, cavabdeh isə həmin məbləğin düzgün hesablanmadığını qeyd etsə də öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
30. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunverciliyin tələbinə görə məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən cavabdehin vəsatəti əsasında iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4120 nömrəli, 29 oktyabr 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında xx.xx.2023-cü il tarixli, Ərizə-Anket və İmza Nümunəsi ərizəsi və həmin ərizənin tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi oferta müqaviləsi üzrə yuxarıda göstərilənlərə əsasən kreditdən təyinatı üzrə istifadə edilməsi və qaytarılması qaydaları bankla borcalan arasında borcalanın bankda qeydiyyatda olan mobil telefon nömrəsi üzrə SMS bildirişlərinə, borcalanın şəxsi kabineti, mobil tətbiqi və ya bank tərəfindən təklif edilən digər vasitələrlə müəyyən edildiyinə görə hazırkı tədqiqatla təqdim edilmiş sənədlərdə həmin qaydalar tərəflər arasında razılaşdırılmış qaydada öz əksini tapmadığından borc qalığının hesablanması mümkün olmamışdır.
31. Ekspert rəyinin təsviri hissəsindən və Cavabdeh ilə "xxxx" KB ASC arasında xx.xx.2023-cü il tarixli, Ərizə-Anket və İmza Nümunəsinin 1-ci bəndinə əsasən, Cavabdeh həmin ərizəni imzalamaqla iddiaçı "xxxx" KB ASCnin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi oferta müqaviləsi ilə tanış olmuş və onun bütün şərtləri ilə razı olmuşdur. Həmin müqavilənin “Kredit xətti” adlanan İV bölməsinin “müqavilənin predmeti” adlı hissəsinin 16.1-ci bəndinə əsasən “bank” “müştəri”yə SMS bildirişdə qeyd olunan məbləğdə, müddətdə, illik faiz dərəcəsində kredit limiti ayırmış, “müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Yenə həmin müqavilənin 19.1-ci bəndindən görünür ki, borcverən tərəfindən SMS və ya mobil əlavə vasitəsilə kreditin razılaşdırılmış verilmə müddəti, faktiki illik faiz dərəcəsi və məbləğdə müştəriyə kredit verilmişdir. Məhz bu səbəbdən, yəni kreditdən təyinatı üzrə istifadə edilməsi və qaytarılması qaydaları bankla borcalan arasında borcalanın bankda qeydiyyatda olan mobil telefon nömrəsi üzrə SMS bildirişlərinə, borcalanın şəxsi kabineti, mobil tətbiqi və ya bank tərəfindən təklif edilən digər vasitələrlə müəyyən edildiyinə görə, cavabdeh tərəfindən iddia tələbinə etiraz edilməsinə baxmayaraq, etirazın dəlillərini əsaslandıran sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə, işə tərəflərin qarşılıqlı münasibətlərinə, təqdim edilmiş sübutlara, iş materiallarına müvafiq olaraq hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində iddia tələbinin təmin olunması qənaətə gəlir.
32. Beləliklə, Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023cü il tarixdən xx.xx.2026-cı ilədək müddətə illik 26 % ödəmək şərtilə 8000 manat məbləğində kredit verilməsi, lakin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq götürdüyü kreditin ödənişini tam icra etməməsi, 31 oktyabr 2024-cü il tarixə "xxxx" KB ASCyə 7219 manat əsas, 1226,63 manat faiz, 163,28 manat cərimə olmaqla, cəmi 8608,91 manat borcunun yaranması sübuta yetirildiyindən iddia təmin edilməli, cavabdehdən 7219 manat əsas, 1226,63 manat faiz, 163,28 manat cərimə olmaqla, cəmi 8608,91 manat borc 106.09 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır.
33. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 106,09 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.
Nəticə hissəsi:
35. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 7219 (yeddi min iki yüz on doqquz) manat əsas, 1226,63 (min iki yüz iyirmi altı) manat faiz, 163,28 (yüz altmış üç manat iyirmi səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 8608,91 (səkkiz min altı yüz səkkiz manat doxsan bir qəpik) manat borc və 106,09 (yüz altı manat doqquz qəpik) manat və 0,40 (qırx qəpik) manat xidmət haqqı məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova