Məhkəmə qərarları › İş №e-2(015)-232/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-232/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-232/2024 07.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyev katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Sabir oğlunun, Cavabdeh Sabir oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Sabir oğluna qarşı «kreditin, ona hesablanmış faizin və cərimənin qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək,Cavabdeh Sabir oğlundan İddiaçı ASC-nin xeyrinə 11.779,39 manat əsas, 1.536,59 manat faiz və 542,09 manat cərimə borcu olmaqla, ümumlikdə 13.858,07 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 132 (bir yüz otuz iki) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Sabir oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 20.5% faiz olmaqıa 13.500 manat məbləğində kredit verilmişdir.Cavabdeh Sabir oğlu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozub üzərinə düşən öhdəliyi yerinə yetirmir. Ona görə də Cavabdeh Sabir oğlundan İddiaçı ASC-nin xeyrinə 11.779,39 manat əsas, 1.536,59 manat faiz və 542,09 manat cərimə borcu olmaqla, ümumlikdə 13.858,07 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 132 (bir yüz otuz iki) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Sabir oğlu göstərmişdir ki, iddia tələbini müdafiə edir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh Sabir oğlu iddia tələbini qismən gəbul edərək bildirdi ki, əsas və faiz borcuyla razıdır, lakin cərimə borcunun silinməsini və iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh Sabir oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 20.5% faiz olmaqıa 13.500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Sabir oğlunun iddiaçı təşkilata kredit müqaviləsi üzrə 11.779,39 manat əsas, 1.536,59 manat faiz və 542,09 manat cərimə borcu olmaqla, ümumlikdə 13.858,07 manat məbləğində borcu qalmışdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 449, 470, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin 542,09 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cərimə azaldılaraq 1 manat müəyyən edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Sabir oğlundan 11.779,39 (on bir yeddi yüz yetmiş doqquz manat otuz doqquz qəpik) manat əsas, 1.536,59 (bir min beş yüz otuz altı manat əlli doqquz qəpik) manat faiz və 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 13.315,98 ( on üç min üç yüz on beş manat doxsan səkkiz qəpik) manat borc və ödənilmiş 132 (bir yüz otuz iki) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar