Məhkəmə qərarları › İş №e-2(015)-396/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-396/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-396/2024 24.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı QSC məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə 7807,31 manat əsas, 910,54 manat faiz və 310,06 manat cərimə olmaqla, cəmi 9027,91 manat borcun, həmçinin Cavabdeh1 xx.xx.2022-ci il tarixli 056KK**********01 saylı kredit müqaviləsi üzrə 456,63 manat əsas, 52,32 manat faiz və 25,64 manat cərimə olmaqla, cəmi 534,59 manat borcun və 115,63 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsinə əsasən cavabdeh iddiaçı təşkilatdan aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9500 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Həmçinin İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 056KK**********01 saylı kart krediti müqaviləsinə əsasən cavabdehə aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla, 36 ay müddətinə 500 manat məbləğində kredit limiti açılmışdır. Borclular ödəməli olduğu pulu könüllü ödəmir. Borclular yazılı və çox saylı şifahi müraciətlərə baxmayaraq borcu ödəməkdən imtina etmişlər və İddiaçı QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh1 göstərdi ki, iddia tələb ilə tanış olmuşdur və iddia tələbini qəbul edir. Əvvəllər Bakı şəhərində dəmir zavodunda işlədiyi üçün kredit ödənişini vaxtlı vaxtında etmiş, lakin hazırda işsiz olduğu, həmçinin ailəsində olan problemlərə görə krediti ödəyə bilməmişdir. Hal-hazırda günəmuzd fəhlə işləməklə, 10- 15 manat arası qazanc əldə edir. Ayda 70-80 manat ödəniş etmək imkanı var. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında iddiaçı təşkilat və digər Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İş üzrə iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı QSC-dən 36 ay müddətinə aylıq 1,6667 % dərəcəsi tətbiq edilməklə 9500 manat kredit götürmüş, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Həmçinin İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 056KK**********01 saylı kart krediti müqaviləsinə əsasən cavabdehə aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla, 36 ay müddətinə 500 manat məbləğində kredit limiti açılmışdır. Borclular ödəməli olduğu pulu könüllü ödəmir. Borclular yazılı və çox saylı şifahi müraciətlərə baxmayaraq borcu ödəməkdən imtina etmişlər və İddiaçı QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin iddiaçı təşkilat qarşısında xx.xx.2022-ci il tarixli 056A********** saylı müqavilə üzrə 7807,31 manat əsas, 910,54 manat faiz və 310,06 manat cərimə olmaqla, cəmi 9027,91 manat ödənilməmiş borc öhdəliklləri mövcuddur. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı təşkilat qarşısında xx.xx.2022-ci il tarixli 056KK**********01 saylı kart krediti müqaviləsi üzrə 456,63 manat əsas, 52,32 manat faiz və 25,64 manat cərimə olmaqla, cəmi 534,59 manat ödənilməmiş borc öhdəliyi mövcuddur. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit və zaminlik müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehlərin isə müqavilələr üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh2 ilə iddiaçı təşkilat arasında zaminlik müqaviləsi bağlanıldığından o, da Cavabdeh1 ilə iddiaçı təşkilat arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərə görə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün 115,63 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı QSC-dən 36 ay müddətinə aylıq 1,6667 % dərəcəsi tətbiq edilməklə 9500 manat kredit götürməsi, lakin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq ödənişi tam icra etməməsi, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı təşkilatla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılması, həmçinin İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 056KK**********01 saylı kart krediti müqaviləsinə əsasən cavabdehə aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla, 36 ay müddətinə 500 manat məbləğində kredit limiti açılması, xx.xx.2024-cü il tarixədək cavabdehlərin iddiaçı təşkilat qarşısında xx.xx.2022-ci il tarixli 056A********** saylı müqavilə üzrə 7807,31 manat əsas, 910,54 manat faiz və 310,06 manat cərimə olmaqla, cəmi 9027,91 manat ödənilməmiş borc öhdəlikləri, həmçinin 02 noyabr 2023-cü il tarixədək Cavabdeh1 iddiaçı təşkilat qarşısında xx.xx.2022-ci il tarixli 056KK**********01 saylı kart krediti müqaviləsi üzrə 456,63 manat əsas, 52,32 manat faiz və 25,64 manat cərimə olmaqla, cəmi 534,59 manat borc öhdəliyi mövcud olduğundan və həmin fakt məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə 7807,31 manat əsas, 910,54 manat faiz və 310,06 manat cərimə olmaqla, cəmi 9027,91 manat borc və 115,63 manat dövlət rüsumu, Cavabdeh1 xx.xx.2022-ci il tarixli 056KK**********01 saylı kart krediti müqaviləsi üzrə 456,63 manat əsas, 52,32 manat faiz və 25,64 manat cərimə olmaqla, cəmi 534,59 manat borc İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsinə əsasən 7807,31 manat əsas, 910,54 manat faiz və 310,06 manat cərimə olmaqla, cəmi 9027,91 manat borc və 115,63 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Cavabdeh1 xx.xx.2022-ci il tarixli 056KK**********01 saylı kart krediti müqaviləsi üzrə 456,63 manat əsas, 52,32 manat faiz və 25,64 manat cərimə olmaqla, cəmi 534,59 manat borc İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar