Məhkəmə qərarları › İş №e-2(015)-268/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-268/2025

12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-268/2025 12.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı dəymiş ziyanın qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı ASC məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixdə törətdiyi əməl nəticəsində Banka dəymiş 1091 manat dəymiş zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30,90 manat vəsaitin Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin bir müştərisi Banka müraciət edərək, 30 noyabr 2023-cü il tarixdə A0100459 nömrəli bankomat vasitəsi ilə balansını yoxlamaq istədiyini və ən sonda imtina edərək bankomatın qarşısını tərk etdiyini bildirmişdir. Texniki xəta nəticəsində müştəri tərəfindən imtina düyməsini sıxılsa belə 1500 manat vəsait çıxmış və başqa şəxs tərəfindən götürülmüşdür. Aparılmış araşdırma nəticəsində həmin vəsaitin Cavabdeh tərəfindən götürüldüyü məlum olmuşdur. Bundan sonra cavabdeh xx.xx.2024-cü il tarixdə Banka ərizə ilə müraciət edərək, hadisə nəticəsində dəymiş ziyanı 4 ay ərzində qaytaracağını bildirmişdir. Nəticədə cavabdeh tərəfindən 409 manat vəsait geri ödənilmişdir. Baş vermiş hadisə nəticəsində Yasamal RPİ-də də araşdırma aparılır. Dəymiş ziyanın qaytarılması istiqamətində daha heç bir ödəniş edilmir. Ona görə də iddiaçı təşkilat tərəfindən hazırki tələblə məhkəməyə müraciət edilmişdir. İş üzrə iddiaçı təşkilatın nümayəndəsi Cavidan Hacıyev məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddianın təmin olunmasını xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəməyə ərizə göndərərək iddianı qəbul etməsini və banka olan 1091 manat borcun hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC-nin bir müştərisi Banka müraciət edərək, 30 noyabr 2023-cü il tarixdə A0100459 nömrəli bankomat vasitəsi ilə balansını yoxlamaq istədiyini və ən sonda imtina edərək bankomatın qarşısını tərk etdiyini bildirmişdir. Texniki xəta nəticəsində müştəri tərəfindən imtina düyməsini sıxılsa belə 1500 manat vəsait çıxmış və başqa şəxs tərəfindən götürülmüşdür. Aparılmış araşdırma nəticəsində həmin vəsaitin Cavabdeh tərəfindən götürüldüyü məlum olmuşdur. Bundan sonra cavabdeh xx.xx.2024-cü il tarixdə Banka ərizə ilə müraciət edərək, hadisə nəticəsində dəymiş ziyanı 4 ay ərzində qaytaracağını bildirmişdir. Nəticədə cavabdeh tərəfindən 409 manat vəsait geri ödənilmişdir. Cavabdeh tərəfindən vurulmuş ziyan tam şəkildə qaytarılmadığından, hazırki tələblə məhkəməyə müraciət edilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ASC-nə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, qohumu X1 məxsus kart ilə Kapital Bankın bankomatından pul çıxartmaq istəyərkən bankomatdan 1500 manat pulun çıxdığını görmüş və həmin pulu götürmüşdür. Həmin pul Qabilə və ona məxsus olmadığından 4 ay müddətinə banka qaytaracağına söz verir. Məhkəmə hesab edir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanma hesab edilir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında yaranan mülki hüquq münasibətləri baxımından iddiaçı və cavabdeh arasında əsassız varlanma münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz həmin hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə iddiaçının pulu hesabına əsassız varlandığı üçün iddiaçı qarşısında həmin pulu qaytarmaq öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci madddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 30,90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin bir müştərisinin banka müraciət edərək, 30 noyabr 2023-cü il tarixdə A0100459 nömrəli bankomat vasitəsi ilə balansını yoxlamaq istədiyini və ən sonda imtina edərək bankomatın qarşısını tərk etdiyini bildirməsi, texniki xəta nəticəsində müştəri tərəfindən imtina düyməsini sıxılsa belə 1500 manat vəsait çıxması və aparılmış araşdırma nəticəsində həmin vəsaitin Cavabdeh tərəfindən götürüldüyü məlum olması, cavabdehin xx.xx.2024-cü il tarixdə Banka ərizə ilə müraciət edərək, hadisə nəticəsində dəymiş ziyanı 4 ay ərzində qaytaracağına söz verməsi, nəticədə cavabdehin iddiaçıya cəmi 1500 manat ziyan vurması, qeyd edilən məbləği cavabdehin qanuni əsas və ya müqavilə olmadan əldə edərək əsassız varlanması, onun həmin puldan 409 manat ödəniş etməsi və hazırki tarixə iddiaçı təşkilata 1091 manat borcu qalması sübuta yetirildiyindən və öz təsdiqini tapdığından Cavabdeh 1091 manat dəymiş zərər və 30,90 manat dövlət rüsumu Kapital Bank» ASC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1091 manat dəymiş zərər və 30,90 manat dövlət rüsumu İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar