Məhkəmə qərarları › İş №e-2(015)-436/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-436/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-436/2025 17.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:

1. "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, CLEE002887872 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 19200 manat, faiz borcu üzrə 3265.73 manat olmaqla cəmi 22465.73 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 157.40 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL-EE002887872 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə 18.9 faizlə 19.200 manat məbləğində kredit elektron təsdiq vasitəsilə (OTP) verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənişini təmin etməmişdir. Yuxarıda adı çəkilən xx.xx.2024-cü il tarixli, CL- EE002887872 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 19.200 manat, faiz borcu üzrə 3265.73 manat olmaqla cəmi 22465.73 manat borcu mövcuddur. Məhkəməyə müraciət etmək üçün 157.4 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət edilmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. 28.02.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, əvvəllər ANAMA-da işləyən zaman iddiaçı bankdan hazırda qeyd olunan krediti götürmüşdür. Lakin sonradan bəzi səbəblərə görə öz işdən çıxmışdır. İşdən çıxdıqdan sonra krediti ödəyə bilməmişdir. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi.

4. İş üzrə iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir.

6. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır.

Əsaslandırıcı hissə: b) Mülki işin materialları:

7. İşdə olan sənədlərlə müəyyən olunur ki, "xxxx" ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL-EE002887872 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə 18.9 faizlə 19 200 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun xx.xx.2024-cü il tarixli, CL-EE002887872 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 19 200 manat, faiz borcu üzrə 3265.73 manat olmaqla cəmi 22465.73 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

8. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixədək 19 200 manat, faiz borcu üzrə 3265.73 manat olmaqla, cəmi 22465.73 manat borcu yaranmışdır.

c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL- EE002887872 nömrəli istehlak krediti müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə 18.9 faizlə 19.200 manat məbləğində kredit elektron təsdiq vasitəsilə (OTP) verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənişini təmin etməmişdir. Yuxarıda adı çəkilən xx.xx.2024-cü il tarixli, CL-EE002887872 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 19.200 manat, faiz borcu üzrə 3265.73 manat olmaqla, cəmi 22465.73 manat borcu mövcuddur. Məhkəməyə müraciət etmək üçün 157.4 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

10. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdeh üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyır, iddiaçının isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.

12. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

16. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

17. Eyni zamanda iş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 157,40 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL-EE002887872 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə 18.9 faizlə 19200 manat məbləğində kredit verilməsi, lakin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq ödənişi tam icra etməməsi, xx.xx.2024-cü il tarixli, CL-EE002887872 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 19200 manat, faiz borcu üzrə 3265.73 manat olmaqla, cəmi 22465.73 manat borcunun qalması sübuta yetirildiyindən iddia təmin edilməli, Cavabdeh 19200 manat, faiz borcu üzrə 3265.73 manat olmaqla, cəmi 22465.73 manat borc, 157,40 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Nəticə hissəsi:

20. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, CLEE002887872 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 19200 manat, faiz borcu üzrə 3265.73 manat olmaqla, cəmi 22465.73 manat borc, 157,40 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar