Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-50/2025 29.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı "xxxx" ASC iddia ilə məhkəməyə müraciət edərək X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1225.53 (min iki yüz iyrmi beş manat əlli üç qəpik) manat əsas borcun, ödənilmiş 32.26 (otuz iki manat iyrimi altı qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2017-ci il tarixli 27-xx.xx.2017-SM99 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 29%-lə 36 ay müddətinə 1370 manat nagd kredit verilmişdir. X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Tovuz regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 5458 saylı cavab məktubundan görünür ki, X3 vərəsəsi Cavabdehdır. Bankın “Ağstafa” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 1225 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu ifadə verib, iddia tələbini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan kredit müqiləsindən görünür ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2017-ci il tarixli 27-xx.xx.2017-SM99 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 29%-lə 36 ay müddətinə 1370 manat nağd kredit verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.. İş materiallarında olan Tovuz regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 5458 saylı cavab məktubundan görünür ki, X2 qalmış mirasa dair Cavabdeh müraciəti ilə vərərəsəlik işi açılmış, lakin heç bir vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyi üçün vərəsələrin kimlər olması barədə notariat ofisində məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2017-ci il tarixli 27-xx.xx.2017-SM99 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 29%-lə 36 ay müddətinə 1370 manat nağd kredit verilmişdir. X1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş üzrə iddiaçı Tovuz regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 5458 saylı cavab məktubunu əsas gətirərək ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsi olan Cavabdeh qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin məktubda isə X2 qalmış mirasa dair Cavabdeh müraciəti ilə vərərəsəlik işinin açılması, lakin heç bir vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyi üçün vərəsələrin kimlər olması barədə notariat ofisində məlumatın aşkar edilməməsi qeyd olunmuşdur. Məhkəmə iddia tələbinin əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edildiyi kimi,“ borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından göründüyü kimi, X2 qalmış mirasa dair Cavabdeh müraciəti ilə vərərəsəlik işinin açılması, lakin heç bir vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyi üçün vərəsələrin kimlər olması barədə notariat ofisində məlumatın aşkar edilməməsi qeyd olunmuşdur. Həmçinin, X5 miras əmlak olaraq daşınmaz və daşınar əmlakın qalması, həmin əmlakın cavabdehin varis kimi borcludan qalmış miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işlərə baxılarkən mirası qəbul etmə barədə sübutetmə vəzifəsini cavabdehin daşımasını və bu barədə sübut kimi tərəf olduqları mülki iş üzrə hazırki mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarını təqdim etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunvericiliyə əsasən cavabdeh mirası qəbul edib-etməməsi barədə sübutetmə vəzifəsini deyil, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İddiaçının nümayəndəsi təqdim etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarının 37-ci bəndində məhz buna dair mövqe bildirilmişdir. Belə ki, Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Ali Məhkəmənin sözügedən qərarından həmçinin görünür ki, həmin işdə miras ölmüş şəxsin vərəsəsi tərəfindən qəbul edilmiş və bu barədə vərəsəlik şəhadətnaməsi alınmışdır (Qərarın 8-ci bəndi). Bu səbəbdən məhkəmə iddiaçının nümayəndəsinin qeyd etdiyi hallara dair təqdim etdiyi qərarı hazırki iş üzrə hüquqi məsələlərin həllində məhkəmə təcrübəsi kimi qəbul etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh mirasın aktivini qəbul etmədiyi halda, mirasın passivini qəbul etmiş hesab edilə bilməz. X5 miras əmlak olaraq daşınmaz və daşınar əmlakın qalması, həmin əmlakın cavabdehin borcludan qalmış miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi müəyyən olunmur. Bu səbəbdən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia təmin olunmamalıdır. İş üzrə ödənilmiş 32.26 (otuz iki manat iyrimi altı qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 32.26 (otuz iki manat iyrimi altı qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-50/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-50/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver