Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-561/2024 06.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı «Bank Respublika» Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdeh Hacıyev Musa Telman oğluna qarşı “kredit müqaviləsinin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Bank Respublika» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Hacıyev Musa Telman oğlundan 9.506,65 manat əsas kredit borcu, 877,00 manat kreditdən istifadəyə görə faiz borcu, 91,04 manat cərimə borcu olmaqla, cəmi 10.474,69 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 9090721-108091702L saylı 09 iyul 2021-ci il tarixli kredit limiti razılaşmasına əsasən “Bank Respublika” ASC tərəfindən cavabdeh Hacıyev Musa Telman oğluna 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. 10.06.2022-ci il tarixli SMS razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 19 % dərəcəsi ilə 13.500 manat məbləğində krediti və ondan istifadəyə görə faizləri hissəhissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Kredit limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən cavabdehin “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə 9.506,65 manat əsas kredit borcu, 877,00 manat kreditdən istifadəyə görə faiz borcu, 91,04 manat cərimə borcu olmaqla, cəmi 10.474,69 manat borcu qalmaqdadır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı «Bank Respublika» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Hacıyev Musa Telman oğlu arasında bağlanmış 10.06.2022-ci il tarixli kredit limiti razılaşmasından görünür ki, həmin müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə illik 19 % ödəmək şərti ilə 13.500,00 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Hacıyev Musa Telman oğlunun 19.02.2024-cü il tarixə “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə 9.506,65 manat əsas borc, 877,00 manat faiz borcu, 91,04 manat cərimə borcu olmaqla cəmi 10.474,69 manat borcu mövcuddur. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdeh Hacıyev Musa Telman oğlu bank öhdəlikləri barədə məlumatlandırılmışdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdeh Hacıyev Musa Telman oğluna qarşı irəli sürdüyü tələb əsaslıdır, lakin dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə borcalanın üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi dəbbə pulu tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu azaldılaraq 1 manat müəyyən edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Hacıyev Musa Telman oğludan 9.506,65 manat əsas borc, 877,00 manat faiz borcu və 1 manat cərimə olmaqla, cəmi 10.384,65 manat məbləğində borc tutularaq iddiaçı "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Hacıyev Musa Telman oğlundan 9.506,65 manat əsas borc, 877,00 manat faiz borcu və 1 manat cərimə olmaqla, cəmi 10.384,65 (on min üç yüz səksən dörd manat altmış beş qəpik) manat məbləğində pul və 121,42 (yüz iyirmi bir manat qırx iki qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rasulov
Məhkəmə qərarları › İş №e-2(015)-561/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-561/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver