Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-44/2025 04.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : "xxxx" ASC məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh 3935,01 manat əsas borcun, 59,36 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2023-cü il tarixli BPM**********74 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 18 %-lə 48 ay müddətinə 4080 manat nağd kredit verilmişdir. X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ağstafa rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 56 saylı cavab məktubundan görünür ki, X2 vərəsəsi Cavabdehdır. Bankın “Ağstafa” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 3935,01 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı təşkilat hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinə etiraz ərizəsini tədqim edib göstərdi ki, mərhum Mahal Hüseynov onun həyat yoldaşıdır. Həyat yoldaşı vəfat etməmişdən 1 ay əvvəl Beynəlxalq Bankdan 4080 manat məbləğində kredit götürmüş, xx.xx.2023-cü il tarixdə isə Mahal vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra ondan hazırda yaşadıqları yaşayış evi miras qalmışdır. O, həyat yoldaşının vəfat etməsindən sonra həmin evi öz adına rəsmiləşdirmək üçün notariusa sənədlər təqdim etmiş, lakin vərəsəliyi qəbul etməmişdir. Özü hazırda banka başqa kredit borcunu ödəyir, oğlu Taleh həbsdədir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İş üzrə iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı "xxxx" ASC ilə mərhum X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********74 saylı kredit müqaviləsinə əsasən ona illik 18 % olmaq şərtilə 48 ay müddətinə 4080 manat kredit verilmişdir. X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ağstafa rayonu Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 56 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X3 adına Ağstafa şəhəri, H.Əliyev pr. Ev 33 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh xx.xx.2023-cü il tarixdə 8v-293 saylı reyestrlə vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Lakin cavabdeh mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarında olan 16 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Mahal Axundovun vəfat etdiyi tarixdən sonra iddiaçı təşkilata ödənilməmiş 3935,01 manat əsas borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. İş materiallarından görünür ki, X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ağstafa rayonu Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 56 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X3 adına Ağstafa şəhəri, H.Əliyev pr. Ev 33 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh xx.xx.2023-cü il tarixdə 8v-293 saylı reyestrlə vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Məhkəmə hesab edir ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən, ondan qalmış mirası vərəsəsi olan Cavabdeh qəbul etdiyindən, o, X3 kreditor qarşısında olan borcunu birgə borclu kimi tam ödəməyə borcludur. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 59,36 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********74 saylı kredit müqaviləsinə əsasən ona illik 18 % olmaq şərtilə 48 ay müddətinə 4080 manat kredit verilməsi, X8un xx.xx.2023cü il tarixdə vəfat etməsi, Ağstafa rayonu Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 56 saylı məktubuna əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X3 adına Ağstafa şəhəri, H.Əliyev pr. Ev 33 ünvanda qeydiyyatda olan arvadı Cavabdeh xx.xx.2023-cü il tarixdə 8v-293 saylı reyestrlə vərəsəlik işi açılması, onun kreditor qarşısında olan borcunu birgə borclu kimi tam ödəməyə borclu olması, lakin cavabdehin mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatacaq miras payı həcmində miras qoyanın iddiaçı təşkilat qarşısında olan öhdəliyini icra etməməsi, Mahal Axundovun vəfat etdiyi tarixə iddiaçı təşkilata ödənilməmiş 3935,01 manat əsas borcunun qalması sübuta yetirildiyindən iddia təmin edilməli, Cavabdeh 3935,01 manat əsas borc, 59,36 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3935,01 manat əsas borc, 59,36 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-44/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-44/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver