Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-53/2025 02.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X10 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : "xxxx" ASC məhkəməyə müraciət edərək, X5 vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********96 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3194,67 manat əsas, 23,74 manat faiz, 31,92 manat cərimə, kart kredit limiti üzrə 142,10 manat əsas, 2,75 manat faiz borcu olmaqla ümumilikdə 3395,18 (üç min üç yüz doxsan beş manat on səkkiz qəpik) kredit borcunun, ödənilmiş 54,08 (əlli dörd manat səkkiz qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********96 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 23 faiz olmaqla 3280 manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart kredit limiti verilmişdir. X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Tovuz regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 5458 saylı cavab məktubundan görünür ki, X4 vərəsələri cavabdehlərdir. Bankın “Ağstafa” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X4 xx.xx.2021-ci il tarixli BPM**********96 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3194,67 manat əsas, 23,74 manat faiz, 31,92 manat cərimə, kart kredit limiti üzrə 142,10 manat əsas, 2,75 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı təşkilat hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu ifadə verib iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyib ifadəsində göstərdi ki, onun alınan kreditdən məlumatı yoxdur. Krediti anası almış, daha sonra vəfat etmişdir. Onlar mirası qəbul etməmiş və vərəsəlik işi açdırmamışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyib ifadəsində göstərdi ki, onun da alınan kreditdən məlumatı yoxdur. O, anasından vərəsəlik qəbul etməmiş, vərəsəliyin qəbulu ilə bağlı heç bir orqana müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyib ifadəsində göstərdi ki, o, vərəsəliyi qəbul etməmiş, vərəsəlikdən payına düşən nə varsa ondan da imtina etmişdir. Qardaşı Kamilin torpaq məsələsini həll etmək üçün ona etibarnamə vermişdir. Cavabdeh3 sonuncu məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsini və cavabdehləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********96 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 23 faiz olmaqla 3280 manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart kredit limiti verilmişdir. X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Tovuz regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 5458 saylı cavab məktubundan görünür ki, X4 vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2dır. Lakin cavabdehlər mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Gülnaz Hüseynovanın vəfat etdiyi tarixə iddiaçı təşkilata ödənilməmiş xx.xx.2021-ci il tarixli BPM**********96 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3194,67 manat əsas, 23,74 manat faiz, 31,92 manat cərimə, kart kredit limiti üzrə 142,10 manat əsas, 2,75 manat faiz borcu yaranmışdır. İş materiallarından görünür ki, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən mülki işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədi ilə Tovuz Reginal “ASAN xidmət” mərkəzində Notariat ofisinə sorğu verilmiş və mövcud vərəsəlik işi alınmışdır. Vərəsəlik işinin materiallarından müəyyən olunmuşdur ki, cavabdehlər mərhum X2 miras qalmış əmlakla bağlı Tovuz Reginal “ASAN xidmət” mərkəzində Notariat ofisinə ərizə ilə müraciət etmiş və mərhum Gülnaz Hüseynovadan miras qalmış əmlaka, onun qanun üzrə vərəsələri olan övladları Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə hesab edir ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, ondan qalmış mirası vərəsələri olan Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qəbul edərək vərəsəlik şəhadətnaməsi aldığından, onlar X3 kreditor qarşısında olan borcunu birgə borclu kimi tam ödəməyə borcludur. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün 53,68 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********96 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 23 faiz olmaqla 3280 manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart kredit limiti verilməsi, X8nın xx.xx.2021-ci il tarixdə vəfat etməsi, Tovuz Reginal “ASAN xidmət” mərkəzində Notariat ofisindən daxil olmuş vərəsəlik işinə əsasən mərhum X3 adına vərəsəlik işinin açılması, onun qanun üzrə vərəsəsi olan cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, onların kreditor qarşısında olan borcunu birgə borclu kimi tam ödəməyə borclu olması, lakin cavabdehlərin mərhum X2 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatacaq miras payı həcmində miras qoyanın iddiaçı təşkilat qarşısında olan öhdəliyini icra etməmələri, Gülnaz Hüseynovanın vəfat etdiyi tarixə iddiaçı təşkilata ödənilməmiş xx.xx.2021-ci il tarixli BPM**********96 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3194,67 manat əsas, 23,74 manat faiz, 31,92 manat cərimə, kart kredit limiti üzrə 142,10 manat əsas, 2,75 manat faiz borcunun qalması sübuta yetirildiyindən iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli BPM**********96 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3194,67 manat əsas, 23,74 manat faiz, 31,92 manat cərimə, kart kredit limiti üzrə 142,10 manat əsas, 2,75 manat faiz borcu, 53,68 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli BPM**********96 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3194,67 manat əsas, 23,74 manat faiz, 31,92 manat cərimə, kart kredit limiti üzrə 142,10 manat əsas, 2,75 manat faiz borcu, 53,68 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-53/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-53/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver