Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-686/2024 29.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dan müştərək qaydada 2490.85 (iki min dörd yüz doxsan dollar, 85 sent) ABŞ dolları əsas, 583.75 (beş yüz səksən üç dollar, 75 sent) ABŞ dolları faiz, 2929.26 (iki min doqquz yüz iyirmi doqquz dollar, 26 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 350.35 (üç yüz əlli dollar, 35 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 6354.21 (altı min üç yüz əlli dörd dollar, 21 sent) ABŞ dolları borcun və iş üzrə ödənilmiş 122.41 (yüz iyirmi iki manat, 41 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən İddiaçı ASC-nin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə Bank müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədilə cavabdehə illik 28.1% dərəcəsi ilə, 24 ay müddətinə 6350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1ilə Bank arasında ZM-250004806 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2017ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 6613.86 (altı min altı yüz on üç dollar, 86 sent) ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2024-cü il tarixə Cavabdeh3 cəmi borcu 6354.21 (altı min üç yüz əlli dörd dollar, 21 sent) ABŞ dolları təşkil edir. Bundan 2490.85 (iki min dörd yüz doxsan dollar, 85 sent) ABŞ dolları əsas, 583.75 (beş yüz səksən üç dollar, 75 sent) ABŞ dolları faiz, 2929.26 (iki min doqquz yüz iyirmi doqquz dollar, 26 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 350.35 (üç yüz əlli dollar, 35 sent) ABŞ dolları faiz borcu təşkil edir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də iddiaçı təşkilat hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Rinat Hüseynov məhkəməyə teleqram göndərərək mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh3 məhkəməyə etiraz ərizəsini göndərərək göstərmişdir ki, o, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan pul götümüşdür. Həmin kredit müqaviləsi üzrə ona 2 nəfər şəxs zamin durmuşdur. Hazırda bank ondan 2490.85 (iki min dörd yüz doxsan dollar, 85 sent) ABŞ dolları əsas, 583.75 (beş yüz səksən üç dollar, 75 sent) ABŞ dolları faiz, 2929.26 (iki min doqquz yüz iyirmi doqquz dollar, 26 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 350.35 (üç yüz əlli dollar, 35 sent) ABŞ dolları faiz borcu tələb edir. O, həmin məbləğlə razı deyil. Belə ki, onun həmin məbləğdə borcu qalmadığı təqdirdə bank onu aldadaraq 2017-ci il tarixdə müqavilə bağlamış və borcunu artırmışdır. Bankın uzun müddətdən sonra belə bir tələblə məhkəməyə müraciət etməsini düzgün hesab etmir. Hətta, zaminlərini də məhkəməyə verməsi qanunauyğun deyildir. Bu səbəbdən hesab edir ki, zaminləri həmin müqavilə üzrə ödhdəlikdən azad edilməlidir. Bundan başqa iddiaçı tərəfindən ona qanunsuz və əsassız hesablanmış cərimə ləğv edilməlidir. Ona görə də iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədilə cavabdehə illik 28.1% dərəcəsi ilə, 24 ay müddətinə 6350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1ilə Bank arasında ZM-250004806 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 6613.86 (altı min altı yüz on üç dollar, 86 sent) ABŞ dolları təşkil etmiş, Kreditin müddəti isə xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2024-cü il tarixə Cavabdeh3 cəmi borcu 6354.21 (altı min üç yüz əlli dörd dollar, 21 sent) ABŞ dolları təşkil edir. Bundan 2490.85 (iki min dörd yüz doxsan dollar, 85 sent) ABŞ dolları əsas, 583.75 (beş yüz səksən üç dollar, 75 sent) ABŞ dolları faiz, 2929.26 (iki min doqquz yüz iyirmi doqquz dollar, 26 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 350.35 (üç yüz əlli dollar, 35 sent) ABŞ dolları faiz borcu təşkil edir. Borclular ödəməli olduğu pulu könüllü ödəmir. Borclular yazılı və çox saylı şifahi müraciətlərə baxmayaraq borcu ödəməkdən imtina etmişlər və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 20 fevral 2020-ci ilədək cavabdehlərin 2490.85 (iki min dörd yüz doxsan dollar, 85 sent) ABŞ dolları əsas, 583.75 (beş yüz səksən üç dollar, 75 sent) ABŞ dolları faiz, 2929.26 (iki min doqquz yüz iyirmi doqquz dollar, 26 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 350.35 (üç yüz əlli dollar, 35 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 6354.21 (altı min üç yüz əlli dörd dollar, 21 sent) ABŞ dolları1 məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit və zaminlik müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehlərin isə müqavilələr üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. İş üzrə Cavabdeh3 məhkəməyə göndərdiyi etiraz ərizəsində tələb edilən məbləğlə razı olmamasını, onun həmin məbləğdə borcunun qalmamasını, bank tərəfindən aldadılaraq 2017-ci il tarixdə müqavilə bağlanılaraq borcunun artırılmasını bildirmişdir. Məhkəmə ilk öncə iddiaçı təşkilatın tələb etdiyi 2490.85 (iki min dörd yüz doxsan dollar, 85 sent) ABŞ dolları əsas, 583.75 (beş yüz səksən üç dollar, 75 sent) ABŞ dolları faiz borcuna və cavabdehin etirazında qeyd etdiyi hallara münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materialları ilə müəyyən olunur ki, iddiaçı təşkilatla cavabdehlər arasında olan xx.xx.20214-cü il tarixli Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 4022,56 ABŞ dolları əsas, 1635,87 ABŞ faiz və 955,43 ABŞ dolları cərimə olmaqla, cəmi 6613.86 (altı min altı yüz on üç dollar, 86 sent) ABŞ dolları təşkil etmiş, kreditin müddəti isə xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Bundan sonra həmin öhdəlik Cavabdeh3 tərəfindən qəbul olunaraq saziş üzrə ödənişlər aparılmışdır. xx.xx.2024-cü il tarixə cavabdehin 2490.85 (iki min dörd yüz doxsan dollar, 85 sent) ABŞ dolları əsas, 583.75 (beş yüz səksən üç dollar, 75 sent) ABŞ dolları faiz, 2929.26 (iki min doqquz yüz iyirmi doqquz dollar, 26 sent) ABŞ dolları cərimə borcu yaranmışdır. Ona görə də məhkəmə cavabdehin qeyd etdikləri ilə razılaşmır. Bu səbəbdən iddiaçı təşkilat 2490.85 (iki min dörd yüz doxsan dollar, 85 sent) ABŞ dolları əsas, 583.75 (beş yüz səksən üç dollar, 75 sent) ABŞ dolları faiz borcu tələb etməkdə haqlıdır və həmin məbləğ də iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə iddiaçı təşkilatın tələb etdiyi AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 350.35 (üç yüz əlli dollar, 35 sent) ABŞ dolları faiz borcuna münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edərək borcun ödənilməsinin gecikdirilməsinə görə 5 faiz məbləğində pulun da ödənilməsini tələb edir. Həmin maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ona görə də iddiaçı təşkilat 350.35 (üç yüz əlli dollar, 35 sent) ABŞ dolları faiz borcu tələb etməkdə haqlıdır və həmin məbləğ də iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçı təşkilatın tələb etdiyi 2929.26 (iki min doqquz yüz iyirmi doqquz dollar, 26 sent) ABŞ dolları cərimə borcuna münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin tələb etdiyi 2929,26 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək surətdə hesablandığından həmin məbləğ azaldılmalıdır. Dəbbə pulunun hesablanmış əsas borcun 10% miqdarında, yəni 250 ABŞ dolları məbləğində hesablanması əsaslı hesab edilə bilər. Bundan başqa, məhkəmə iddiaçı təşkilatın zaminlər Cavabdeh2 və Cavabdeh1 zaminlik müqaviləsi bağladıqlarından həmin müqavilə üzrə yaranmış öhdəliklərə görə digər Cavabdeh3la birgə məsuliyyət daşımasını əsas gətirərək onlardan da borc tələb etməsinə münasinətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, zaminlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıması barədə iddia müddəti ötürülmüşdür. Belə ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə tətbiq edilir). Qeyd edilməlidir ki, zaminlik müqaviləsi hər hansı əsasla etibarsız olduqda (imzanın zaminə aid olmaması və s.) zaminliklə bağlı hüquq münasibətləri meydana gəlmədiyi üçün mübahisəyə Mülki Məcəllənin 477.0.4-cü maddəsində göstərilən müddətlərin tətbiqi üçün əsas yaranmır. Belə ki, həmin normada əks olunan müddətlər etibarlı müqavilə əsasında əmələ gəlmiş zaminliyə xitam verən kəsici müddətlərdir. Bu halda hüquqi hadisə kimi zaminliyin xitamı məhkəmə aktı əsasında deyil, qanuna əsasən baş tutur. Ona görə də həmin normada zaminliyə xitam verən müddətin keçməsi müəyyən olunduqda zaminə qarşı yönəlmiş tələb işi mahiyyəti üzrə həll edən qətnamə ilə rədd edilməlidir. Göründüyü kimi, iddiaçı təşkilatla cavabdehlər arasında olan xx.xx.2014-cü il tarixli Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 4022,56 ABŞ dolları əsas, 1635,87 ABŞ faiz və 955,43 ABŞ dolları cərimə olmaqla, cəmi 6613.86 (altı min altı yüz on üç dollar, 86 sent) ABŞ dolları təşkil etmiş, kreditin müddəti isə xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Əsas öhdəliyin icrası müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış, iddiaçı təşkilat isə borclu və zaminlərə qarşı borcun tutulması tələbi ilə xx.xx.2024-cü il tarixdə, yəni müqavilə üzrə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən 2 il 10 ay 26 gün sonra daxil olmuşdur. İddiaçı təşkilat zaminlərə qarşı borcun tutulması tələbi ilə əsas öhdəliyin icrası başa çatdıqdan sonra, yəni xx.xx.2022-ci il tarixədək məhkəməyə müraciət edə bilərdi. İddiaçı təşkilatın əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində hansı səbəblərə əsasən zaminlərə qarşı borcun tutulması barədə iddia irəli sürməməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmin hal isə ona əsas verir ki, zaminlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıması barədə iddia müddəti ötürülmüşdür. Həmin müddət kəsici müddət olduğundan məhkəmənin öz təşəbbüsü ilə tətbiq edilərək iddiaçının zaminlər Cavabdeh2 və Cavabdeh1 qarşı olan borc öhdəliyinin tutulmasına tələbi rədd edilməlidir. Bu səbəbdən tələb edilən borc məbləği yalnız əsas borclu olan Cavabdeh3 tulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın tələb etdiyi vəsait xarici valyuta ilə göstərildiyindən həmin məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsini 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün 122,41 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 2490,85 ABŞ dolları əsas, müqavilənin bitdiyi tarixədək hesablanmış 583,75 ABŞ dolları faiz, 250 ABŞ dolları cərimə və gecikdirilmiş vaxt üçün hesablanan 350,35 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3674,95 ABŞ dolları məbləğində vəsait qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə və 122,41 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 2490,85 ABŞ dolları əsas, müqavilənin bitdiyi tarixədək hesablanmış 583,75 ABŞ dolları faiz, 250 ABŞ dolları cərimə və gecikdirilmiş vaxt üçün hesablanan 350,35 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3674,95 ABŞ dolları məbləğində vəsait qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə və 122,41 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-686/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-686/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver