Məhkəmə qərarları › İş №e-2(015)-281/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-281/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-281/2024 16.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı QSC iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 016A********** saylı kredit müqaviləsi üzrə 8177.97 manat məbləğində kredit bоrcu, 774.19 manat məbləğində faiz bоrcu və 9175.91 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9175.91 (doqquz min yüz yetmiş beş) manat 91 (doxsan bir) qəpik; 016A********** saylı kredit müqaviləsi üzrə 5858.49 manat məbləğində kredit bоrcu, 603.02 manat məbləğində faiz bоrcu və 143.89 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9175.91 (doqquz min yüz yetmiş beş) manat 91 (doxsan bir) qəpik; ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 15781.31 (on beş min yeddi yüz səksən bir) manat (otuz bir) qəpik məbləğində bоrcun və 137.35 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 bildirdi ki, hazırki işlə bağlı cavabdehin vəfat etməsini yeni bilmişlər. Hazırda cavabdehin vərəsələrinin dairəsi ilə bağlı aidiyyati orqanlara sorğu vermişlər. Eyni zamanda iddia ərizəsində cavabdehin borc məbləği ilə bağlı rəqəmlərdə texniki səhvə yol verilmişdir. Ona görə də növbəti məhkəmə iclasında dəqiqləşmə ərizəsi verəcəkləri üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göründüyü kimi, iddia ərizəsində cavabdehin borc məbləği ilə bağlı texniki səhvə yol verilmişdir. Bank iddia ərizəsinin xahiş etdim hissəsində 016A********** saylı kredit müqaviləsi üzrə 8177.97 manat məbləğində kredit bоrcu, 774.19 manat məbləğində faiz bоrcu və 9175.91 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9175.91 (doqquz min yüz yetmiş beş) manat 91 (doxsan bir) qəpik, 016A********** saylı kredit müqaviləsi üzrə 5858.49 manat məbləğində kredit bоrcu, 603.02 manat məbləğində faiz bоrcu və 143.89 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9175.91 (doqquz min yüz yetmiş beş) manat 91 (doxsan bir) qəpik borcun tutulmasını xahiş etmişdir. Cavabdehin cərimə borcu ilə bağlı rəqəmlərdə səhvə yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddiaçı iddia ərizəsində cavabdehin cərimə borcu ilə bağlı texniki səhvə yol vermiş, həmin nöqsanın aradan qaldırılması üçün iddiaçıya şərait yaradılmasına baxmayaraq, qeyd edilən nöqsan aradan qaldırılmamışdır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023cü il tarixdə İddiaçı QSC-nin vasitəsilə 14221103 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba 137,35 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla geri qaytarıldığından İddiaçı QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə İddiaçı QSC-nin vasitəsilə 14221103 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 137,35 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 149.2.3, 259.0.12, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə İddiaçı QSC-nin vasitəsilə 14221103 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 137,35 manat dövlət rüsumu İddiaçı QSC-nə qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar