Məhkəmə qərarları › İş №e-2(015)-439/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-439/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-439/2025 03.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi üzrə 6259.23 manat məbləğində kredit borcu, 437.40 manat məbləğində faiz borcu və 102.34 manat məbləğində cərimə olmaqla, xx.xx.2023-cü il tarixli kart kredit müqaviləsi üzrə 479.08 manat məbləğində kredit borcu, 15.72 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 7293 (yeddi min iki yüz doxsan üç) manat 77 (yetmiş yeddi) qəpik məbləğində borcun və ödənilmiş 92.94 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, cavabdehə qarşı iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmənin hazırlıq iclasında iddiaçının ərizənin qaytarılması barədə ərizəsi daxil olduğundan məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinın Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 170.1, 170.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinın Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2025-ci il tarixli ********** №-li mədaxil qəbzinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 92,94 (doxsan iki manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan iddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar